"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                 

Ağalar Vəliyevin əli YETƏRİNCƏ `UZUNDUR`... - BU DA FAKT!
Tarix: 2-12-2024, 11:04 | Çap et
Ağalar Vəliyevin əli YETƏRİNCƏ `UZUNDUR`...
Aktualinfo.org hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilmiş tender barədə məqalə yaymışdı.

Qeyd edək ki, həmin məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə bir mənbədən satınalma metodu ilə iki satınalma müqaviləsinin bağladığına toxunmuşduq. Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə 1.667.520 manat məbləğində satınalma müqaviləsinin 18.09.2024-cü ildə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üzrə 1.075.840 manat məbləğində satınalma müqaviləsi barədə məlumat isə 06.08.2024-cü ildə açıqlanmışdır.

Xatırladaq ki, sözügedən məqalədə bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi fiziki şəxs Məmmədov Mehman Rza oğlunun mənzillərin satın alınması üzrə konkret təchizatçı olmadığını, satınalma üzərində xüsusi hüquqlara da malik olmadığını və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedici və alternativ şirkətlərin olduğunu qeyd etmişdik. Bununla bərabər qeyd etmişdik ki,elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması üzrə daha bir tenderin nəticəsini açıqlayıb. 27.11.2024-cü ildə yekulaşmış bu tenderdə də qalib yenə fiziki şəxs Məmmədov Mehman Rza oğlu seçilib və onunla 1.204.640 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Müqavilənin şərtlər toplusuna görə Mehman Məmmədov əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı mənzil almalıdır.

Rəsmi dövlət orqanların yaydığı bu məlumatlardan da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 4 ayda fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə ümumi dəyəri 3 948 000 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Bəs Məmmədov Mehman Rza oğlu kimdi və bir fiziki şəxs kimi satınalma müqaviləsini icra etmək iqtidarındadırmı?

Bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, “Sizin, vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) sahibkarlıq fəaliyyəti üzrə məlumatlarının təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır.

Bildiririk ki, müraciətinizdə qeyd olunan vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) vəziyyəti hal-hazırda aktivdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları haqqında Qərarında qeyd olunan meyarlara əsasən riskli vergi ödəyicisi kateqoriyasına aid deyildir, dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur və ƏDV-nin məqsədləri üçün vergi orqanında qeydiyyata alınmamışdır. Müraciətdə təqdim edilməsi tələb olunan digər məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan həmin məlumatların verilməsi mümkün deyildir.”

Bərdə rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.

Əldə etdiyimiz ən yeni məlumatlara görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində sadəcə daimi pasport qeydiyyatındadır. O, Bakı şəhərində yaşayır və bizneslə məşğuldur. Bakı şəhəri, Səbail rayonu massiv 1 (Badamdar qəsəbəsi) ev 282, 2-ci döngə ünvanında 12 avqust 2024-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan “RB İNŞAAT” (VÖEN: 1703837151) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin bu məlumatlarından da göründüyü kimi Məmmədov Mehman Rza oğlu 12.08.2024-cü ildə “RB İNŞAAT” MMC-ni təsis edib. Ondan cəmi 6 gün əvvəl, yəni 06.08.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fiziki şəxs kimi 1.075.840 manat dəyərində bir mənbədən satınalma metodu ilə tender udub.

Əldə etdiyimiz ən yeni məlumatlardan biri də odur ki, Mehman Məmmədov uzun illərdir Milli Məclisin deputatı olan, “Azəraqrartikinti” ASC-nin sədri, “Kristal Abşeron” tikinti şirkətinin sahibi Ağalar Vəliyevin adamıdır. Verilən məlumatlarda bildirilir ki, düzdür, Mehman Məmmədovun biznesi var, amma qalibi olduğu tenderlər əslində Ağalar Vəliyev tərəfindən həyata keçirilir.

Aktualinfo.org

P.S. Növbəti yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Yekaterina Mehdiyeva ilə bağladığı satınalma müqaviləsi barədə olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru