Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Dilarə Kazımovadan sevgililər günü albomu
Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımovadan sevgililər günü albomu

Dilarə Kazımovadan sevgililər günü albomu


14-02-2025, 12:25
Dilarə Kazımovadan sevgililər günü albomu
Avroviziya təmsilçimiz Dilarə Kazımova yenidən diqqətləri üzərinə çəkməyi bacarıb.

"DİA-AZ" xəbər verir ki, sənətçi 14 Fevral - Sevgililər Günü münasibətilə məşhur mahnılarını - “Xarizma, “Cazibə” və “Zəng-zəng” remiks sevənlərinə təqdim edib.

Kazımova bu dəfə bəstələrini albom şəklində təqdim edib. Müğənninin “Madame Di” adı verilən albomunda sözügedən mahnılarının remiks versiyası yer alıb.

D.Kazımovanın məşhur diceylərlə hazırladığı EP albomunda yer alan mahnılar klub ritmləri ilə, yay ab-havasında hazırlanıb. Sözügedən mahnıya diceylər – DJ Vebo, DJ N.E.Z və almaniyalı DJ Jojo öz fərqli remikslərini ediblər.

Yeni layihəsindən məmnunluğunu bildirən Dilarə, "Mən həmişə yeniliklərə imza atmağa çalışan sənətçi olaraq böyük qürur və sevinc hissi ilə sevənlərimə uzun müddətdir ki, üzərində çalışdığım, Azərbaycanın ilk proqressiv, ritmik janrında olan albomu ərsəyə gətirmişəm. Hər şey planlaşdırdığımız kimi gedir və düşündüm ki, pərəstişkarlarımı yeniliklərlə sevindirim və sevilən mahnılarımı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işi bu qış dövrünün ən soyuq fevral ayında əhval ruhiyyəni yüksək tutmaq üçün sevənlərimə böyük hədiyyə olacaq. 3 musiqi remiksinin hər birinin ayrı gözəlliyi var. Bu möhtəşəm “Madame Di” adlı yeni albomu bütün rəqəmsal platformalarda dinləyə bilərsiniz. Ümid edirəm ki, bəyənəcəksiniz”.

İfaçı məşhur treklərinin remikslərindən ibarət albomunun adının niyə “Madame Di” olmasının səbəbini açıqlayıb.

“Mən deyirdim axı “Dilarə erası” başlanır. Əslində, o sözlər elə-belə deyildi. Hər kəsin keçmiş həyatda kim olması barədə öz rəyi var. Mən isə əminliklə deyə bilərəm ki, keçmiş həyatımda imperatriça olmuşam”.

Kartları açıq şəkildə oynamağı sevdiyini deyən pop ulduz layihə üçün bu dəfə hamımızın yaxşı tanıdığı kart oyunun motivlərinin əks olunduğu “ürək daması” obrazında obyektiv qarşısına keçib.

İdeya və styling Kazımovanın özünə məxsusdur. İfaçının makiyajını Jalya edib.

Fotoları isə Ləman Seyfullazadə lentə alıb.

Dilarə Kazımovadan sevgililər günü albomu
Dilarə Kazımovadan sevgililər günü albomu
Dilarə Kazımovadan sevgililər günü albomu

Geri qayıt