Əsas Səhifə > Siyasət, Manşet > Xaləddin İsgəndərovun müavini ilə bağlı daha bir iddia
Xaləddin İsgəndərovun müavini ilə bağlı daha bir iddia9-06-2015, 09:57 |
DİA.AZ: - Redaksiyamıza Binəqədi rayon İcra hakimiyyəti başçısının ən etibarlı adamı və rayondakı tikinti-təmir işlərinə nəzarət edən başçının birinci müavini İlqar Süleymanovla bağlı yeni informasiya daxil olub. Bu barədə DİA.AZ-ın elektron ünvanına göndərilən xəbərdə deyilir ki, Süleymanov xaricdəki bank hesabında olan külli miqdarda pulu yaxınlarının adına keçirib. diaaz.space-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, ötən il Türkiyənin Bodrum şəhərində aldığı 3 villanı da oradakı dostlarının adına keçirdib: "Təhlükə ilə üzləşdiyini hiss edən müavin bununla da bütün var-dövləti yaxınlarının adına keçirmək qərarına gəlib. Azərbaycanda bəzi banklarda onun adında 250 min manatdan çox pul yatırımı var. Hətta öz yaxınlarının adına Biunəqədi rayonu ərazisində inşa edilən yeni binaların hər birində 3-4 otaqlı mənzillər özəlləşdirib". Yerli mətbuatda onun ölkədən qaçmaq istəyərkən Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalandığı da bildirilmişdi. İ.Süleymanov Azərbaycxanda onun erasının bitdiyini qabaqcadan hiss edərək ölkədən qaçmağı planlaşdırıb. diaaz.space-a xəbəri verən qaynaq bildirir ki, yaxın günlərdə, daha doğrusu Avropa Oyunlarından sonra onun ABŞ-a qaçacağı planlaşdırılıb. Geri qayıt |