“Söhbət Mehriban Ələkbərzadənin idarəçilik siyasətindən gedir” - QALMAQAL
Tarix: 7-03-2025, 11:24 | Çap et
 Əməkdar artist Mehriban Xanlarova bir neçə gün öncə verdiyi müsahibədə Milli Dram Teatrındakı tamaşalara başqa teatrlardan aktrisa gətirilməsinə narazılığını bildirib. Sənətçi teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin bu addımının onu incitdiyini dilə gətirib. Aktrisanın bu etirazı ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı açıqlama yayıb. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, yaranan narazılığa səbəb aktrisa Günəş Tekinin teatra dəvəti olub: “Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib. Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər”. Açıqlamada o da qeyd edilib ki, Günəş Tekin dəvətli aktrisa hesab olunmur, o, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Vurğulanıb ki, teatr adıçəkilən aktyorların etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşır: “Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”. Bu məlumatdan sonra Əməkdar artist Mehriban Xanlarova “Qafqazinfo”ya açıqlama verib. Aktrisa açıqlamanı tamamilə yanlış hesab edir: “Reallığı əks etdirmir. Kollektivimizin Mehriban Ələkbərzadə ilə bağlı narazılıqlarını və şikayətlərini Cavid Zeynallı diqqəti yayındırmaq məqsədilə “gənc nəsil – köhnə nəsil” qarşıdurması kimi təqdim edərək teatrın daxilindəki real problemləri ört-basdır etməyə çalışır. Halbuki burada söhbət nəsillərarası mübahisədən deyil, Mehriban Ələkbərzadənin teatrdakı fəaliyyəti və idarəçilik siyasətindən gedir. Cavid Zeynallı, unutma, vəzifələr müvəqqətidir, sənətkarlar isə əbədidir! Xalq şairimiz qabilin çox gözəl bir sözü var: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova Kulis.az-a müsahibəsində teatrla bağlı danışarkən bunları demişdi: “Mənim hazırda teatrla, Mehriban Ələkbərzadə ilə bağlı heç bir problemim yoxdur. Onun mənə hörməti var, mənim də ona. Ancaq məni incidən bir məsələ var. Mən 1998-ci ildən bu teatrda işləyirəm. Mənə yer eləyən kənar teatrlardan aktrisa dəvət olunmağıdır. Bizdə hər yaşdan kifayət qədər peşəkar aktrisa var. Niyə kənardan kimsə çağırılmalıdır? İsrafil İsrafilovun vaxtında kənardan heç kim çağırılmırdı. İndi niyə çağırırlar? Şəxsən mən heç kimdən əskik aktrisa deyiləm. Bu, haqsızlıqdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
|