Qanunsuz tikililərlə bağlı yoxlamalar “dollar Cavid”i həbsə aparır... - İLGİNC İDDİA
Tarix: 6-12-2024, 14:32 |
Çap et
"Bir neçə gündür ki, paytaxt ərazisində qanunsuz yoxlamalarla bağlı araşdırmalar davam edir. Araşdırma nəticəsində paytaxtın Xəzər, Qaradağ, Səbail, Nəsimi və digər rayonlarındaçoxsaylı qanunsuz tikililərin olduğu aşkarlanıb. Məlum olub ki, bütün bu qanunsuz tikililərə icazə Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin “döyünən ürəyi” “dolar Cavid” tərəfindən verilib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bakının müxtəlif rayonlarında yüzlərlə villanın inşasına göz yummağın əvəzində qarşı tərəfdən böyük miqdarda “sus payı” alan “dollar Cavid”, bu gün öz tamahının qurbanına çevrilməkdədir. Qanunsuz tikililərlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, bütün qanunsuz tikililərə gedən yol “dollar Cavid”ə aparır.
Artıq təftişin ilkin nəticələri ilə bağlı Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevə də məlumat verilib. Ramin Abdullayevin təftiş bumundan sağ-salamat qurtulması üçün “dollar Cavid”i qurban verəcəyi ehtimalı böyükdür. Çünki qanunsuz tikililərin miqyası kiminsə cəzalandırılması məsələsini aktuallaşdırır ki, bu şəxs də “dollar Cavid”dir".
DAVAMI OLACAQ...