“Mən nazirlə görüşmək istəyirəm, başqa bir şey istəmirəm" - Zülfiyyə Eldarqızı
Tarix: 8-08-2023, 11:58 | Çap et
Sənətşünaslıq üzrə fəsləfə doktoru, tanınmış bədii qiraət ustası, aktrisa Zülfiyyə Eldarqızı bir neçə ildir ki, işsizdir.
İllərlə qazandığı təcrübəni paylaşmaq istəyən Z.Eldarqızı uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İnscənət Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, elmi-tədqiqat institutunda çalışıb, teatrlarda işləyib, bədii qiraətlə məşğul olub, incəsənət mühitinə çox istedadlı tələbələr yetişdirib bəxş edib.
Z.Eldarqızı işlə təmin edilməsi üçün dəfələrlə Mədəniyyət Nazirliyinə müraciətlər edib, amma hələ ki, müsahibimizin məktubları, müraciətləri cavabsız qalıb.
- Zülfiyyə xanım, siz uzun illər pedaqoji fəaliyyətlə məşğul olmusuz. Eyni zamanda bədii qiraət ustası, aktrisa kimi də fəaliyyətiniz göz qabağındadır. Amma hazırda işləmirsiz. Neçə ildir işsizsiniz?
- 21-22 yaşımdan Azərbaycan mədəniyyətinə xidmət edirəm. İstər dövlət tədbirlərində, istər yubileylərdə, yaradıcılıq gecələrində, istərsə də şəhidlərimizə həsr edilən yığıncaqlarda yaxından iştirak etmişəm. Hər zaman aktiv olmuşam və öz üzərimdə işləmişəm, təşəbbüskar olmuşam. Universitetdə işlədiyim dövrlərdən bəri Mədəniyyət Nazirliyinin tədbirlərində yaxından iştirak etmişəm, Azərbaycanın bütün bölgələrində tədbirlərdə olmuşam, ulu öndərin xatirəsinə həsr edilən bir sıra tədbirlərdə əməkdar artist Azad Şükürovla birgə aparıcı olmuşam. Yaxud bədii qiraətçi kimi fəaliyyətimi izləyirsiniz, kinoşünas olaraq da fəaliyyətim var. Biz Orxan Fikrətoğlu ilə birlikdə Azərbaycan kinosunu Türkiyəyə festivala aparmışıq. “Yalan” filmini aparmışdıq. Azərbaycan dövlət televiziyasının xətti ilə Seyid Nigarinin yubileyinə getmişdik. Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirin açılış törənində iştirak etmişəm. O qədər tədbirlərdə iştirak etmişəm ki, saymaqla bitməz. Bütün şəhid tədbirlərinə dəvət edirlər, hamısında iştirak edirəm, o tədbirlərə getmək mənim borcumdur. Bilirsiz ki, mən özüm də Laçın rayonundanam, 30 il torpağıma qovuşmaq həsrəti ilə yaşamışam...
- Bu qədər mötəbər tədbirlərdə olmusuz. Bəs sizin işsizliyinizə reaksiya verən olmayıb?
- Çox təəssüf ki, uzun müddətdir işsiz olmağma və çoxsaylı müraciətlərimə baxmayaraq, səsimi eşidib problemimi həll edən yoxdur. Görəndə ki, əməyimə qiymət verilmir, səsim eşidilmir, bürokratik əngəllər yaradılır, bu halda mən küsürəm. Universitetdən haqsız yerə çıxarıldım, bərpa olunmaq üçün çox çalışdım, amma mümkün olmadı. 2015-ci ildən başlayaraq haqsızlıqla üzləşmişəm və bu haqsızlıq bu gün də davam edir. Aldığım psixoloji travmalar nəticəsində 2019-cu ildən indiyə qədər həkimlərdə qalmışam. Tutalım, hansısa bir prorektorun, yaxud başqasının xoşuna gəlməmisənsə, bu o demək deyil ki, o səni işdən çıxarmalı, çörəyinə bais olmalıdır. Mən indi də deyirəm ki, universitetdən haqsız olaraq çıxarıldım.
- Necə oldu işdən çıxarılmağınız?
- Ərizəni özüm yazdım.
- Niyə?
