Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"

"Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"


13-12-2024, 12:48
"Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"
Məlum olduğu kimi, dünən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) səfri Mirvari Qəhrəmanlı olduqca mühüm bir porblemə toxunmuşdu. Söhbət dənizdə çalışan neftçilərin əlverişsiz hava şəraiti zamanı üzləşdikləri nəqliyyat - əslində isə nəqliyyatsızlıq problemindən gedir.

YAZISI BURADA: "Növbə dəyişikliyi niyə bu qədər böyük problemə çevrilib?" - ETİRAZ VAR...

Qeyd edək ki, bu olayla bağlı rəsmi dairələr sussalarsa (hələlik görünəni odur), narazı neftçilər, yəni problemi birbaşa yaşayanlar susmurlar və günü-gündən edilən şikayətlərin sayı artmaqdadır. Bu barədə elə sosial şəbəkələrdə əlaqədar səhifələrə gözucu nəzər salmaq, yetərlidir.

"DİA-AZ"a bu barədə yazan neftçilər də eyni şəkildə nəqliyyatsızlıqdan gileylənirlər və problemin həllinə çalışmayan, biganəı münasibət sərgiləyən rəhbərlərindən narazılıq edirlər (qeyd: bu barədə daha geniş materialımız olacaq -red.). Bi isə hələlik olaraq bəzi "Azneft" İstehsalat Birliyi çalışanlarının gileylərini təqdim edirik.

"Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki?"

Beləliklə, "qış gəldi, neftçilərin gediş-gəlişi həddindən artıq çətinləşir deyən sosial şəbəkə istifadəçisinə başqa bir neftçi - Zabil adlı sosial şəbəkə istifadəçisi isə belə bir yorum yazıb:

"Keçən dəfə 33 nəfər öldü... Kimə neynədilər ki? Ölən kasıbdır qoy qırılsın da..."

Bir başqa narazı - Arzuman Salmanov adlı sosial şəbəkə istifadəçisi isə belə deyir:

"Mən 14 il SOCAR-da işlədim... Saldılar ixtisara... İndi hansı hüquqdan danışırlar..."

Məsələ diqqətimizdədir... BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...

Geri qayıt