Azərbaycanda fars ladlı mahnıların hədəfi nədir? - ŞƏRH
Tarix: 1-07-2022, 10:32 | Çap et
Azərbaycan müstəqil olandan bəri İranın davamlı təzyiqlərinə məruz qalıb. Bu azmış kimi cənub qonuşmuz həm də mədəni ekspansiyaya cəhdlər edir. Heç kimə sirr deyil ki, İran əhalisinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarətdir. Onların sayı barədə müxətlif rəqəmlərin olması da bir problemdir. İran əhalisi 81 milyon nəfərdir. Qeyri-rəsmi mənbələr Azərbaycan türklərinin sayının 35 milyonadək olduğunu bildirirlər. Rəsmi mənbələrdə isə onların sayı 22 milyonadək göstərilir. Bütün hallarda türklərin sayı çoxdur. Ancaq onların ana dilində bir sinif məktəbi belə yoxdur. Bu halda yəqin milli musiqi məktəblərinin varlığından söz açmaq belə məntiqi deyil.
Cənubi Azərbaycan türkləri öz dilini, milli mədəniyyətini, musiqisini, rəqsini, muğamını və bu kimi sahələri bir qayda olaraq Azərbaycan Respublikasından öyrənir. Burada təhsil alırlar. Öyrənmək və təbliğ etmək sayı milyonlarla olan bir etnosun özünüqoruma və üzləşdiyi assimilyasiyaya qarşı başlıca müqavimət vasitəsidir.
Qeyd edək ki, keçmiş SSRİ dönəmində də onlar Azərbaycan SSR-dən eyni şəkildə faydalanırdılar.
Bu baxımdan milli musiqinin yaradılmasında dahi Üzeyir Hacıbəyovun xidmətləri əvəzsizdir. Mütəxəssislər bildirir ki, o, Azərbaycan musiqisini fars, ərəb və başqa ladlardan təmizləyib, qoruyub. Bununla da milli musiqinin yaranmasına təkan verib. Üzeyir Hacıbəyov məktəbini Cahangir Cahangirov və ardıcılları uğurla inkişaf etdirib. Əslən İrandan olan Azərbaycan mədəniyyət xadimləri Cahangir Cahangirov, Rübabə Muradova, Yaqub Zurufçu, Nasir Ətapur, Cavid, Həsən Ənami, Rafiq İmrani, Siyavuş Kərimi və başqalarının yaradıcılığında Azərbaycan musiqisi milli ladda ifa edilir və ya yazılır. Başqa sözlə, onlar da xanəndələr demiş, boğazlarını fars və ərəb ləhcələrindən qoruyublar.
“Ayrılıq” və “Sizə salam gətirmişəm” kimi məşhur mahnıların müəllifi Əli Səlimi İranda milli musiqi təhsili almadan Azərbaycan ladında möhtəşəm əsərlər yaradıb. Məşhur qarmon ifaçıları Rəhman Əsədullahi, Rəhim Şəhriyari də Azərbaycan milli musiqisini təbliğ edirlər. Kanadanın Toronto şəhərində “Tabriz Azerbaijani & Dance Ensemble” ( “Azərbaycan Təbriz və rəqs ansamblı”) adlı qrup fəaliyyət göstərir. Ansamblda hər iki Azərbaycanın təmsilçiləri var. Ancaq onların yaradıcılığında da Azərbaycan musiqisi adı altında yabanı ladlar təbliğ edilmir.
Son illər Azərbaycan mahnılarına sanki kənar müdaxilələr başlayıb. Milli musiqdə fars və ərəb ladları artmağa başlayıb. Mahnı janrı meyxana ilə əvəz edilməklə yanaşı, fars ladları artmağa başlayıb. Əvvəllər bunu yerli ara müğənniləri edirdi.
Kommersiya maraqları bu ladda ifaçıların efirlərə yol açmasına da səbəb olub. İrandan olan bir sıra müğənnilər Azərbaycan dilində fars ladı üstündə mahnı oxumaqla milli musiqiyə zərbə vururlar. Onların ifa etdikəri isə Azərbaycan musiqisi və mahnısı kimi təqdim edib. Bununla da Üzeyir Hacıbəyov və onun məktəbinə yabanı müdaxilələr olunur. Onu içindən zəif salmağa çalışırlar.
