"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                 

Azərbaycan kino sahəsində yeyintilər: - qanunda boşluq, yoxsa qeyri-peşəkarlıq?..
Tarix: 22-12-2023, 08:07 | Çap et
Azərbaycan kino sahəsində yeyintilər:
Hesablama Palatasının kino sahəsi ilə bağlı apardığı növbəti yoxlamaların hesabatı müzakirələrə səbəb olub.

Palatanın dekabrın 20-də yaydığı məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikası Kino Agentliyində (ARKA), Cəfər Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” kinostudiyalarında və Dövlət Film Fondunda yoxlamalar aparılıb və ciddi maliyyə pozuntuları aşkarlanıb.

Palatanın ötənilki hesabatında da Mədəniyyət Nazirliyində ciddi maliyyə pozuntuları olduğu bildirilirdi.

Tövsiyə olunurdu ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Palatanın builki məlumatında o da qeyd olunur ki, ötən il üçün diqqətə çatdırılan qanun pozuntuları hələ də həllini tapmayıb.

Məhz bunun nəticəsidir ki, aşkarlanan hallarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq, müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Son bir neçə ildə Mədəniyyət Nazirliyində iki nazir dəyişib.

Eyni zamanda, struktur dəyişikliyi də olub.

Maliyyə yeyintiləri ilə bağlı həbslər baş verib.

Keçirilən film müsabiqələrinin qaliblərinin pul mükafatları ödənilməyib.

Son iki ildə dövlət büdcəsindən maliyyələşən bir dənə də olsun tammetrajlı bədii film çəkilməyib.

Bu və digər hallar kino ictimaiyyəti arasında narazılıqlara səbəb olub.

Kino mütəxəssisləri hesab edirlər ki, Azərbaycan kinosunun probleminin kökündə 1998-ci ildə qəbul olunmuş köhnə kino qanunun yenilənməməsi dayanır.

Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi, hüquqşünas, Rejissorlar Gildiyasının sədri Fikrin Bektaşi Meydan TV-yə deyir ki, Azərbaycan kinosundakı bütün problemlərin kökündə qanunvericilik islahatlarının olmaması dayanır.

Çıxış yolu nədədir?

“Qanunvericilik boşluqları, faktiki olaraq hüquqi biliyi az olan kino camiəsi üçün bir tələ, yoxlayıcı təşkilatlar üçün isə təsir mexanizmidir. Müasir kino istehsalının standartları mövcud qanunvericiliyə uyğunlaşdırılmayıb. Nəticədə kino və mədəniyyət uduzur”, – Fikrin Bektaşi deyir.

Onun sözlərinə görə, köhnə qanun kino sahəsində inhisarçılıq yaradıb, özəl sektorun və özəl prodüser şirkətlərinin yaranması və inkişafını ləngidib:

“2010-cu ildə “Kinematoqrafiya haqqında” Qanun layihəsini yazıb, Mədəniyyət Nazirliyinə göndərdim. Nazirliyin Kino şöbəsi bir çox təklifi layihədən çıxardı, sonda isə ümumiyyətlə qanunvericiliyin təkmilləşdirilməsi prosesini dayandırdı. Yazdığım qanun layihəsində yeniliklər çoxdur. Layihə hazırda Milli Məclisdədir. Amma daha müasir tələblərə cavab verməsi üçün qanun layihəsinə bir çox təkliflərim var ki, filmin istehsalı və distribusiyasını tam əhatə edən mexanizmləri özündə ehtiva edir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə problemin qanunvericiliklə bilavasitə əlaqələndirməyi doğru hesab etmir:

“Bu, səhlənkarlıqla, eyni zamanda qeyri-peşəkarlıqla bağlı olan məsələdir. Qanunvericiliklə bağlı hansısa məsələ olanda, qanunda əlavə və düzəlişlər edərək gerçəkləşdiririk”.

Hesablama Palatasının Kollegiya iclasında iştirak edən deputat deyir ki, toplantıda kino sahəsində olan nöqsanlar, ayrılan vəsaitlərin müəyyən dərəcədə səmərəsiz xərclənməsi və başqa məsələlər ekspertlər, auditlər tərəfindən açıq şəkildə ortaya qoyulub:

“Hesablama Palatası da göstərdi ki, törədilən əməl subyektiv amillərlə bağlı məsələlərdir. Fikrimcə, obyektiv yanaşmadır. Bunu hüquq-mühafizə orqanları da araşdıracaq”.

“Kino qanunu yenilənməlidir”

Bununla belə, komitə sədri hesab edir ki, “Kinematoqrafiya haqqında” Qanun yenilənməlidir:

“Otuz ilə texnologiyada xeyli dəyişikliklər olub. Müəyyən terminoloji baxımdan da müəyyən yeniliklər ortaya çıxıb. Bu qanun layihəsi bizdə layihə formasında işlənilib. Ora yeni müddəalar nəzərdə tutulub. Yaxın aylarda biz mütləq dinləmə keçirməyi nəzərdə tuturuq. Çünki mütləq bu istiqamətdə addımlar atılmalıdır”.

“İctimai dinləmədən sonra bütün tərəflərin – mütəxəssislərin, vətəndaş cəmiyyəti institutunun fikirlərini aldıqdan sonra bir daha mükəmməl qanun layihəsi hazırlayıb, ortaya qoya biləcəyik. Bu istiqamətdə iş gedir”, – deyə o qeyd edib.

“Qüvvədə olan qanunla da yaxşı iş ortaya qoymaq olar”

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Əli İsa Cabbarov isə hesab edir ki, Hesablama Palatasının sənədində göstərilən pozuntular qanun boşluqları və yaxud standartlarla bağlı deyil:

“Bu, daha çox konkret insanların əməlləri ilə əlaqəlidir. Təbii ki, hər bir qanunun daha kamil forması ola bilər. Lakin qüvvədə olan kino qanunu, normativlər çox effektiv və yaxşı iş ortaya qoymağa imkan verir. Baş verənlər konkret olaraq qeyri-peşəkarlıq və vicdansızlıqdır. Kinomuzun nüfuzuna zərərdir, xələldir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru