Tanınmış xanım aparıcı: “...Sevgilim olmayıb”
Tarix: 22-12-2014, 09:52 | Çap et
Kulis.az-ın yeməli söhbət layihəsinin qonağı məşhur aparıcı Günay Yelmarqızıdır. - Günay xanım hansı yeməkləri sevirsiz? - Yarpaq dolması, badımcan dolması və dovğanı. - Özünüz nə bişirirsiz? - Vaxtım olanda bişirirəm. Amma bu çox nadir hallarda baş verir. Etiraf edim ki, 18 yaşımdan çalışdığıma, subay olduğuma və ailəmlə yaşadığıma görə evdarlıq qabiliyyətim barədə nəsə deyə bilmərəm. Evdə yemək məsələlərinə anam baxır. İşdən gec getdiyim üçün artıq mənim nəsə hazırlamağıma ehtiyac qalmır. Ancaq bu o demək deyil ki, yemək bişirməyi bacarmıram. Ümumiyyətlə, mənim leksikonumda “bacarmıram” sözü yoxdur. Ola bilər bu günə qədər hər hansı yeməyi bişirməmişəm. Amma bu o demək deyil ki, bişirə bilmərəm. Məsələn, plovu ilk dəfə Amerikada yaşayanda dəmlədim və heç də pis alınmadı. Ancaq daha çox salatlar hazırlamağı sevirəm. Bir şeyi də deyim ki, əlim çox dadlıdır. Bişirdiyim yeməklər pis alınmır. Yemək hazırlayanda özümdən nəsə əlavələr etməyi, müxtəlif ədviyyatlar qatmağı sevirəm. Amma xüsusi reseptlə hazırladığım bir yemək yoxdur. - Bir müddət Amerikada yaşadız. Oranın yeməkləri ilə aranız necə idi? Ümumiyyətlə, Amerika sizin üçün maraqlı oldu? - Düzünü desəm oranın yeməklərini bəyənmədim. Əslində Amerika mətbəxinin xüsusi özəlliyi ilə seçilən bir yeməyi də yoxdur. Daha çox fast foodları ilə məşhurdurlar. Mən orada yaşadığım müddətdə özüm evdə ağız dadıma uyğun yeməklər bişirirdim. Vaşinqtona gedəndə ilk işim çay, mixək və hil almaq olmuşdu. Evdə əsl Azərbaycan çayı dəmləyib içirdim. Hətta dostlar hərdən deyirdilər ki, gedək Günay bizə Azərbaycan çayı dəmləsin. Amerikaya gəldikdə, məni bu ölkədə təəccübləndirən, ya da xüsusi diqqət və marağımı çəkən nəsə yoxdur. Hətta hava limanına ilk düşəndə bir balaca xəyal qırıqlığına da uğramışdım. Yəni, Amerika xüsusən filmlərdə təqdim olunduğu kimi qeyri-adi, fantastik və möcüzələr ölkəsi deyil. Adi bir ölkədir. Təbii ki, özünəməxsus özəllikləri də var. Mən Vaşinqtonda yaşamışam. Bir neçə ştatda və şəhərlərdə olmuşam. Ən çox sevdiyim şəhər elə Vaşinqton oldu. Bu şəhərin özünəməxsus aurası və cazibəsi var. Çox sadə, amma gözəl şəhərdir. - Xarici mətbəxdə sizi təəccübləndirən yemək olub? - Mən bir az yeməklərə qarşı diqqətliyəm. Ağız dadıma uyğun olmayan yeməklər əsla diqqətimi çəkmir. Amerikada sevmədiyim cəhətlərdən biri yeməklərdə normadan çox sarımsaqdan və tomatdan istifadə etmələri oldu. Yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı bütün ədviyyatları, xüsusən tomat, pendir və sairə tökürlər yeməklərə. Bütün dadlar bir-birinə qarışır. Orda, hətta restoranlara girəndə sarımsaq iyi o qədər vurmuşdu ki, Bakıya gələndən sonra bir müddət sarımsaq iyindən qaçırdım. - Kababla aranız necədir? - Kababla aram əla . Bütün növ kababları sevirəm. Həm ət məhsullarından, həm də tərəvəz məhsullarından hazırlanan kababları xoşlayıram. - Jurnalistika ilə bağlı təcrübəniz çoxdur. Bu müddət ərzində başınıza maraqlı hadisələr gəlib? - Artıq 15 ildir bu sahədə çalışıram. Əlbəttə çoxlu maraqlı hadisələr olub. Xüsusən 13 ildir canlı efirə çıxdığımı nəzərə alsaq, efir vaxtı maraqlı hadisələr çox olur. Məsələn, tələsik efirə çıxdığım üçün mikrofon taxmağı unutmuşam, xəbər oxuduğum vaxt səsim batıb və sairə. Ən son efirdə dırnaqlarıma boya çəkmişəm. İş o qədər çox olmuşdu