Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > 200-ə yaxın nehrəmli FIRILDAQLA ÜZ-ÜZƏ...
200-ə yaxın nehrəmli FIRILDAQLA ÜZ-ÜZƏ...2-12-2024, 11:13 |
Babək rayonunda yerləşən meyvə bağında 200-ə yaxın nehrəmli müqaviləsiz, həm də ağır şərtlər alrında işlədilir. AFM adlı şirkətə məxsus olan bu bağda səhərdən axşama çalışan işçilərə əvvəlcədən razılaşdırılmış maaş da tam ödənilmir. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup işçi məlumat verib. Şikayətçilər deyirlər ki, onları müqaviləsiz işlətməyin bir səbəbi vergidən yayınmaqdırsa, digər səbəbi işçilərin öz hüquqlarının bərpası üçün hüquqi yollara əl atmalarının qarşısını almaqdır. İki il öncə Naxçıvanda fəaliyyətə başlayan bu şirkətin yerli hakimiyyət tərəfindən himayə olunduğu bildirilir. Nehrəm qəsəbə sakini B.M. deyir ki, şirkət onlarala qul kimi davaranır, iş müqaviləsi bağlamaq istəmir: “Bir ildən artıqdır ki, AFM şirkətinə məxsus bağda fəhlə işləyirəm. Dedilər ki, işə başlayın, sonra müqavilə bağlanacaq. İşsiz olduğumuzdan, razılaşdıq. İşə başladıqdan sonra bizimlə çox pis davranmağa başladılar, pulumuz vermədilər. Burada iş saatı bəlli deyil, bizi qul kimi işlədirlər. İşə götürəndə 500 manat maaş desələrdə, 300 verirlər. Çox zaman maaşlar yubanır, məbləğ də azalır. Maaşı qəsdən yubadırlar ki, heç kim işi atıb, getməsin. Meyvə bağını Nehrəmə yaxın olduğundan, işçilərin demək olar ki, hamısı bu qəsəbədəndir. Heç birinin də müqaviləsi yoxdur. Şirkət bu yolla həm vergidən yayınır, həm də müqavilə olmadığı üçün heç kimi şikayət edə bilmir. Şikayət edəndə də orada işləməyimizlə bağlı əsas olmadığı üçün baxılmır. Şirkət bildirir ki, bizdə belə adam işləmir”. Əəvvəllər orada işləmiş başqa bir nehrəmli də deyir ki, şirkətdən şikayət etsə də, nəticəsi olmayıb: “İş tapmaq çətindir. İnsanlar ailəsinə çörək qazanmaq üçün orada məcburi işləyirlər. Şirkət də bunu bildiyi üçün onlarla istədiyi kimi davranır. Müqavilə bağlamır, onların hüquqlarını pozur, maaşlarını doğru-dürüst vermir. Öən il mən də 5 ay orada işlədim. 500 manat maaşa razılaşmışdıq. 3 ay maaşımı vermədilər. Davamız düşüd. Şikayət də etdim, baxan olmadı. Sonda 350 manatdan 3 aylıq maaşımı zorla aldım və əlaqəni kəsdim.Hazırda da qanunsuzluqlar davam edir. Şirkət Fuad Nəcəfliyə yaxın olduğu üçün qanunsuz əməllərinə, vergidən yayınmalarına göz yumulur.” Geri qayıt |