- Çünki elə münasibət göstərdilər ki, məcbur qaldım. Mən ortaq türk mədəniyyəti ilə bağlı konfransa getmişdim. Mənə dedilər ki, “icazəsiz getmisən”. Halbuki, mən ərizəni əvvəlki elmi işlər üzrə prorektor Məryəm Əlizadəyə göstərmişdim, kafedra müdirimin məlumatı vardı. Dərs senytabrın 15-də başlayır, mən də sentyabrın 7-də getmişdim. Onların arqumentləri əsassız oldu, başa düşdüm ki, dedikləri hamısı bəhanədir. Mənim tələbələrim hazırda ölkəmizin müxtəlif teatrlarında işləyir, hamısı aparıcı aktyor və aktrisalardır. “Azərbaycan kino tarixi” oçerklər kitabının 8 həmmüəllifindən biri mənəm. Keçən il Nəriman Əbdürrəhmanlının kino ilə bağlı nəşr olunan kitabının redaktoru oldum. Anarın kino yaradıcılığı ilə bağlı “Qəm pəncərəsinin o üzündə” adlı monoqrafiyam çıxdı, onun geniş təqdimatı keçirildi, əksər elm xadimləri, professorlar, akademiklər orada idi. Asif Rüstəmli, Teymur Kərimli, Aydın Quliyev, Nizaməddin Şəmsizadə, Rəşad Məcid, Aydın Kazımzadə, Baba Vəziroğlu və başqalarının, alimlərin arasında yetişmişəm. Amma məni görmək istəmirlər. Mən özümə qarşı olan bu münasibəti anlaya bilmirəm, daha nə etməliyəm ki, səsimi eşitsinlər? Kino forumunda mədəniyyət nazirinə yaxın əyləşmişdim, amma mən ona yaxınlaşıb sözümü demədim ki, belə yaxşı çıxmaz...
- Səhv etmirəmsə, mədəniyyət nazirinin qəbuluna düşmək üçün nazirliyə ərizə yazmısınız.
- Bəli, müraciət etmişəm. Sənət adamlarına bürokratik əngəlləri nazirlikdə kağız aparıb-gətirənlər yaradır. Axı, bizim prezidentimiz də deyib ki, bütün məmurlar xalqın xidmətçisdir. Mən nazirdən vəzifə istəmirəm ki, sənətimlə bağlı bir iş istəyirəm, işləmək və çörək pulumu qazanmaq üçün mənə meydan verlsin. 2023-cü ilin aprel ayında məktub yazmışam. Bir ay gözlədim, amma gördüm məktubuma cavab gəlmir. Dedim yəqin məktuba baxarlar, bir az da səbr edim. Sonra nazirlikdə bir adam var, ondan xahiş etdim ki, mənim məktubla maraqlansın, dedi ki, sizin məktubunuz texniki səbəbdən aidiyyəti şöbəyə gəlib çatmayıb, yenidən göndərin. Ay yarım əvvəl mən yenidən göndərdim. Məktub çatmayıbsa onlar hansı səbəbdən “texniki səbəbə görə çatmayıb” deyirlər? Halbuki, elektron müraciət edərkən “sizin məktubunuz çatdı” bildirişi gəlir. Bu qədər laqeydlikdən sonra yenidən məktub göndərdim və mənə xəbər verildi ki, sizin məktubunuz çatdı və məktubunuza cavab veriləcək. Xahiş edirəm, məktubun mətnini olduğu kimi verəsiniz. 21 iyun 2023-cü il (3-24/01/2-İ-1834/2023 ) tarixli məktubda qeyd edilir: “Bakı şəhəri, Yasamal rayonu, Main yaşayış kompleksi, bina 37, mənzil 105 ünvanında yaşayan Zülfiyyə İsmayılovaya.
Hörmətli Zülfiyyə xanım, Sizin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığınız 6 iyun 2023- cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məktubda qeyd etdiyiniz məsələ ilə bağlı Respublikada fəaliyyət göstərən teatr-tamaşa müəssisələrinə birbaşa müraciət etməyiniz tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik. Hörmətlə, İncəsənət və qeyri-maddi mədəni irsşöbəsinin müdir müavini Sara Timurova”.
Mənə gələn cavab budur. Məktubumda yazmışdım ki, hörmətli nazirimizlə görüşmək istəyirəm. Çünki həmkarlarım da mənə demişdilər ki, nazirin özü ilə görüş, nazirimiz çox alicənab, sənətə, sənətkara dəyər verən insandır, siz onunla görüşsəniz o sizin probleminizə çözüm tapacaq. Mən nazirlə görüşmək istəyirəm, başqa bir şey istəmirəm, şikayət də etmək niyyətində deyiləm. Sadəcə görüşüb ona problemlərimi deyib, arzu və istəklərimi bidirmək, yeni nazirimizlə tanış olmaq istəyirəm. Nazirlə görüşmək, indiyə qədər gördüyüm işləri, fəaliyyətmi onun diqqətinə çatdırmaq, ondan özümə uyğun iş istəmək mənim haqqım deyilmi? Amma təəssüf ki, mənə bürokratik əngəllər törətdilər. Mənə göndərilən məktubda məsləhət görüblər ki, siz teatr-tamaşa müəssisələrinə müraciət edin. Müraciət etmişəm. Mən keşmiş mədəniyyət nazirinin də qəbulunda olmuşam. Əbülfəz Qarayevin qəbulunda olanda elə danışdı, barəmdə elə fikirlər söylədi ki, dedim mənim yolumda “yaşıl işıq” yandı. Çünki o məni yaxşı tanıyırdı. Müavinlərinə dedi ki, niyə Zülfiyyə xanımın problemini həll etmirsiz?