ki, efir başlayanda bir əlimdəki dırnaqlarım boyalı idi, digər əlimdəkilərə boya çəkməyə vaxt çatmadı. Birinci xəbər gedəndə əlimin birini gizlətdim ki, dırnaqlarım görünməsin. İlk süjet efirə gedəndə dırnaqlarımın qalanını da boyadım. - Tələbəlik illəriniz necə keçib? - Tələbəlik illərim olmayıb. Çünki birinci kursdan işləməyə başlamışam. Amma mən iki ali təhsil aldığıma görə tələbə yoldaşlarımın sayı çoxdur. Bəziləri ilə əlaqəm var. - Hansı tip restoranları sevirsiniz? - Mən daha çox özünəməxsus konsepsiyası, aurası olan, hansısa bir özəlliyi ilə seçilən məkanları sevirəm. Dəbdəbədən kənar, sadə, səssiz və komfortlu restoranları... - Ağdamlısınız... Sizcə Ağdam mətbəxinin özəlliyi nədir? - Ağdam mətbəxi də digər bölgələrimizdə olduğu kimi dadlı təamlarla zəngindir. Bu mətbəxi mənim üçün fərqli edən anamın əlindən hazırlanmasıdır. Mən onun hazırladığı bütün yeməkləri sevirəm. - Sizə nəyi isə xatırladan yemək var? - Məsələn, kətə. Göyərti qutabını nəzərdə tuturam. Qarabağ zonasında ona kətə deyirlər – mənə doğulduğum Ağdamı xatırladır. Kətə mənə Ağdamdakı evimizi, nənəm və mənim çox sevdiyim ailə dostumuz olan Niyazi əmimi və onun ailəsini xatırladır. Hər dəfə onlar bizə məhz nənəmin bişirdiyi kətəni yemək üçün gələrdilər. Evdə çox maraqlı ab-hava yaranırdı - sevimli qonaqlarımız və nənəmin sacda bişirdiyi kətə. Yəni, uşaqlığım. - Dieta ilə aranız necədir? - Əla. Kökəlməyə meylli insanam. Ona görə diqqət etməyə məcburam. Hazırda artıq kilolarım var və onlarla mübarizə aparıram. Amma kəskin pəhriz saxlamıram. Sadəcə qida rasionundan nələrisə çıxarmaqla arıqlamağa çalışıram. - Sevgilinizlə ilk dəfə harada yemək yemisiniz? - Etiraf edim ki, bu günə qədər haradasa oturub yemək yediyim bir sevgilim olmayıb. Ona görə elə bir məkan da yoxdur. - Toyla aranız necədir? - Baxır kimin toyu. Yaxınlarımın, dostlarımın, sevdiyim insanların toyunda məmnuniyyətlə iştirak edirəm, əylənirəm və yaxşı da rəqs edirəm. - Spirtli içkilərə münasibətiniz? - Spirtli içkiləri sevmirəm. - Sosial şəbəkələrdə aktivsiz. Sizə burda maraqlı təkliflər edən olur? - Sosial şəbəkələrdə istənilən xarakterdə insana rast gəlmək mümkündür. Düzü mesajlara o qədər vaxt ayırmıram, oxumuram. Hərdən təmizləmə işləri aparanda oxuduğum və ürəkdən güldüyüm qəribə mesajlar olur. - Hobbiniz nədir? - İdmanla məşğul olmağı sevirəm. Üzgüçülük, fitnes, müxtəlif rəqslərlə məşğul olmuşam. Ən son böyük tennisə gedirdim. Obyektiv səbəblərdən xeyli vaxtdır idmana ara vermişdim, ancaq mütləq bərpa edəcəm. Çünki gündəlik məşğul olmasam da idman həyatımda mütləq olur . İdmandan əlavə mütaliəni sevirəm. Xüsusilə bədii əsərlər. Mənim ümumiyyətlə, “ən çox sevdiyim yazıçı”, “ən çox sevdiyim müğənni” və sairə “ən”lərlə bağlı kriteriyalarım yoxdur. Bütün gözəl əsərləri, janrından asılı olmayaraq bütün gözəl musiqiləri sevirəm. Konkret əsərləri ilə yaşadığım bir yazıçı yoxdur. Amma nəsə öyrəndiyim, nəticə çıxara bildiyim bütün maraqlı əsərləri sevirəm. Bu, klassik yazıçıların əsərləri də ola bilər, populyar ədəbiyyat nümunələri də. Bütün oxuduğum və sevdiyim əsərləri sadalasam uzun siyahı alınar. Ancaq ən son oxuduqlarımdan Umberto Ekonun “Qızıl gülün adı”, Xalid Huseynin “Min möhtəşəm günəş”, “Çərpələng uçuran”, Elif Şafakın “Aşk” əsərlərinin adını çəkə bilərəm. Son iki əsər məni çox təsirləndirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|