Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Zay məhsulu satmaları bir yana...

Zay məhsulu satmaları bir yana...


1-10-2024, 11:42
Zay məhsulu satmaları bir yana...
"26.09.2024 tarixində Kontakt Home mağazasından nəğd şəkildə kondisioner alınıb". diaaz.space xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "28.09.2024 tarixində öz ustaları tərəfində quraşdırlma edilib və müəyyən olunub ki, kondisoner xarabdır. Yəni xarab mal satıblar. 28.09.2024 tarixindən bu günə kimi çox saylı facebook, vatsap, saytlarından, müraciətlərə baxmayaraq eyni şablon cümlələrdən işlədərək, gah sistemləri işləmir, gah müştəri müraciəti çoxdur. Beləcə günü-günə satmaqla məşğuldurlar. Nəhayət çoxsaylı əsəbdən sonra bu gün adam göndəriblər və o gələnlərdə kondisioneri söküb yerə qoyub çıxıb gediblər. İndi də deyirlər başqa adamlar gəlib götürəcəklər. Beləcə başımıza oyun açırlar. Mən hər gün işdən icazə alıb gələ bilmirəm , bunlar isə millətin başına oyun açırlar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xitab edirəm: sizə rəsmi şikayət məktubu ünvanlıyacam çox xahiş edirəm tədbir görün artıq bu adamlara qarşı..."

Geri qayıt