Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub .....                     Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib .....                     Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... .....                     İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” .....                     Sərhəd razılaşmasının şifrələri .....                     “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... .....                     Oğlunu vuran ata məhkəmə qarşısında .....                     Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ .....                     3 aya 12 min KXDR əsgəri məhv olacaq .....                     Bu kəndlər Azərbaycana qaytarılır .....                     Texniki Baxış Şöbəsinə rəis təyin edildi .....                     İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır .....                     Niyam Salami dələduzluqda ittiham olunur .....                     O da anası ilə birgə ağır cəza almışdı .....                     ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Öz aləmlərində Rubeni sığortalayırlar... .....                     "Ərdoğandan kömək istədik" .....                     Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" .....                     ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... .....                     Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... .....                     Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                 

"Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq" - Qulu Məhərrəmlidən ÇAĞIRIŞ
Tarix: 15-12-2021, 08:28 | Çap et
"Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq"
Media haqqında” Qanunun qəbul olunması kifayət qədər yaxşı hadisədir. Çünki bu qanun layihəsi media subyektlərinin bazar münasibətlərində iştirak payını artıracaq, media subyektlərinin daha çox yeni baxışa uyğun formalaşmasına kömək edəcək".

DİA.AZ "Yeni Müsavat"a istindən xəbər verir ki, bu sözləri APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı hazırda müzakirəsi gedən “Media haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qanunun müəyyən müddəaları da buna imkan verir: “Medianın dövlətdən asılılığının artacağına gəlincə, buna iki tipdə yanaşmaq lazımdır. Bu qanun layihəsi də ona yönəlib ki, artıq medianın ideoloji silah və təbliğat silahı olması dövrü başa çatıb. Media subyekti bir sahibkarlıq subyektidir və mütləq bazarda maraqlı bir oyunçu olmalıdır, fərqlənməlidir. Sahibkarlıq subyekti ortaq maraqları ehtiva edir. Burada məsələnin mahiyyəti bundan ibarətdir ki, sahibkarın konkret maraqları var və sahibkar konkret maraqlar çərçivəsində fəaliyyət göstərir, pul qazanmaq marağı var. Bu baxımdan artıq sahibkarlıq subyekti olan bir müəssisənin necə işlətməsi təbii ki, dövlətin qanunvericilik bazasına və qanunauyğun olacaq. Bu qanuna əməl etmək şərtilə sahibkarlıq subyektini öz maraqları çərçivəsində işlətmək artıq sahibkarın şəxsi işidir. Ona görə belə bir yanaşma olanda asılılıq məsələsi ortadan qalxır, yəni konkret olaraq sponsor var və onun maraqları var. Media quruluşu da, sahibkarlıq subyekti də sponsorun, təsisçinin maraqlarına cavab verməlidir. Əlbəttə, söhbət qanuna əsaslanmaqla fəaliyyətdən gedir”.

Vüsalə Mahirqızı vurğulayıb ki, bu qanun hüquqi bazadır və bu bazaya əsaslanmaqla, bu qanunu pozmamaq şərtilə hər kəs öz maraqları çərçivəsində işini görür: “Bizdə hamı mediadan və bütün media orqanlarından fədakarlıq istəyir, hər şeyi öz istədiyi kimi oxumaq və görmək istəyir. Amma baxış dəyişəndə bu, sahibkarlıq subyekti olanda, artıq ixtisaslaşma gedir. Mənim nə yazacağıma və ya nə yazmayacağıma dövlətin qanununu pozmamaq şərtilə mən və mənim redaksiyam qərar verir. Bizim bütün şikayətçilərin məktubunu dərc eləmək kimi bir öhdəliyimiz də yoxdur və olmamalıdır. Bunun qanunda bu formada qoyulması son dərəcə normaldır. Bu bir biznes subyekti olanda asılılıq məsələsi aradan götürülür. Biz indi heç bir formada düşünmürük ki, hansısa özəl şirkət, hansı tikinti şirkəti, hansısa iaşə müəssisəsi dövlətdən asılıdır. Çünki özəldir, özü bilər. O tikinti şirkəti hansı layihə ilə binanı necə tikir, nəyin əsasında tikir, bunu özü bilər. Əsas odur ki, tikinti haqqında qanunu, tikinti təhlükəsizliyi qaydalarını, şəhərin vahid arxitekturasını pozmur. Sahibkar qanunlar əsasında şirkəti işlədir. İndi jurnalistikaya da həmin baxış gəlməlidir. Mediada hamıdan eyni şeyi tələb etmək olmaz. Dünyada nüfuzlu beynəlxalq media qurumlarına da verilmiş bir rol var və hamı öz rolunu oynayır. Onların da özlərinin maraqları var. Təsisçilərinin və sahibkarlarının maraqları var, onlar da maraqları çərçivəsindən kənara çıxmırlar. Məsələ ondadır ki, həmin qurumun fəlsəfəsi və yaranması hansı səbəblə bağlıdır. Bazar münasibətlərində maraqlar iştirak edir, maraqlar olanda asılılıq anlayışı sıradan çıxır. Hesab edirəm ki, ”media dövlətdən", “media məmurlardan” asılıdır və sair kimi ifadələr artıq medianın ideoloji və təbliğat ruporu olması ifadələri ilə təxminən eyni idi. Artıq bu ifadələr zaman-zaman sıradan çıxmalıdır".