- Siz teatrda da işləyirsiniz, oradan niyə uzaqlaşdırıldınız?
- 2015-ci ildən universitetdən öz ərizəmlə çıxdım. Məni aldadıb ərizə yazdırdılar. Mən sonra İrəvan teatrına gəldim, çox sağ olsun İftixar Piriyev məni qəbul etdi. Nazim Hikmətin həyatı haqda bir tamaşa qoyulurdu, orada mənə də rol həvalə ediləcəkdi. Sonra hanısa səbəbdən tamaşa yarımçıq qaldı. Sağ olsun İftixar Piriyev tamaşalarda baş rolları ifa edirdim, hər şey gözəl idi, hər şey yaxşı idi... Amma sənət yoldaşımın əleyhinə olan sənədə qol çəkmədiyim üçün teatrdakı işimdən uzaqlaşdırıldım. Ümumiyyətlə, yıxılana balta çalmaq mənim xarakterimə yaddır, heç zaman hansısa sənət adamlarına qarşı kampaniyalarla iştirak etməmişəm. O vaxt Rüstəm İbrahimbəyovun əleyhinə də qol çəkmədim. Mən Kinematoqrafçılar İttifaqının üzvüyəm və heç vaxt Rüstəm İbrahimbəyovun əleyihə heç nə yaza bilməzdim. Onun göstərdiyi xidmətlərin müqabilində bir zərrə idim. Yəni onunla bağlı kampaniyaya da qoşulmadım. Sənətdə də, həyatda da həmişə dürüst və ədalətli olmuşam, düşünürdüm ki, buna görə məni fərqləndirəcəklər. Amma əksini gördüm, hər yerdə mənə qara qüvvələr mane olmağa başladı. Mənim məktublarımı belə nazirə çatdırmadılar... Sənət adamları çox həssas olur, üç ildir ki, depressiv vəziyyətdəyəm. Övladlarımın üzünə baxmağa utanıram. Övladlarım mənə sual verir ki, ana, sən sənətşünaslıq üzrə fəlsəfə doktusan, sənin bu qədər xidmətlərin var, sənə Azərbaycanda bir iş yoxdur? Əbülfəz Qarayevin vaxtında məni işləmək üçün Lənkərana göndərdilər, getmədim, çünki gedə bilməzdim, evdə xəstə həyat yoldaşım var, ona baxıram, övladlarım var. Mən necə gedib orada işləyə bilərdim? Bu gün Azərbaycanda elmi yaradıcılıqla məşğul olan, alim adı alan və eyni zamanda sənətdə də fəaliyyətini davam etdirən aktrisalar barmaqla sayılacaq qədərdir. Onun biri Amaliya Pənahova idi ki, elmlər doktoru, professor idi. Mənim yüzlərlə elmi məqaləm var. Mənim fəaliyyətimi araşdırsınlar. Hörmətli mədəniyyət nazirindən xahiş edirəm ki, məni qəbul etsin. Adil müəllim, məni qəbul edin, sizinlə görüşmək, dərdləşmək istəyirəm...İncənət adamı ona dəyər veriləndə daha böyük əsərlər yaradır, sənətdə özünü ifadə edir. Kino günündə sənət adamlarına dedim ki, 50 yaşım tamam oldu, heç olmasa bir kağız parçası da mənə verərdiniz, kinonun tarixində mənim də xidmətim var. Həmişə mütəvazi olmuşam, amma təəssüf ki, bundan istifadə ediblər.
- Seriallara çəkilirsiz, tanınırsız, hardasa burada da məşğul olursuz...
- Seriala çəkilmək başqa şeydir. Düzdür, seriala çəkilirəm. Amma serial sektoru belədir ki, müqavilə bağlayıb 3-4 ay çəkilirsən, qalan vaxtı işsiz qalırıq. Serial müvəqqəti işdir. Biz teatrda qazandıqlarımızı seriallarda itiriik. Serial sadəcə biznesdir, çörək qazanmaq üçündür, orada sənət nümayiş etdirmək mümkün deyil.
Mən sizin qəzetiniz vasitəsilə səsimi mədəniyyət nazirinə çatdırmaq istəyirəm. İstəyirəm ki, səsimi eşitsinlər. //SHERG.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|