Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI...
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI...3-10-2024, 11:37 |
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı, hazırda ehtiyata göndərilmiş general-polkovnik Kərəm Mustafayev ötən həftə Bakıya, Müdafiə Nazirliyinə çağrılıb. Bir neçə gün öncə isə, onun burada ifadə vermək üçün dəvət olunduğu bildirilir. diaaz.space xəbər verir ki, bu haqda „Gündəlik Naxçıvan“a Ümumqoşun Ordudakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, generalın ifadəsindən sonra onun qardaşı Nemət Mustafayevin də təcili Bakıya gəlməsi tələb olunub: “Məlumata görə, hər ikisinə qarşı şübhəli əsgər ölümləri və dövlət büdcəsini talamaq ittihamları irəli sürülüb və buna müvafiq olaraq, cinayət işi açılıb. Bilirsiniz ki, Naxçıvan Ordusunda ölüm halları adi hal almışdı. Bu ölümlərin əksəriyyəti intihar kimi rəsmiləşdirilsə də, hər kəs həqiqəti bilir. Bəzilərini öldürüb, intihar adı qoyublar. Bəziləri də Kərəm Mustafayevin haqsızlıqlarından bezib, intihar edənlərdir ki, bunlar da ciddi araşdırılmalıdır. Bundan əlavə, onun qardaşı Nemət hər gün yüzlərlə hərbçini avtobuslara yığıb aparıb, öz tikinti şirkətində qul kimi işlədirdi. Onların bir çoxu tikinti zamanı qəza nəticəsində ölüblər. Onların da ölümü intihar kimi qələmə verilib. Bu yolla o, həm də dövlət büdcəsini talayıb. Kərəm Mustafayevin hərbi büdcəni necə talaması, zabit və gizirlərə qarşı hansı qanunsuzluqları etdiyini də hər kəs bilir. Ümid edirik ki, hər ikisi tezliklə cəzalarını alacaqlar”. Naxçıvandakı hərbçilər Kərəm Mustafayevin dövründə Orduda baş verən müxtəlif qanunsuzluqlar, korrupsiya və rüşvət əməlləri ilə bağlı „Gündəlik Naxçıvan“a tez-tez məlumatlar veriblər. Onların əsas şikayətləri maaşlarının və məzuniyyət pullarının mənimsənilməsi, nahaqdan təhqir olunmaları, aşağılanmaları, zabit heysiyyatının tapdalanması və s. bağlı olub. Bu qanunsuzluqlara etiraz edənlərin qisas məqsədi ilə həbs olunduqları və ağır işgəncələrə məruz qaldıqları bildirilirdi. Generalın heç bir hərbi rütbəsi və vəzifəsi olmayan qardaşı Nemət Mustayevin isə, Orduda qeyri-rəsmi ikinci komandan olduğu deyilirdi. O, istənilən yüksək vəzifəli zabiti ordu qarşısında döyüb təhqir edə, həbsə atdıra billirdi. Nemət Mustafayev mülki tikinti şirkətində effektiv işlədə bilsin deyə, MAXE vəzifəsinə tikinti ustalarının cəlb olunduğu bildirilirdi. Bu MAXE-lər və tikinti işindən az-çox başı çıxan yüzlərlə əsgər onun tabeliyində olub. Kərəm Mustafayev bu il iyulun 5-də vəzifəsindən azad olunaraq, ehtiyata göndərilib. Onun yerinə general-mayor Sənan Seyidov təyin olunub. Geri qayıt |