Sanki görünməz bir əl Azərbaycanın musiqisinə fars ladını, boğazını, ləhcəsini zorla təlqin edir.
Bu günlərdə telekanallardan birində baş verən hadisə özündən müştəbeh belə müğənnilərin efirə buraxılmasında qaydaların olmadığını təsdiqlədi. Ola bilər aparıcı, verilişin hazırlanmasına görə məsuliyyət daşıyanlar vətənsevərlik nümayiş etdirməyə səy göstərirlər. Onlar elə düşünür ki, İrandan olan, Azərbaycan dilində mahnı ifa edən azərbaycanlıları efirə buraxmaqla fədakarlıq edirlər. Ancaq unudurlar ki, bu, Cənubi Azərbaycandan glmiş bütüm müğənnilərə aid deyil və bir çox halda onlar Azərbaycan milli musiqisinin fars və ərəb ladı ilə korlanmasına vasitə olurlar.
Bu da sirr deyil ki, İranda Azərbaycan türkləri öz milli haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərirlər. İranda rəsmi və qeyri-rəsmi bir sıra şəxslər yanlış olaraq bu istək və tələblərin Azərbaycan Respublikasından dəstəkləndiyini, idarə olunduğunu zənn edirlər. Bunun qarşısını almaq üçün də Azərbaycan Respublikasında iranmeyilli qüvvələri, başqa sözlə İranın 5-ci kolonunu yaratmağa səy göstərirlər. Bakıda bir sıra çıxışlarla onlar özlərini nümayiş etdirirlər. Oxşar “şüar”ların Tehranda və Təbrizdə də Azərbaycana qarşı səslənməsi bunu təsdiqləyir.
Təbriz, Ərdəbil, Miyana, Urmiya, Zəncan, Astara, Əhər, Miyana, Makı, Ərak, Qəzvin, Kərəc, Həmədan, İsfahan, Tehran, Xoy və Cənubi Azərbaycanın başqa şəhərlərində milli musiqiyə bağlı könüllü dərnəklər, qruplar fəaliyyət göstərir. Azərbaycan musiqisi, rəqsi və mahnılarını qoruyub, yayan həmin fədakar insanlar fəaliyyətləri ilə milli-etnik mədəniyyəti təbliğ edirlər. Bu yolla onlar panfarsçı ideologiyadan, milli əritmə siyasətindən, tədbirlərdən qorunurlar. Onların fəaliyyətinə İran qanunları icazə versə də, bir çox hallarda həmin şəxslər təqibə və təzyiqlərə məruz qalırlar.
Həmin insanların Azərbaycan milli musiqisindən faydalanmasının qarşısını almaq məqsədi ilə sanki yeni xəyanətlərə əl atırlar. Son illər Azərbaycan musiqisinə fars ladlı mahnıların yeridilməsi də bu məqsədi güdür. Belə ehtimal etmək olar ki, həmin görünməz əllər ölkəmizdə fars ladlı musiqini Azərbaycan mahnısı adı altında təbliğ etməklə İranda etnik mədəniyyətin inkişafının və Təbrizlə Bakının bir-birini tanımasının qarşısını almağa çalışırlar. Başqa sözlə, İrandan yeridilən fars ladlı musiqi Azərbaycan Respublikasında ifa edildikdən sonra Cənubi Azərbaycana milli musiqi kimi qaytarılır. Bununla da Azərbaycan milli musiqisinin İran İslam Respublikası ərazisində yayılmasının qarşısı alınır. Başqa bir tərəfdən İran mərkəzli fars düşüncə sisteminin yürütdüyü assimilyasiya siyasəti davam etdirilir...
Atalar belə vəsiyyət edib: dilini, elini, belini qoru. Fikrimcə, bu sıraya milli mədəniyyəti, musiqini də əlavə etmək olr. Musiqi dili daha yüyrək olur. Bir milləti başqasından ayıran təkcə dil deyil, həm də musiqi və onun ladıdır.
Öz elim, öz dilim, öz ladım... //REPORT.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|