"Hər zaman vəziyyətimə görə Allaha şükür edirəm"
Tarix: 16-12-2021, 08:23 | Çap et
Ölkədə toylarla bağlı qadağa aradan qaldırıldıqdan sonra bu sahədə xeyli canlanma hiss olunurdu. Xatırladaq ki, pandemiya ilə bağlı il yarımdan çox müddətdə ölkədə toy məclisləri keçirilməmişdi. DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu səbəbdən toy qadağası aradan qalxan kimi intensiv toylar keçirilməyə başladı.
Lakin son zamanlar toy bazarında gözlə görünəcək durğunluq hiss olunmaqdadır. Bir çoxu bunu pandemiya ilə əlaqələndirsə də, digər əsas səbəb kimi bazarlarda ərzaqların, həmçinin elektrik və qazın qiymətinin bahalaşması da göstərilir.
Vəziyyətlə bağlı toy biznesində yaxından iştirak edən sənətçilərin mövqeyini öyrənməyə çalışdıq.
Əməkdar artist Nüşabə Ələsgərli əvvəlki toylardan əsər-əlamət olmadığını dedi:
“Düşünürəm ki, bunun da səbəbi qərara əsasən toy iştirakçılarının sayının az olması, həmçinin pandemiyanın hələ də davam etməsi ilə bağlıdır. Eləcə də qonorar məsələsi bu vəziyyətdədir. İnşallah, pandemiya bitər və həyat əvvəlki kimi olar”.
Əməkdar artist Elza Seyidcahan da mövcud vəziyyətlə barışdığını bildirdi: “Hər zaman vəziyyətimə görə Allaha şükür edirəm. Bizim bir problemimiz var idi - Qarabağ, o da həll olundu. Əsas odur ki, hər şey yaxşılığa doğru gedir. İnşallah, bundan sonra da yaxşı olar.
Hazırda gözəl əsərlər bəstələyirəm. Allah mənə cansağlığı versin ki, həmin əsərləri dinləyicilərimə təqdim edim".
Tamada Nazilə Səfərli isə hazırda toyların tamamilə dayandığını dedi: “İndi toy sözünün heç ”t" hərfi yoxdur. Dekabr ayında heç bir dəvət almamışam. Yəni bu vəziyyət bir məndə olsa, öz-özümə düşünərəm ki, problem məndədir. Amma görürük ki, əksəriyyət sənətçilərdə bu cürdür.
Bəs toy niyə dayanıb? Aparıcı, təşkilatçı kimi deyil, bir valideyn kimi vəziyyəti şərh etmək istərdim. Dünən iki manata aldığımız məhsulu 5 manata alırıq. Bu zaman restoranlar da məcburdur ki, qiymətləri ikiqat qaldırsın. Belə olmazsa axı zərər edə bilər. Restoran da qiyməti artıranda, həmçinin toy iştirakçılarının say limiti 150 nəfər olanda, qonaqların hərəsi gəlib 100 manat salanda cəmi 15 min manat toplanır. Bəs toy sahibi bu 15 min manatla nə etsin? Təsəvvür edin, indi dekor qurmaq dəbdir və təkcə dekor üçün azı 7-8 min manat tələb olunur. Övladının toyunda hansısa müğənnini dəvət etmək istəyən valideyn ən azı 4-5 min manatından keçməlidir. Daha sonra gəlin paltarı, qızıl və sairə. Valideyn bütün bunları hesablayanda toy etmək fikrindən daşınır. Heç olmasa əvvəllər 500 nəfərlik toy edəndə toyun xərcini başa-baş çıxarda bilirdilər, indi isə tamam zərər edilir. Beləliklə, nəticədə toylar kəskin azalıb. Halbuki xeyli sayda nişanlılar, evlənmək istəyən gənclər var".
Nazilə Səfərli qeyd edib ki, vəziyyətlə bağlı indi toy sahibləri daha çox instrumental ifaçıları dəvət edir:
“Bunu illər öncə zamanında Mikayıl Azaflı demişdi. O deyirdi ki, ”gün gələcək kaseti qoyub, toy çalacaqlar, sizə ehtiyac olmayacaq". Həmin vaxt bu sözlər bizə gülünc gəlirdi, amma indi həqiqətdir. Çox istəyərdim ki, zənginlərin üzərində bir də kasıb vergisi olsun. Yəni kasıb insanların siyahısı olmalıdır və varlılar hər ay məcburən kasıblara pul paylamalıdır. Qoy onların da balasının xeyir işləri yaxşı olsun".
Qarmon ifaçısı Sübhan Köçərli də qeyd edib ki, hazırda toy bazarında mövcud olan qonorar qənaətbəxş deyil:
“İnsanlar əvvəlki tək intensiv toylar keçirmir, ümumi vəziyyət heç də ürəkaçan deyil. Bunun da bir çox səbəbləri var.
Daha bir məsələ, toylar, qonorarlar gərək savadsız, məktəbsiz, ustadsız bir gələcəyin yetişməsinə səbəb olmasın, vətəni, xalqı təmsil etməyə maneçilik yaratmasın.
Heç bir beynəlxalq festivalda, müsabiqədə demək olar ki, Azərbaycan qarmonunu görmürəm. Əgər toylarda oxuyub, qonorarlar alan, xalqın sevimlisi, məşhur bir qarmon ifaçısı efirdə deyirsə ki, “mən not bilmirəm, məktəb oxumamışam, ustad görməmişəm, hər şeyi özüm öyrənmişəm”, vəziyyət elə bu cür də davam edəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59 |
|
|
|
• Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55 |
|
|
|
• 3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46 |
|
|
|
• Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
|