"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                 

"Mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim?"
Tarix: 15-04-2024, 09:35 | Çap et
"Mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim?"
Müğənni Elariz Məmmədoğlunun Kult.az-a müsahibəsi:

- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...

- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da Amerikanın həkimləri yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.

- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.

- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, Amerikaya “Yaşıl kart” qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki, gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.

- Adətən, insan öz vətənindən kənarda gedəndə uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizinçün rahat oldumu?

- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.

- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?

- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə Amerikada da məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.

- Elariz bəy, Amerikada azərbaycanlıların toylarına gedirsinizmi?

- Mən yeni gələndə Amerikada yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu York, Nyu Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda Kanada dövlətinin Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.

- Elariz bəy, ixtisasınız da rejissorluqdur. Nə əcəb bu sahə üzrə çalışmadınız?

- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universtitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. “Kişiləri qoruyun” filmində iki obrazda çəkilmişəm.

- Amerikada film çəkmək istəyərsinizmi?

- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə Amerikada bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.

- 2000-ci ildə daha çox “Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşdınız, sonra da “tvist” üslubunda "Tup-tup" mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?

- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər işıqlandırmadılar. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı “Hədiyyə” adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.

- Amerikadan baxanda Azərbaycan musiqisi sizinçün necə görünür?

- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxardanda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf edib. Xüsusən, fortopiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daima inkişafdadırlar. Əfsuslar olsun ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir bas gitara musiqinin fundamentlərindən biridir? Bu barədə Azərbaycan xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas qitaraya böyük ehtiyac var.

- Hazırda yeni albomunuz varmı?

- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.

- Birdəfəlik qayıtmaq necə, belə bir fikriniz varmı?

- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, Amerikaya müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdır Azərbaycana. Hər kəs bilir ki, Vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, Amerikaya getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru