Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                 

“Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”
Tarix: 17-05-2023, 06:06 | Çap et
“Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”
Əməkdar Mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Yusif müəllim, illər əvvəl sizin də rol aldığınız "Sehrli xalat" filmi bu gün də sevilərək izlənilir. Sizcə bu filmi tamaşaçılara sevdirən əsas səbəb və xüsusiyyətlər nələrdir?

- Əlbəttə, ilk növbədə bunu, filmin müəllifi Əlisəttar Atakişiyevin xidmətinə aid etmək lazımdır. Nağıl yanrında çəkilmiş filmdir, bu isə uşaqlar üçün həmişə maraqlı olub. Orijinal süjet tapılıb. Müasir qəhrəmanların keşmişə qayıtması, gələcəyə uçub getməsi o vaxt tək bizim kino üçün deyil, ümumiyyətlə sovet kinosu üçün qeyri-adi dramaturji gediş idi. Nağılvarı hekayə dərhal marağa səbəb oldu. Adi azərbaycanlı balaların kosmosa səyahətə çıxmaları indi də əlçatmaz xülya kimi qəbul edilir. Zənnimcə bu film hələ uzun illər uşaq tamaşaçısını cəlb edəcək. Əliağa Ağayevin məzəli xan obrazı mənfi personaj kimi nəzərdə tutulsa da, aktyorun məharəti, ona məxsus daxili yumoru sayəsində tamaşaçının sevimlisinə çevrildi. Əslində, xan rolu Əliağa Ağayevin kinoda yaratdığı ən uğurlu iki roldan biridir. Təbii, birincisi Məşədi İbad olub. Böyük tamaşaçını isə Əliağa Ağayevin məharəti dünən də, bu gün də valeh edir.

- Filmin qəhrəmanlarından bu gün kimlərlə əlaqəniz var?

- Rəşid rolunun ifaçısı Azər Qurbanov ABŞ-da yaşayır, özünün biznesi var. Feysbukda yazışırıq. Filmimiz barəsində çıxan yazıları, tv süjetlərini ona göndərirəm. Çox sevinir filmin belə uzunömürlü olmasına. Zərifə rolunun ifaçısı Solmaz Hətəmova ilə də yazışırıq, hal-əhval tuturuq. Təqaüdə çıxandan sonra köhnə ssenari, pyes ideyalarım haqqında düşünürəm, bunlar daha çox özümü formada saxlamaq üçündür. Kim bilir, bəlkə konkret işlərə də qatıldım.

- Bu gün sizcə uşaq filmləri niyə çəkilmir? Niyə uşaqları yaddan çıxarıblar?

- Məlumdur ki, dünyanı qloballaşdıran amillərdən biri kinodur. İndiki uşaqların dünyagörüşünə ciddi təsir edən, müəyyən mənada onu formalaşdıran biri-birindən cəlbedici Amerikan filmləridir, onların qəhrəmanlarıdır, animasiya kinosudur. Bu tək Azərbaycana aid olmasa da, problemin kəskinliyini kiçiltmir. Milli özünəməxsusluğun möhkəmlədilməsi uşaq teatrında, musiqidə, ədəbiyyatda və s. olduğu kimi, kinoda da yer almalıdır. Bu gün kimi aydındıR. Mən bilən, axırıncı dəfə uşaqlar üçün 2014-cü ildə çəkillən Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi ekran üzü görüb. Keçmişdə iki ildən bir uşaq filmi çəkilərdi. Hamısı uğur qazanmırdı, amma yaddaqalanları da var idi. Uşaqlar üçün milli material əsasında film yaratmaq niyyəti həmişə kinoya cavabdehlik daşıyan dövlət qurumlarının gündəmində olub. Əminəm ki, bu gün də var. Lakin bu niyyətdən, konkret layihələr mərhələsinə keçmir. Nədir səbəb? Kino istehsalı nə qədər bahalı, ən bahalı sahə olsa da, uşaq filminə qənaət etmək heç kimin ağlına gəlməz. Vaxtı ilə ssenari planlaması sahəsində çalışan bir məmur kimi, bunun cavabını ssenari qıtlığında görürəm. Daha dəqiq, onların demək olar yoxluğunda. Müsabiqələr də elan edilib, ayrı-ayrı ssenari yazarlarına sifarişlər də olunub. Ortaya normal ssenari çıxaran yoxdur. Deyən tapılar ki, xalq nağıllarına nə olub, onlara niyə müraciət edilmir? İş burasındadır ki, nağılı kino dilinə çevirmək, bu günkü bədii, estetik tələblərə uyğunlaşdırmaq xüsusi ustalıq tələb edir, ciddi kino dramaturqları isə bu mövzuya maraq göstərmir. Əminəm ki, yeni yaradılmış Kino Agentliyi səy göstərəcək, dövlət kinostudiyası, özəl prodüserlər də bu sahədə fəallığı artıracaq.

- Sizcə müasir tamaşaçı nə istəyir? Bütün sahələr kimi məncə bu sahədə də, bayağılıq artıb.

- Zövqlər korlanıb. Bunun səbəbi bir böyük tədqiqat mövzusudur. Sovet dönəmində ideoloji aparat bayalığın qarşısını inzibati qaydada, o cümlədən senzura vasitəsi ilə almağı bacarırdı. Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib. Nəyin bahasına olursa populyarlıq və qazanc dalınca düşür, ağına-qarasına baxmadan insan şüurunun alt qatındakı mənfi hissiyata müdaxilə edir və istədiklərinə nail olanlar az deyil. Bəzi hallarda bununla həqiqətən istedadlı adamlar məşğul olur. Bu çox təhlükəli tendensiyadır. Mənim müşahidələrimə görə son zamanlar bu mənada nəsə müsbət tendensiya işartıları görünməyə başlayıb. Bu, ictimai qınağın təsiri altındamı baş verir, yaxud tamaşaçı kütləsi ucuz sənətdən bezib, ondan üz çevirməyə başlayıb? Hər necə olursa-olsun, bu prosesin gücləndirilməsi yolları axtarılmalı və həyata keçirilməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru