"Bu xəbərdən sonra atamın məzarı başına getdim"
Tarix: 24-11-2020, 08:55 | Çap et
“Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı”
Bunu Moderator.az-a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı Şuşanın işağldan azad edilməsiylə həm də atasının ruhunun şad olduğunu bildirib:
“Mənim uşaqlığım birbaşa müharibənin içində keçib. Atam Qarabağ döyüşçüsü olub və demək olar ki, müharibə dönəmində atamın üzünü o qədər də görə bilmədim. O, ancaq müharibələrdə olurdu. Yəni bir-iki gün gəlib bizə baş çəkirdi və yenidən cəbhəyə qayıdırdı. Təsəvvür edin ki, bu gün o atasına sarılan, sağ-salamat cəbhədən dönən atalarına qucaq açan övladları görəndə bütün uşaqlığımın nostaljisini yaşayıram. Onlara baxanda o qədər içimdə fərəh var və həm də uşaqlığımın ata nisgili içimdə boylanır. Mənim üçün əlbəttə ki, qələbə xəbəri çox sevindirici bir xəbər oldu. Bu xəbərdən sonra atamın məzarı başına getdim, çünki o, Şuşa, Daşaltı, Ağdərə döyüşlərinin iştirakçısıydı, polkovnik, qrup rəhbəri idi. Atamı ancaq gözümü açandan hərbi geyimdə görürdüm. Təbii ki, Birinci Qarabağ savaşının belə bitməsi məni məhus etsı də, İkinci Qarabağ savaşında qələbə qazanmağımız məni çox sevindirdi və içimdə bir az təəssüf hissi var ki, kaş atam sağ olaydı və Şuşanın alınmasını görəydi. Sonuncu dəfə o, Şuşa döyüşlərində olmuşdu, Bakıya gəldi və 15-20 gün sonra Şuşa işğal olundu. Onda mən ilk dəfəydi ki, atamın ağladığını görürdüm. O, Şuşanın işğal edilməsi ilə barışa bilmirdi, deyirdi ki, Şuşa elə bir şəhərdir ki, onu belə asanlıqla işğal etmək mümkün olmazdı. Bu gün doğrudan da bizim müzəffər ordumuzun Şuşanı azad etməsi bizi çox sevindirdi. Şuşanın işğaldan azad edilməsindən sonra atamın qəbiri üstə gedib ruhun şad olsun dedim. Çünki onun bütün həyatı o yerlərə bağlı idi. Dedim ki, ata, ruhun şad olsun artıq Qarabağ bizdədir. Mən bilirəm ki, onun ruhu şaddır, çünki o yerlərdə canını qoymuşdu. Çox vətənpərvər insan idi. Eləcə də mənim uşaqlığım o müharibə dövrünə təsadüf edib və vətənpərvərlik ruhunun canımıza hopmasıyla böyümüşük”.
R.Ağasəfqızı bundan sonra işğaldan azad edilən torpaqlarımızda yeni-yeni iş yerlərinin açılacağı xəbərinə sevindiyini bildirib:
“Düşünə bilmərəm ki, hansı bir adamın canında azərbaycanlı qanı axsın və bu qələbəyə sevinməsin, mümkün deyil. Otuz il idi ki, torpaqlarımızda erməni oturmuşdu, bu gün xırda nüanslar, suallar doğur, amma o insanlara demək istəyirəm ki, otuz il idi o yerlərə gedə bilirdiniz, hətta bəziləriniz “getdi Qarabağ, daha bizim deyil”-deyən insanlardınız. Burda bir sual var idi, “amma və lakin” gözləyin, səbr edin, bu böyük bir dönəmi adlayırıq biz, ağır bir müharibədən qalib çıxmışıq. Biz qələbə qazanmışıq, bunu necə danmaq olar? Bunun arxasına necə hansısa bir sualı qoymaq olar? Hesab edirəm ki, bəzi insanlarda yaranan o suallara cavab tapılacaq və ümid edirəm ki, hər şey daha da gözəl olacaq. Mənə evdə deyirlər ki, Qarabağda iş yerlərinin açılması məsələlərindən danışılır. İnanın o qədər sevindim ki. Bu həm də yeni-yeni iş yerlərinin açılması və gənclərimizin orda işləməsi deməkdir. Görün bu nə qədər gözəldir. Gənclərimiz o yerlərdə işləyəcək, ailə quracaq, artım olacaq. Bu hər mənada mən də daxil olmaqla bütün xalqımız üçün çox böyük bir qələbə və uğurdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
|