RƏBİYYƏT ASLANOVA PARTİYA YARATMASI XƏBƏRİNDƏN DANIŞDI
Tarix: 18-10-2012, 12:07 | Çap et
“QƏZETLƏR BİR QƏDƏR ŞİŞİRDİRLƏR”
«Demokratik Azərbaycan Dünyası Partiyası hər zaman mövcud iqtidarın yanında olub, Azərbaycanın inkişafına xidmət göstərib və əminəm ki, bundan sonra da belə olacaq». Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) son qurultayında bu partiyaya yeni sədr seçilən Fatma Əliyevanın onun yaxın adamı olması və məhz onun özünün xeyir-duası ilə sözügedən təşkilatın rəhbərliyinin həmin xanıma həvalə edilməsi ilə bağlı mətbuatda yer alan məlumatlara münasibətini bildirərkən dilə gətirib. R.Aslanova ilk öncə DADP-nin qurultayında həmin partiyaya sədr seçilən F.Əliyevaya öz gələcək fəaliyyətində uğurlar arzulayıb və eyni zamanda qeyd edib ki, onun bu məsələdə adının hallandırılması heç bir halda həqiqəti əks etdirmir. R.Aslanovanın qeyd etdiyinə görə, ötən əsrin 90-ci illərindən, xüsusilə, üzvü olduğu hakim YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə Azərbaycanda digər aparıcı, demokratik ölkələrdə olduğu kimi, çoxpartiyalı sistem formalaşmağa başlayıb: «Bu, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz üçün çox mütərəqqi bir haldır. Çünki heç bir demokratik dövləti çoxpartiyalı siyasi sistem mövcud olmadan təsəvvür etmək olmaz. Demokratiyanın başlıca tələblərindən biri çoxpartiyalı sistemin formalaşması və bərqərar olmasıdır. Qeyd etdiyim kimi , Azərbaycanda da artıq 20 ildən çoxdur ki, bu istiqamətdə hərtərəfli addımlar atılıb. Bu gün ölkə qeydiyyatdan keçən 40-dan artıq partiya və bir o qədər qeydiyyatsız fəaliyyət göstərən siyasi qurumlar mövcuddur. Ancaq çox təəssüflər olsun ki, bu partiyaların indiyə kimi heç birinin sədri, lideri (bir istisna olmaqla) qadın olmayıb. İndi çox əlamətdar haldır ki, bir Azərbaycan xanımı, Azərbaycan qadını öz bacarığı, öz qabiliyyəti sayəsində bir partiyanın sədri, lideri seçilib. Ona bu işdə kömək etmək, xeyir dua-vermək, işlərinin yaxşı getməsini arzulamaq əvəzinə, fəaliyyətinin elə ilk başlanğıcında həmin xanımı bu cür lüzumsuz , əsassız müzakirələrə çəkmək, adı ətrafında qalmaqal yaratmaq, ünvanına ittihamlar səsləndirmək heç bir halda düzgün deyil və ilk növbədə bu iddia edənlərə başucalığı gətirmir». Daha sonra YAP-ın yarandığı ilk illərdən hakim partiyanın üzvü olduğunu, bunu özü üçün böyük şərəf bildiyini qeyd edən millət vəkili onun yeni partiya yaratmağa yaxud, hansısa yeni partiyada təmsil olunmağa heç bir ehtiyacı olmadığını qətiyyətlə vurğulayıb və bu yerdə məşhur yazıçı Mark Tvendən sitat gətirərək bunları sözlərinə əlavə edib: «Mark Tvenə deyirlər ki, qəzetlər sənin öldüyünü yazıb. O da cavab verir ki, qəzetlər bir qədər şişirdirlər. Mənim mənsub olduğum partiya var və Yeni Azərbaycan Partiyasında təmsil olunmağımdan böyük şərəf duyuram. Ulu öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilatda təmsil olunmaqdan böyük xoşbəxtlik görmürəm. Eyni zamanda fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu gün yarım milyondan artıq üzvü olan və yaxın günlərdə yaranmasının 20 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşdığımız möhtəşəm bir partiyanın sıralarında on minlərlə Azərbaycan xanımı, Azərbaycan qadını üzv kimi fəaliyyət göstərir. Mənim bildiyimə görə, bu gün YAP-ın üzvləri arasında 50 mindən qadın var və elə hesab edirəm ki, bunun özü böyük hadisə, böyük göstəricidir. Partiyamızın üzvləri, eləcə də, bu partiyada təmsil olunan xanımlar hər zaman öz fəaliyyətləti, əməkləri ilə Azərbaycanın demokratik dövlət quruculuğu prosesinə töhfə verirlər və verməkdədirlər. Həmçinin, YAP hər zaman bütün xoşməramlı partiyalara kömək əlini uzadıb və lazım gələrsə, bundan sonra da köməkliyini göstərməyə hazırdır. Çünki YAP həmişə cəmiyyətdə dialoqun, həmrəyliyin tərəfadrıdır və bunu da daim öz addımları ilə sübut edib. Demək istəyirəm ki, mənim öz partiyam var və sədaqət, etibar anlayışlarına da hər zaman sədaqətim, etibarım var. Ona görə də mənim partiya yaratmağa ehtiyacım yoxdur. Bu haqda yazan jurnalistlərə də üzümü tutub demək istəyirəm ki, onlar hər hansı bir məlumatı yazarkən ilk öncə onu dəqiqliyinə, səhihliyinə çalışsınlar, heç bir həqiqətə uyğun gəlməyən, böhtan xarakterli məlumatları cəmiyyətə ötürməsinlər. Ən əsası da jurnalist, peşə etikasına əməl etsinlər. Ancaq görünür ki, bəziləri bundan bixəbərdirlər. Onlara, yazıqlar olsun, deyirəm». \Gunxeber.com\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|