Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda sahibkarlara 45 MANATLIQ TƏLƏ...

Naxçıvanda sahibkarlara 45 MANATLIQ TƏLƏ...


11-12-2024, 11:22
Naxçıvanda sahibkarlara 45 MANATLIQ TƏLƏ...
Naxçıvanda vergi orqanları ticarət və iaişə obyektlərindəki kassa aparatlarının fəaliyyətinə qadağa qoyublar. Aparatların yenidən işləməsi üçün isə, onların hərəsindən 45 manat tələb olunur. Onlara bildirilib ki, həmin pulla kassaların “beyni dəyişdiriləcək”. Kasalları bağlandığı üçün ticarətləri dayanan sahibkarlar da, işlərini davam etdirmək üçün bu pulu verməyə məcbur olurlar. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sahibkar məlumat verib. Onlar bildirirlər ki, ödədikləri pulun qarşılığında onlara qəbz verilməyib. Naxçıvanda 5 minə yaxın bu cür sahibkarlıq obyekti fəaliyyət göstərir.
Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkar M. Mehdiyev deyir ki, dəyişiklik olunmayan kassa sahibləri cərimələnməklə hədələnirlər:
“Dörd gündür kassa aparatımın fəaliyyətini dayandırıblar. Naxçıvan şəhər vergi orqanından dedilər ki, kassa aparatının beyni dəyişməlidir, 45 manat pul ödəməlisən, yoxsa, kassan işləmədiyi üçün cərimələnəcəksən. Aparıb Naxçıvan şəhər vergi idarəsində bu işə məsul olan şəxsə 45 manat verdim. Gündə bir adla sahibkarlardan pul yığılır. Etiraz edəndə də gəlib cərmələyirlər. Sanki, biz ancaq bunlara işləyirik. Onsuz da vəziyyətimiz ağırdır. Alver də yoxdur. Artıq sahibkarların bəziləri iflasa uğrayaraq obyektlərini bağlayır, və ya başqasına arenda verirlər”.

Geri qayıt