Media eksperti Qulu Məhərrəmli isə vurğulayıb ki, bu gün təklif olunmuş “Media haqqında” qanun layihəsinin cəmiyyətdə rezonans doğurması, fikir müxtəlifliyi yaratması təbiidir: “Bu elə bir qanundur ki, təkcə mediaya deyil, cəmiyyətin bütün qatlarına aiddir. Bütövlükdə cəmiyyətə aiddir, informasiya istehlakçılarının hamısına aiddir. Şübhəsiz ki, qanunun müsbət tərəfləri də var ki, o, günün reallıqlarını ifadə eləməyə çalışır. Amma mübahisə doğuran məqamlar da var. Bunlar ilk növbədə hökumətin statusu, hökumət-media münasibətləridir. Bir də internetin media profilinin tənzimlənməsi ilə bağlı olan məsələlərdir. Sual yaranır ki, bu maddələrin qanunda olması jurnalistlərin fəaliyyətinə maneə yarada bilərmi? Birbaşa maneələrdən söhbət getmir, amma strateji baxımdan gələcəkdə jurnalistlərin sərbəstliyi, onların informasiyanı azad əldə etmək, yaymaq, müstəqil hərəkət eləmək, xüsusən də müstəqil media ilə bağlı müəyyən problemlər çıxa bilər. Digər məsələ internet televiziyalarının, Youtube kanallarının tənzimlənməsi ilə bağlıdır. Yəni bir qrup haqlı olaraq belə hesab edir ki, indiki halda yerüstü kanallardan fərqli olaraq internet televiziyaların tənzimlənməsinə ehtiyac yoxdur”.

Q.Məhərrəmli qeyd etdi ki, dünyanın heç yerində internet televiziyaları tənzimlənmir: “Ona görə ki, yerüstü kanallar, onların yayımlandığı tezliklər dövlət resurslarıdır, onların sayı məhduddur. Həm radioda, həm televiziya kanallarında elektromaqnit dalğalarının sferası məhdudiyyətlərə bağlıdır. Amma internet hüdudsuz, məhdudiyyəti olmayan bir resursdur. Ona görə burada nəyisə tənzimləmək məntiqə uyğun deyil. Digər tərəfdən, jurnalistlərin bu və başqa məsələləri işıqlandırması ilə bağlı məzmuna müdaxilə əlamətləri görünür. Xüsusi hallarda rəsmi qurumların verdiyi materialları olduğu həcmdə vermək tələb olunur. Ola bilər ki, mənim hansısa nazirliyin verdiyi bir səhifəlik məlumatı olduğu kimi yerləşdirmək imkanım yoxdur, həm də onu məqsədəuyğun hesab etmirəm. Amma onun verdiyi məlumatın məğzini təhrif eləmədən o yanaşmanı təqdim edim. Bu cür məzmuna müdaxilələr əlbəttə ki, müəyyən asılılıq yarada bilər. Hələlik qanun müzakirə və işlənmə mərhələsindədir”.

Media eksperti hesab edir ki, bir neçə gün öncə ictimaiyyətə təqdim olunmuş layihəni heç də ictimai müzakirədən keçmiş adlandırmaq olmaz: “O, sadəcə, layihənin təqdimatı idi ki, parlamentə daxil olub və müvafiq komissiyalarda müzakirəsi başlayacaq. Yəni indiki halda qanunda bir çox tələsiklik yaradan məqamlar var. Media hüququ mütəxəssislərinin bu qanuna baxması çox önəmlidir. Ən vacib məqam konstitusiyamızın 50-ci maddəsinin və beynəlxalq qanunlara, konvensiyalara istinad edən 71-ci maddənin tələblərinin gözlənilməsidir. Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq. Bunun üçün də qanun çox diqqətlə işlənməlidir. Həm media reallıqları, həm cəmiyyətin maraqları nəzərə almalıdır. Əlbəttə, həm də dövlətin maraqları və heç şübhəsiz ki, milli təhlükəsizlik məsələləri nəzərə alınmadır. Heç bir halda indi mövcud olan keçici bir ildəki naqislikləri aradan qaldırmaq üçün qanuna maddə salmağa ehtiyac yoxdur. Onları müəyyən prosedurlarla, mexanizmlərlə həll eləmək olar. Qanun ümumi normaları verməlidir, belə strateji məzmun və mahiyyət daşıyan bir qanunda hər şey diqqətlə ölçülüb-biçilməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29
Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27
İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19
Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14
“Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10
Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59
Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50
Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46
Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43
İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38
Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23
Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22
"Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20
Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17
"Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru