“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - ETİRAZ
Tarix: 19-03-2024, 11:51 | Çap et
 “Min illərdir biz Novruza bahar, yaz bayramı demişik, yazın gəlişini qeyd etmişik. Klassiklərimiz baharın gəlişinə gözəl şeirlər yazıb, təbiətin oyanışını vəsf ediblər. Amma azərbaycanlılar üçün milli atribut sayılan papağı aparıb onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər. Bu ənənəni bizə kim gətirib?!”
Bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Novruz adətlərindən danışan sənətçi deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb.
Onun sözlərinə görə, türk kişisi üçün papaq həmişə qeyrət rəmzi sayılıb:
“Türk kişisinin 3 meyarı olub: arvadı (halalı), papağı və atı. Hər kəsə məlumdur ki, o vaxt bir kişini el içində rüsvay etmək üçün onun atının quyğunu, yalını kəsərdilər. Bu, ən böyük təhir sayılardı. Bu gün atımız yoxdur, evlənib 3 aydan sonra boşanırıq, kəbinimiz yoxdur, arvadı 1 uşaqla atırıq küçəyə, papağımızı da aparıb atırıq kiminsə qapısına.
Qapıya papaq atmaq faktiki olaraq dilənməkdir. Biz tərəflərdə o vaxt qurşaq atardılar. Siz papağınızı atmaq istəyirsinizsə, atın, istəyirsinizsə, lap tuman-köynəyinizi də çıxarıb qapılara atın, amma bunu adət-ənənə adı altında millətə sırımayın! Bizdə bu cür adət olmayıb. Bu nə ənənədir, bu nə iyrənc şeydir?! Bunu haradan götürüblər? Keçəl, kosa nədir?”
Şeyx Əbdül bayramın rəmzləri olan, Novruz şənliklərində yer alan Kosa ilə Keçəlin pay yığmasını dilənçilik adlandırıb:
“Bu bayram təbiətin oyanışı ilə bağlıdır, təqvim yenilənir. Bu Allahın insanlara verdiyi lütfdür, insanları qışın soyuğundan, əzabından qurtarır, səxavətini göstərib yenidən təbiəti oyadır, ruzimiz-bərəkətimiz artır, enerjimiz çoxalır. Biz yeganə millətik ki, “S” xərfi ilə başlayan 7 neməti bayram süfrəsinə düzürük, bu başqa xalqlarda yoxdur. Biz isə israfçılıq edirik, qədir-qiymət bilmirik, dəyərlərimizi, tariximizi qorumuruq. Biz bütün bunları bir kənara atmışıq, qorumuruq.
Çıxıb efirlərdə də deyirlər ki, uzun illər əvvəl də papaq atmışıq. Bir daha qeyd edirəm, belə şey olmayıb! Sizin dədəniz papağını atıbsa, Allah işini avand eləsin, lakin mənim babam, dədəm öz papağını qapılara atmayıb! Xahiş edirəm, bunu ümumiləşdirməyək.
Keçəl-kosa düşüb ortaya oynayır, deyir “çömçəni doldursana” və dilənçilik edir. Rusun şaxta babası isə xəz geyimdə qapılara gedib hədiyyə paylayır.
Bizi bu ruhda tərbiyə edirlər. Bu persaonajlar gözəldir, amma onları bir qədər dəyişmək, bahar bayramı ilə uyğunlaşdırmaq lazımdır, dilənçiliklə yox. Bizdə nə gözəl şey varsa, ona qara yaxırıq, gözdən salırıq, ədrabadi hala salıb dilənçi, ələbaxan edirik. Sonra da həmin personajları televiziyaya, küçələrə çıxarıb təbliğ edirik. Bu cür eybəcər təbliğatın nəticəsi də bu gün göz önündədir...”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22 |
|
|
|
• Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15 |
|
|
|
• “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12 |
|
|
|
• Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06 |
|
|
|
• Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03 |
|
|
|
• Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51 |
|
|
|
• “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48 |
|
|
|
• Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36 |
|
|
|
• Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35 |
|
|
|
• Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28 |
|
|
|
• Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26 |
|
|
|
• İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22 |
|
|
|
• Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21 |
|
|
|
• Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14 |
|
|
|
• Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12 |
|
|
|
• Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05 |
|
|
|
• “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02 |
|
|
|
• "Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51 |
|
|
|
• "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44 |
|
|
|
|