“Bu, Azərbaycanda bir qurumun qanunlarla deyil, tapşırıqlarla işlədiyini bir daha sübut edir” - ETİRAZ
Tarix: 6-07-2022, 08:56 | Çap et
Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramından müğənni Afşin Azərinin çıxarılması faktına münasibət bildirib. Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.
Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:
“29 iyun 2022-ci il tarixdə ARB ümumölkə yerüstü televiziya yayımçısının efirində ”Həmin Zaur" proqramı zamanı aparıcı Zaur Kamalla efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri tərəfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.
Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb". Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.
Şuradan “Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını ”Media haqqında" Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Buna münasibətiniz?" sualına cavab olaraq isə bildirilib: “Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ vardır. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı”. diaaz.space-ın məlumatına görə, tanınmış jurnalist Aygün Muradxanlı “Yeni Müsavat”a bildirdi ki, Audiovizual Şura qanundankənar qərar qəbul edib: “Belə çıxır ki, istənilən kanal, yaxud aparıcı elə şuranın üzvlərindən birini dəvət edib bu qərarla razı olmadığını ifadə edərək onu efirdən qova bilər. Əgər Audiovizual Şura hesab edirsə ki, qonağın efirdən qovulması ilə bağlı qanunda qadağa yoxdur, deməli, onlara bunu tətbiq etmək olar. Qanun tələb edir ki, ARB ciddi xəbərdarlıq almalıdır. Azərbaycanın milli maraqlarını da nəzərə alaraq, cəmiyyət üçün həssas məsələyə biabırçı mövqeyinə görə aparıcı efirdən uzaqlaşdırılmalı idi. Azərbaycan mediasında söz sahibi olan şəxslər bunu tələb edirdilər. Bunu etmək çox çətin idi? Cəmiyyətin rəyini nəzərə almaq, qanunun tələbini yerinə yetirmək əvəzinə Audiovizual Şura cəmiyyətin nifrətini qazanan, küçə mədəniyyətini efirə gətirib, xalqın mədəni səviyyəsini yerlə-yeksan edən bir ”jurnalist"i müdafiə etmək yolunu seçdi. Absurd durumdur. Bu, Azərbaycanda bir qurumun qanunlarla deyil, tapşırıqlarla işlədiyini bir daha sübut edir. ARB kanalında Güney Azərbaycandan, Təbrizdən olan müğənni Afşin Azərinin ictimai nüfuzuna ziyan vurulub, onun şərəf və ləyaqəti alçaldılıb. Audiovizual Şura qanunun tələblərini yerinə yetirməli, həmin aparıcı cəzalandırılmalıdır".
Əməkdar jurnalist Ləman Ələşrəfqızı qeyd etdi ki, aparıcı Zaur Kamalın hərəkətini heç kim təqdir edə bilməz: “Televiziya heç kimin evi deyil, Zaur Kamalın heç deyil. Görünür, əlləri-qolları o qədər genişdir ki, efiri şəxsi mülk hesab edirlər. Düşünürlər ki, onların tərbiyəsizliyini televiziya rəhbərliyi kimi cəmiyyət də həzm edəcək. Son hadisə göstərdi ki, cəmiyyət bunu qəbul etmir, efirdə belə tərbiyəsizlik görmək istəmir. Televiziya rəhbərliyi buna ona görə göz yumur ki, bu tip proqramlar həm ucuz reytinq, həm də pul qazandırır. Xatırlayıram ki, bir vaxtlar çalışdığım ANS-ə bu tipli reytinqli verilişin aparıcısı gəlmişdi. Televiziyanın rəhbərliyi o aparıcının pişvazına çıxmışdı. Təbii ki, səbəb puldur. Zaur Kamallara ona görə gözünün üstündə qaşın var deyilmir ki, onlar televiziyaya pul qazandırırlar”.
L.Ələşrəfqızının fikrincə, Audiovizual Şuranın qərarından asılı olmayaraq, cəmiyyət kəskin mövqeyini bildirməlidir: “Zaur Kamal anlamalıdır ki, cəmiyyət onun şıltaqlıqlarına göz yummaq istəmir. Son hadisənin nəticəsiz qalacağını bilirdim. Düşünürdüm ki, bəlkə üzr istəyər, o isə üzr istəmədi. Bəlkə də bu, cəmiyyətdə olan hər hansı boşluqla əlaqədardır. Əskik, onun hüquqlarını tapdalayan, ona toxunan mövzularda qarşılıq görməyəndə cəmiyyət bir müddət sonra məsələni unudur. Bu da o qəbildəndir. Elə cəmiyyətlər də var ki, sona qədər savaşıb üzr istəməyə məcbur edirlər.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|