İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                 

"Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?" - ETİRAZ
Tarix: 23-06-2022, 10:22 | Çap et
"Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?"
“Mənim “Qayınana” filmi haqqında səsləndirdiyim fikirlərdən sonra özünü “tank altına atan” həmkarlarım mənə olan təxribata qarşı niyə münasibət bildirmədilər? Hacıbala Abutalıbovun qanunazid əməlləri ucbatından mən bu gün hələ də “Karlson” kimi damda yaşayıram. Mənim sənətçi dostlarım onda niyə danışmır, dillənmirdilər? Yaltaqlıq edirlər, qorxurlar ki, çörəklərini kəsərlər? Çox təəssüf ki, Xalq artistini damda yaşamağa məcbur qoyanlar utanmırlar, həmin qorxaqlar isə bunu edənləri müdafiə edirlər”. DİA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.

Kinorejissor “Qayınana” filmi haqqında səsləndirdiyi “bu film Azərbaycan əxlaqına ziddir” fikirlərindən sonra ona irad bildirən həmkarlarına cavab verib.

Şeyx Əbdül fikirlərinə aydınlıq gətirərək, “mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam” deyib:

“Məni o fikrə gəlməyə konkret vadar edən səbəblər var. Ailə-məişət məsələlərinin fəlakət vəziyyətinə gəlməsinin səbəbi qayınana-gəlin münasibətləridir. Bütün faciələr gəlin və qayınanaların maariflənməməsi, primitiv düşüncələrlə yaşaması, gəlinin qayınanaya fırıldaq gəlməsidir. Hər bir gəlin-qayınana, ər-arvad, nənə-baba münasibəti düzgün qurulmadıqda biz “yetim uşaqlar” istehsal edirik. Dama-dama göl olur. Nə qədər ki bu hadisələrə qarşı təbliğat aparılmayıb, əksinə, yola veriblər, buna görə də eybəcər qayınana-gəlin münasibətlərinin bu formada nümayişi sosial problemlərin, münasibətlərin çat verməsinə gətirib çıxaracaq.

Nəsibə xanım yüksək peşəkarlığı ilə hər şeyi elə təqdim edir ki, ona yalnız əl çalırlar. Artıq bunu gündəm halına gətirib, təbliğ etmək, ideologiyaya çevirmək lazım deyil. Bu gün boşanmaların, evdən qaçmaların, yetim uşaqların sayının, sosial problemlərin artdığı bir vaxtda bu cür şeyləri təbliğ etməyə ehtiyac varmı?

Mən nə o filmdən, nə də Nəsibə xanımdan danışıram. Mən o əsərin mahiyyətindən, bugünkü mövcud reallığa təsir qüvvəsindən danışıram. Mahiyyəti başa düşməyənlərin, qayınanasının, nənəsinin, anasının elə olmasını istəyənlərin isə Allah işini avand eləsin. Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?”

Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevlə yaşadığı qalmaqaldan da danışıb:

“Mənim ağlıma gəlməyən, Rasim Balayev adlı 40 illik bir dostum var. Dörd filmimdə baş rola çəkilib və dövlət mükafatı alıb. Sən indi sədr olmusan, mən də demişəm ki, düz eləmirsiniz, gəlin bir olaq, birləşək. Bunu bir şou etdilər, efirə çıxıb müsahibə verdilər. Rasim müsahibə verib ki, Şeyxin insanlıqda da, sənətdə də heç bir yeri yoxdur. Əlindən tutub kinoya gətirdiyim adam deyib bunu. Deyib ki, Şeyx pul alıb, Tariyel Qasımovu filmə çəkib. Həmin filmdə özü də oynayıb, bu adam başa düşmür ki, həmin dövrdə sponsor olmurdu, kinoya pul vermirdilər, kinonu dövlət çəkirdi. Adam haqqı itirməz. Mən şeyx nəslindənəm, min il də keçsə, mənim ağzımdan bəy qoxusu gəlir. Mən deyirəm ki, barışıq edək. Mən kinoçuyam, artistlər kinoçu deyillər. Artistin yeri teatrdır, biz dəvət edirik, onları çəkirik, sonra pulunu verib, deyirik, yaxşı yol. Kinonun taleyini kino adamları həll edirlər. Puç olanlar, həyatını kinoya qurban verənlər, dilənçi kökündə yaşayan kinoçular... Baba Vəziroğlu gəlib kinodan danışır. Bu, dəhşətlidir, gülməlidir (gülür).

Dilənçi kökündə yaşadığım bir vaxtda gedib kiminsə qanadının altına girmədim. Mənim 78 yaşım var, artıq axirət dünyası haqqında fikirləşirəm. Bunlar o koldan bu kola yalançı bülbül kimi cikkildəşirlər. İndi cikkildəşənlərin vaxtıdır. Bu minvalla günümüz, güzəranımız, ailə münasibətlərimiz bundan da pis olacaq hələ”.

Xalq artisti mənzil problemindən də söz açıb. O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:

“Mən ölkə başçısına təşəkkür edirəm ki, mənim fəaliyyətimə qiymət verib, məni dəyərləndirib, ev verib. Amma mənim o evi də təmir etdirməyə imkanım yoxdur. Pandemiyadan əvvəl istədim, təmir edəm, tanışlardan pul aldım, bir dostumdan da 50 min manat götürdüm, təmir etdirmək istədim, amma pandemiya gəldi, qiymətlər qalxdı, iş yarımçıq qaldı.

Mənimlə görüşənlər, məndən dəstək alıb qidalananların biri mənə olunan haqsızlığa dillənib-danışmadı. Sosial problemlərdən danışıram deyə hamısı başladı dil çıxarmağa. Keçməz bu şeylər, reallıq nədirsə, odur. Hacıbala Abutalıbov qəbul olunan üç məhkəmə qətnaməsini - rayon məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrini heçə sayıb və bu gün də həmin məhkəmə qətnamələri icra olunmadan qalır. Ona görə mən 11 ildir, ölkə başçısının mənə ev verməyinə rəğmən, qalmışam damda, oraya köçə bilmirəm. Bu damı da sənətimə, işimə hörmət edən bir insan verib mənə. Bəs həmin o qayınanası üçün narahat olanlar dövlətin qanununu heçə sayan Hacıbalalardan niyə danışmadılar? Biri səsini çıxarıb, məni müdafiə etmədi. Mən qətnamənin icrasını tələb edirəm.

Hazırda yaşadığım damda üç ailə birgə yaşayırıq - oğlumun ailəsi, qızımın ailəsi və mən. Bir dostumu, qohumumu evimə dəvət edə bilmirəm, utanıram kimisə evimə dəvət etməyə. İnanın, işıqpulunu, qazpulunu, supulunu çatdırıb verə bilmirəm. Yay olanda kondisioner işlədən kimi işıq çox pul yazır, ödəyə bilmirəm, qışda da istilik avadanlıqları işlədirik, yenə ödəməyə imkanım çatmır. Mən də yaşlı adamam, emosional, əsəbi adamam, qalıram belə”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru