Əmrullayev Azərbaycan təhsilinin ANASINI NECƏ AĞLAR GÜNƏ QOYDU... - MALƏSƏF... BU FAKTDIR!
Tarix: 16-10-2024, 10:23 | Çap et
Azərbaycan məktəbləri "vor zakon" qanunlarının işlədiyi türmələrə oxşamaqdadır. Son həftələrdə şagirdlər arasında bıçaqlanma, kriminal hadisələrin artması nəzarət rejiminin mənfi sıfırın altında olduğunu təsdiq edir. Halbuki məktəblərdə kontrol o səviyyədə təşkil olunmalıdır ki, quş da uça bilməsin. Üstəgəl, müəllimlər və psixoloqlar maarifləndirməni gücləndirməlidirlər. Bu da yoxdur və şagirdlər üzərində soyuq silah gəzdirirsə, deməli, hər şey öz qınından çıxıb. Beləliklə, Azərbaycan təhsili Misir Mərdanovdan Emin Əmirullayevə gələn yolda silahlanmağa başladı. Yəni əvvəllər yalnız özbaşınalıq, rüşvət baş alıb gedirdisə, indi bunların da qalması şərti ilə hələ bir kriminallaşma müşahidə olunur. Anaxeber.info məlumat verir ki, məktəblinin üzərində bıçaq gəzdirməsi təhsil ocaqlarının həbsxanalara çevrilməsinə gətirib çıxarmaqdadır. Elm və təhsil naziri Emin Əmirullayev tədrisin keyfiyyəti haqda danışanda gərək etiraf edəydi ki, bəzi məktəblilərin cızığından çıxması həm də aşağı səviyyəli dərs keçirilməsinə bağlıdır. Dərs yox, yuxarı siniflərdə şagirdlər təhsildən yayınır, müəllimlər vaxt öldürür, davamiyyət aşağı səviyyədə, əksəriyyət dərs zamanı repetitor yanında və bu da nəticədə nəzarətsizlik yaradır. Nazirlik məktəblər qarşısında qəti tələb qoymalıdır və müntəzəm şəkildə yoxlamalar aparılmalıdır ki, dərs zamanı şagirdlər haradadır, sinif otaqlarında sayları nə üçün azdır. Əlbəttə, bunu etmək niyyəti yoxdur. Çünki rüşvət mexanizmi dərsdən yayınıb repetitor yanına getməkdə də yüksək səviyyədə işləyir. Yəni direktora aylıq "xərac" verilir və şagirdə göz yumulur ki, dərsə gəlməsin, hazırlıqlara getsin. Sözsüz ki, direktorlar o vəsaitləri təkbaşına yeyə bilməzlər. Amma bu faktın özü də etiraf olunmalıdır ki, deməli, məktəblər dərs keçmir və təhsil müəssisəsində oxumaqla tələbə adını qazanmaq mümkün deyil, ona görə əksəriyyət repetitora müraciət edir. Bu da kütləvi şəkildə təhsildən yayınma, nəzarətsizlik və sonda bıçaqlanma, dava, insidentlə nəticələnir. Anaxeber.info bildirir ki, təkcə təhsilin keyfiyyətsizliyi dərsdən yayınmaqda özünü göstərmir, həm də dərsliklər bərbad vəziyyətdədir. Elə bu günlərdə sosial media istifadəçiləri dərsliklərin köhnəldiyini, müraciət etsələr də, dəyişmədiklərini bildirmişdilər. Bəzi məktəblərdə yeni təhsil ili üçün uşaqlara paylanılan kitablar bərbad vəziyyətdədir. Valideynlər iddia edir ki, dərsliklər tədrisə tam yararsızdır, hətta mikrob mənbəyidir. Məlumdur ki, təhsilin büdcəsi ilə keyfiyyəti arasında düz mütənasiblik var. Amma bizdə əksinədir. 25 il əvvəl təhsilin büdcəsi indikindən dəfələrlə az idi, keyfiyyət isə daha yüksək idi. Heyf təhsil islahatı adı ilə itirilən 25 ilə və yüz milyonlara. Əgər heç bir "islahat" olmasaydı, keyfiyyət indikindən yüksək olardı. 