Əsas Səhifə > Üçüncü sektor > Bu halda Əmək Məcəlləsi pozulur

Bu halda Əmək Məcəlləsi pozulur


28-09-2024, 09:54
Bu halda Əmək Məcəlləsi pozulur
Bu qayda və əsasla işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi, AR Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnir.
Praktika göstərir ki,Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işçilərlə bağlanmış Əmək müqaviləsini ləğv edərkən İşəgötürən Əmək Məcəlləsinin tələblərinə əməl etmir və ya qanun pozuntularına yol verirlər.
AR Əmək Məcəlləsinin 70 - ci maddəsinin ç) bəndinə əsasən: "İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" - İşəgötürən tərəfindən onunla bağlanmış Əmək müqaviləsi ləğv edilə bilər.
Qeyd olunan maddənin ikinci hissəsinin f) bəndinə əsasən:"iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi"- işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
Bir çox hallarda işəgötürənlır bu maddəni tədbiq edərkən AR-nın Əmək Məcəlləsinin tələblərinə əməl etmədən işçi ilə bağlanmış Əmək müqaviləsini bu maddədə göstərilən qaydada sübutlar əsasında deyil, öz şəxsi ehtimallarını əsas tutaraq ləğv edirlər.Belə ki,
Qeyd olunan bu əsas və ya maddə ilə işçinin Əmək müqaviləsinin ləğvi yalnız aşağıdakı sənədlər olduqda ləğv edilə bilər: "iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsini sübut və təsdiq edən,
İşçinin: iş yerində inzibati xətalara, cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi barədə olan:
SƏLAHİYYƏTLƏRİ OLAN MÜVAFİQ DÖVLƏT VƏ İCRA ORQANLARININ, PROKURORLUQ, POİİS VƏ MƏHKƏMƏ QƏRARLARI əsasında.
Digər sənədlərin, o cümlədən də işəgötürən tərəfindən tərtib olunmuş akt, təqdimat və sair sənədlər isə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyil.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - diaaz.space

Geri qayıt