"Şikayətim "Bolt" taksidəndir". "DİA-AZ"xəbər verir ki, bu barədə Nərmin Nəzərova adlı sosial şəbəkə istifadəçisi giley edir.
O daha sonra bildirir: "Demək, normalda taksidən az istifadə edirəm. Səhhətimlə bağlı son 1 aydı məcbur istifadə etmişəm. Həmişə də "comfort" sifariş vermişəm, amma bu müddətdə anladım ki, "comfort" yazısıyla komfortlu maşınlar gəlməməyiynən yanaşı, bəzən tərbiyyəsiz və özünü apara bilməyən sürücülər də gəlir.
Bu gün sifariş verirəm, tıxacı nəzərə alıb mesaj vasitəsilə yazıram sürücüyə ki
-Salam ,zəhmət olmasa waze-dən baxın neçə dəqiqə qalıb .Mən gecikirəm,vaxt çoxdusa ləğv edim gedişi.
-Salam 3 dəqiqə qalıb
-dəqiq 3 dəqiqə? (çünki tətbiqə baxıram gec gəlir elə bu danışana qədər 2 dəqiqə getdi)
-Bəli !
Demək, 5-6 dəqiqə sonra yazmışam ki yaxınlaşırsınız?
Yazıb ki hələ yox. Və dediyi vaxtdan 15 dəqiqəyə yaxınlaşdı. Demək, maşın uzagdan gəldi, saxladı, mən əlimi qapıya atanda maşını qazla sür get. Mənim əlim qapıda olsa və bu sürsə, mən maşının arxasınca sürünəcəkdim...
"Bolt Taxi", qiymətləri qaldırırsızsa, insanların təhlükəsizliyini də nəzərə alın zəhmət olmasa! Belə tərbiyəsizləri yollara buraxıb camaatın əsəblərin oynatmayın!"