25 illik islahatın hədəfi deyəsən ölkədə rəsmi təhsili repetitorluqla əvəz etmək imiş. Niyə ETN 25 ilə adi məktəb dərsliyini də hazırlaya bilmədi? Hesab edilir ki, bunu bilərəkdən ediblər, şagird sərbəst şəkildə evdə kitablarla hazırlaşa bilməsin, məcbur qalıb repetitor yanına getsinlər. Ali təhsilli valideynlər də heç bu dərsliklərdən bir şey anlaya bilmir ki, evdə uşağına dərsi izah etsin. Deməli, xilas yolu yenə repetitorluqdur. Ümumiyyətlə, təhsil futbolumuz kimidir. Hansı bahalı xarici məşqçi də gətirsən, milli düzəlmir. Bizdə də neçə-neçə nazirlər olub, amma təhsilin səviyyəsi artmayıb. Əksinə, ildən-ilə pisləşir. Nazirliyin isə başı tenderlərə qarışıb. Misal üçün nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasını həyata keçirəcək. İki gün öncə açıqlanan nəticələrə görə, tenderin qalibi “UNIVERSAL-S” MMC olub. Bu şirkətlə nazirlik 3.838.613,4 manatlıq satınalma müqaviləsi imzalayıb. Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Universal-S” MMC arasında tender anlaşmaları ilk deyil. Bundan öncə də, bir neçə dəfə iri tenderlərin qalibi olan MMC TN-dən bir xeyli qazanc götürüb. Məsələn, ötən ilin yayında analoji işlərin görülməsi üçün keçirilmiş tenderin qalibi olan “Universal-S” MMC nazirliklə 3 813 221 manat məbləğində müqavilə imzalayıb. Elə həmin il sözügedən şirkət Təhsil Nazirliyinin daha bir tenderini də udub. Tribunainfo.az xəbər verir ki, həmin vaxt da “UYniversal-S” “Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması”nı həyata keçirib. Bu tenderin dəyəri isə 649 591 manat təşkil edib. Və yaxud Elm və Təhsil Nazirliyi “respublikanın bir sıra təhsil müəssisələri”ndə təmir işlərinə başlayıb. Lakin hansısa səbəblərdən nazirlik israrla təmir işləri aparılan və ya aparılacaq “bir sıra təhsil müəssisələri”nin adını açıqlamır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən aparılan araşdırma zamanı məlum olub ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi cari ilin fevralından yuxarıda qeyd etdiyimi satınalma predmeti üzrə tenderlərə start verib və indiyədək 13 satınalma müsabiqəsi keçirilib. Artıq 8 tender üzrə satınalma müqavilələri imzalanıb. Müqavilələr aşağıdakı şirkətlərlə imzalanıb: “Meqaplus” MMC – 1 498 065,01 manat “Fərid” Firması – 5 299 449,72 manat “Fərid” Firması – 4 648 759 manat “Art-proje” MMC – 3 696 212,27 “Bakımexanizasiyanəqliyyat” ASC – 3 838 629,41 manat “S.H. İnşaat Xidməti” MMC – 7 795 545,18 manat “Koneks Construction” MMC – 669 358,99 manat “VK Group N1” MMC – 2 628 480 manat. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 25 425 740,58 manat təşkil edir. Yerdə qalan 5 tender üzrə qaliblər müəyyənləşsə də, hələ ki, satınalma müqavilələri bağlanmayıb. Qalib şirkətləri və onların qiymət təkliflərini təqdim edirik: “Fərid” Firması – 5 165 719,94 manat “Fərid” Firması – 7 255 232,45 manat “S.H İnşaat Xidməti” – 3 492 100,54 manat “SS İnşaat” MMC – 930 138,08 manat “VK Group N1” MMC- 4 299 140,17 manat. Beləliklə, aydın olur ki, Elm Təhsil Nazirliyi “bir sıra təhsil müəssisələri”nin təmiri ilə əlaqədar ümumi xərci 17 650 230, 64 manat olacaq. Həmçinin görünən odur ki, tenderlərdə əsasən eyni şirkətlər qalib gəlir. Təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır. Yəni təhsil yoxdur, məktəblər simvolikdir və pul yığmaq xidməti göstərir, şagirdlər isə məktəbdənkənar "məktəb"lərin ümidinə qalıblar, nazirlik isə heş bir proqram irəli sürmür, islahatlar paketi yoxdur, yalnız büdcə vəsaitlərini gəmirmək yolları axtarılır...
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
|