Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Bu fakta görə Ceyhun Kərəmovu cəzalandırmaq olar...
Bu fakta görə Ceyhun Kərəmovu cəzalandırmaq olar...15-12-2024, 07:53 |
Sosial şəbəkədə yayılan kadrlarda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri dərs vaxtı domino oyanırlar... Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində aparılan maliyyə yoxlamasında 150 min manatdan çox vəsaitin təyinatı üzrə xərclənməməsi aşkar olunub. AzFakt.com-un əldə etdiyi məlumata görə aparılan yoxlamada adı məktəbdə gedən, özü isə xaricdə olan müəllim və şagirdlər üzə çıxarılıb. Həmçinin məktədə dərslər üçün istifadə olunan notubok komputerlərindən 9-u və invertarda olan bir çox avadanlıqların çatışmamazlığı aşkar edilib. Bundan başqa maliyyə yoxlaması nəticəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində çoxsaylı nöqsanlar üzə çıxarılıb. Məlumata görə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və digər nöqsanların üzə çıxmasından sonra direktor Azər Rüstəmov məsələləri "ört basdır" etməyə çalışır. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzin direktoru Azər Rüstəmovun Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmova yaxın kadrlardan olduğu iddia edilir. Bildirək ki, sosial şəbəkədə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin dərs saatında domino oynamlarını əks etdirən kadrlar yayılıb.(AzFakt.com) Video BURADA... Baxmaq üçün tıklayın... Geri qayıt |