“O qadının yeganə övladı şəhid olur, mənim üçün ağır idi, haldan-hala düşürdüm”
Tarix: 2-10-2023, 10:54 | Çap et
Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova “Ən yaxşı qadın aktrisa”, “İnanıram” monotamaşasının yaradıcı heyəti isə xüsusi mükafata layiq görülüb. DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən sənətçi bu uğuru bütünlükdə Azərbaycan teatrının uğuru hesab etdiyini bildirib. “Qırğızıstanın paytaxtı Bişkek şəhərində xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan festivalda “İnanıram” monotamaşası ilə çıxış etdik. Biz səfərə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY-un xətti ilə dəvət olunmuşduq. 26 sentyabrda ilk tamaşamızı oynadıq. Tamaşa Ülviyyə Heydərovanın “İnanıram” pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda və mənim ifamda təqdim olundu. Təsəvvür edin, tamaşaçılar bizim teatrlardan fərqli olaraq zalda yox, səhnədə oturmuşdular. Səhnədə hardasa 300-400 oturacaq var idi. Tamaşaçıların qarşısında, çox yaxın məsafədə üz-üzə, göz-gözə çıxış etdim. Hətta 200 nəfərdən çox tamaşaçıya yer olmadı. Səhnə artıq dolmuşdu. Ayaqüstə qalanlar da var idi. Tamaşaçılar o qədər təsirlənmişdilər ki, mənimlə birlikdə onlar da eyni həyəcanı keçirirdilər. Əsərin mövzusu müharibədir, mən də şəhid anası rolunu oynayırdım. Müharibədə yeganə övladını şəhid verən ananın həyatını canlandırırdım. Mənim özüm üçün də çox ağır, çətin anlar idi. Hər dəfə bu hissləri yaşadıqca özüm haldan-hala düşürdüm. O ananın yaşadıqlarını, həyəcanını, sarsıntılarını sözlə ifadə etmək həqiqətən də çətindir. Elşad Rəhimzadə də əsərə gözəl quruluş verib. Səhnə tərtibatı həqiqətən də gözəl idi, mövzunu tamamlayırdı. Tamaşa 46 dəqiqə gedirdi. Tamaşa boyu neçə dəfə alqışlanırdım. Zəhmətimiz öz bəhrəsini vermişdi. Teatrımızın adına görə çox sevinirəm” deyə aktrisa bildirib. Aktrisa bildirib ki, oynadığı obraz əcnəbi sənətçilərin də diqqətini çəkib. “Orada çox professional, keyfiyyətli tamaşalar nümayiş etdirilirdi. Həmin festivalda yer tutmaq, mötəbər səhnəyə qalxmaq həqiqətən də çətin idi. Biz bu qələbəni, uğuru əldə etdik. Qazaxıstan, Qırğızıstan teatrları o qədər gözəl tamaşa göstərdilər ki. Biz düşünürdük ki, qələbə asan olmayacaq. Nə gözəl ki, bizim uğurlu tamaşamız bütün münsiflər heyəti tərəfindən müzakirə edildi, hamı bəyəndi. Hətta Özbəkistanın xalq artisti olan bir xanım mənim ünvanıma bu sözləri dedi: “Baxdım, səhnəyə bir balaca qadın çıxdı. Düşünmədim ki, o böyük enerji sahibi ola bilər, böyük iş göstərə bilər. Artıq 5 dəqiqə keçmişdi.. Ağzımı açıb heyrətlə o qadına baxdım. Göz yaşlarımı saxlaya bilmirdim. Onun oyunundan çox təsirlənmişdim. O balaca qadın böyük bir iş ortalığa qoydu”. Bir də xanım aktrisalar onu qeyd etdilər ki, bu yaşda belə bir rol oynamaq hər bir aktrisanın arzusudur. Nə gözəl ki, siz bunu professional şəkildə həyata keçirə bilirsiniz, öhdəsindən gəlirsiniz” deyə aktrisa bildirib. Aktrisa arzularından da söz açıb. “Həm teatrda, həm də filmlərdə gözəl rollarda oynamaq, istedadlı rejissorla çalışmaq istərdim. Rejissor güclü olanda aktrisanın da işi, öz işi də görünür. Zəif rejissorla çalışmaq istəməzdim” deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|