Əsas Səhifə > Siyasət, Manşet > Kərəm Həsənovun işçisinə qarşı rüşvət ittihamı

Kərəm Həsənovun işçisinə qarşı rüşvət ittihamı


27-05-2015, 10:07
Kərəm Həsənovun işçisinə qarşı rüşvət ittihamı
DİA.AZ: - Ucar rayonu Ş.Qurbanov küçəsi ev 49 sakini Orucov Dağlar Abbasqulu oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin rəisi Ədalət Cabbarova istədiyi 3000 manat rüşvəti verə bilmədiyim üçün 6 aydır ki, süründürməçiliyə, özbaşınalığa məruz qalmışam.Belə ki, 1963-cü il tarixdə Ucar rayonu Ş.Qurbanov küçəsində yerləşən dövlət tərəfindən inşa edilmiş yaşadığımız mənzili atam 1990-cı il tarixdə qanunu qaydada özəlləşdirmişdir.Həmin vaxt mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsi də özəlləşdirilmişdir.Valideyinlərim 2012-ci il tarixdə dünyalarını dəyişmişdilər.Ailəmizdə 3 bacı, bir qardaş olmuşuq.Bacılarımın razılığı ilə həmin mənzili mənim adıma sənədləşdirmək üçün Ucar rayon Notariusunda müvafiq sənədləşdirmələr apardıq və reyestr çıxarışı alamq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə təqdim etdim.Mənə 80 manat dövlət rüsumu ödətdirdilər, evimə baxış keçirildi qiymətləndirmə aparıldı və reyestr çıxarışı verilməsi üçün əlavə məndən 3000 manat pul istənildi. Buna imkanımın olmadığını bildirdik də mənə dedilər ki, atan 1990-cı il tarixdə mənzili özəlləşdirsədə yerləşdiyi torpaq sahəsini özəlləşdirməmişdir.Buna görə də mümkün deyil kadastr planı almalısan ki, bunuda Torpaq Komitəsi verir , həmin idarənidə ləğv ediblər.Buna görə gözləməlisən ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini kimə verəcəklər.1963-cü il tarixdə dövlət tərəfindən inşa edilən sözü gedən evdə həmin ildən ailəmiz yaşayır, orada doğulub böyüyümüşəm və hazırda da həmin mənzildə ailəmlə yaşayıram.Evi də,yerləşdiyi həyətyanı torpaq sahəsini də atam 1990-cı il tarixdə qanunu qaydada özəlləşdirib ki, bunu təsdiq edən sənədlər var".

Daha sonra Ucar sakini diaaz.space-a müraciətində bildirir: "Beləliklə də Ucar rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin rəisi Ədalət Cabbarova istədiyi 3000 manat rüşvəti verə bilmədiyim üçün 6 aydır ki, müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qalmışam.DƏDRX-nin 16 sayı ərazi idarəsinin rəisi Ədalət Cabbarov çəkinmədən vətəndaşlardan rüşvəti açıq-aşkar özü istəyir.Sanki bu adam dövlət idarəsini özəlləşdirib.Onun belə qanunsuz əməllərindən vətəndaşlar əziyyət çəkirlər.Prezident cənab İlham Əliyev vətəndaşları süründürməçiliyə məruz qoymamaları üçün dövlət məmurlarına həmişə xəbərdarlıqlar etməsinə baxmayaraq dövlət idarəsini kolxoz bazarına çevirən Ədalət Cabbarov bundan nəticə çıxarmaq istəmir.Bu adamın bir ideyası var nəyin bahasına olur-olsun kapital toplamaqdır.Bu özbaşınalıq barədə aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. Həmçinin DİA.AZ vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət edib xahiş edirəm 3000 manat rüşvət verə bilmədiyim üçün məni süründürməçiliyə məruz qoymuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinin rəisi Ədalət Cabbarovun barəsində qanunu tədbirlər görəsiniz".

Qarşı tərəfi dədinləməyə hazırıq...


Geri qayıt