"Klipim bir neçə günə hazır olacaq"
Tarix: 2-11-2023, 10:14 | Çap et
“4 yeni mahnı çıxarmışıq. “Apar apar” adlı mahnıma həm də klip çəkdirmişəm. Bu mahnıya çox güvənirəm. Mahnının bəstəkarı Pərviz Mahmudov, sözləri isə Leyli İsrafilovanındır. “Gedə-gedə” mahnımın da müəllifi Pərvizdir. Bir neçə sevilən mahnım var ki, ondan almışam. Klipim bir neçə günə hazır olacaq, yutub kanalımda da yayımlanacaq” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Sanaliyeva deyib. O daha sonra əlavə edib. “Artıq verilişlərə də çıxıram. Bir neçəsinə “hə” demişəm. Məni küsdürməsələr davamlı çıxacam verilişlərə. Küsdürsələr bir də inanmıram ki, qayıdım. O gedən gedəcəm. Əlbəttə ki, bu sözümü hər verilişə, hər aparıcıya şamil etmirəm. Amma verilişə çıxanda əvvəla qonaqlara diqqət etmək lazımdır. Qonaqlar bir-biri ilə uyğun olmalıdır. Mənim danışa bilmədiyim mövzuda yanımdakı qonaq danışanda utanıram. Mən də oluram o qonaqdan biri. Bunlara diqqət etmək lazımdır. Bundan əlavə artıq-əskik suallar olur. Çox istərdim ki, efirlərdə mənə yalnız mahnılarımla, işlərimlə bağlı suallar versinlər. Qalmaqallı, şəxsi həyatla bağlı sualların olmamasını istəyirəm. Məni efirlərdən qaçıram bu səbəblərdir. İndi elə zəmanədir ki, hansı verilişə çıxırıqsa o yutubda qalır. Mən əzab-əziyyətlə iki uşaq böyüdürəm. İstəmərəm ki, balalarım hansısa verilişdə danışığıma görə, aparıcının hansısa səhvinə görə məndən utansın. Bunlar məni çox düşündürür. Bu mövzuda çox həssasam. Mənim işimdən də əvvəl əsas balalarımdır. Mən də onları düşündüyümə görə geri planda qalmağı seçdim. Amma qarşıma elə mahnılar çıxdı ki, onları məni sevənlərlə bölüşmək istədim” deyə müğənni bildirib. Sevda Sanaliyeva deyir ki, onun üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. “Əgər reytinq verən qalmaqaldırsa, səviyyəsiz söhbətlərdirsə o zaman mən yoxam. Eybi yox, mən 5 ayda 1 verilişə çıxım, amma səviyyəli, sanballı olsun. Hansı ki, o qalmaqaldan uzaqdır, musiqili verilişdir. Reytinq tək qalmaqalla olmur. Mən özümdən bilirəm ki, hansı verilişə çıxsam reytinqli olur. 2 ildən çoxdur verilişlərə çıxmıram, amma çox dəvətlər alıram. Hansı veriliş istəyər ki, reytinqsiz müğənnini çağırsın?! Demək ki, reytinqim var. Verilişlərdə hər şeyi qalmaqallara bağlayırlarsa demək ki, bizim kanallarımızda da, aparıcılarımızda da, müğənnilərimizdə də problem var. Problem var ki, biz reytinqi də, baxımlılığı da qalmaqalda axtarırıq. Yəni biz o qədər maraqsız olmuşuq? Mahnılarımız dinlənilmir? Geyimini, danışığını, sözünü, yerini bilən bir müğənni gəlib efirdə otursa mən inanmıram ki, o veriliş reytinq toplamasın! Ümid edirəm ki, düz danışıram. Efirlərdə lazımsız söhbətlər çox olur. Elə bilirsiniz ki, tamaşaçılar bunu sevir?! 10 il bundan öncə verilişlər belə deyildi. Müğənni rahatlıqla efirlərə çıxıb mahnılarını təqdim edirdi, gözəl söhbətlər olurdu. İndi müğənninin geyiminin qiymətini soruşurlar. Sual verirlər ki, həyatında kim var? Bu söz məni o qədər utandırırki. Ekranın qarşısında uşaq da, gənclər də, yaşlılar da oturur. Təsəvvür edin ki, nənəmiz, babamız yaşında insanların qabağında biz şəxsi həyatımızı danışırıq. Efirə çıxan insanlar nümunəvi olmalıdırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|