Əsas Səhifə > Siyasət, Manşet > ŞOK İDDİA: Vergilər nazirliyi şirkətlərin pullarını faizə buraxır...

ŞOK İDDİA: Vergilər nazirliyi şirkətlərin pullarını faizə buraxır...


22-04-2015, 09:58
ŞOK İDDİA: Vergilər nazirliyi şirkətlərin pullarını faizə buraxır...
DİA.AZ: - Dünən olduqca maraqlı bir hadisə ilə bağlı məlumatları diqqətinizə təqdim etdik. Belə ki, redaksiyamıza müraciət edən “Aztexnika” MMC-nin rəhbəri Vüsal Hacıyev vergilər naziri Fazil Məmmədovun qəbuluna düşmək istədiyini, probleminin həllindən nazirdən kömək umduğunu dilə gətirmişdi. Sahibkarın sözlərinə görə, rəhbəri olduğu şirkətin depozit hesabında vəsait var. Amma həmin vəsaitdən istifadə edə bilmir.

DİA.AZ-a danışan sahibkar deyir ki, 9 aydır ki, bu problemlə üz-üzədir: “Yaranmış problemlə bağlı Vergilər Nazirliyinə müraciət edirik. Yazdığımız məktublara cavab verilir ki, hesabınızda heç bir problem yoxdur. Faktiki isə problem var və bu problem işimizi iflic edib”.

Sahibkar deyir ki, bu sistem xətası deyil və ola bilməz: “Düşünürəm ki, bu süni problemdir. Bilərəkdən depozit hesabın bloklandığını ehtimal edirəm. Biz nazirin və ya onun müavinlərinin qəbuluna da düşə bilmirik ki, sözümüzü deyə bilək, problemimiz həll edilsin”.

DİA.AZ-a bununla bağlı olduqca olginc bir məlumat da daxil olub. Belə ki, VN-dəki bilgili qaynağın redaksiyamıza söylədiyinə görə, əslində burada qeyri-adi nəsə yoxdur və hazırda onlarla şirkət eyni problemi yaşayır.

Mənbənin diaaz.space-a söylədikləri: “Bu cür üsullarla şirkətlərin pulları dolayı yollarla dövriyyəyə buraxılır. Qeyd olunan şirkətlə bağlı problemə gəlincə isə “Aztexnika” MMC-nin depozit hesabında 160 min manat vəsait var. 9 ay əırzində bu pula vəsaitin sahibi yaxın düşə bilməsə də, ondan gəlir götürənlər var və bu işdə VN-nin yüksək ranqlı əməkdaşları maraqlı tərəfdir”.

Mənbə onu da iddia edir ki, eyni qaydada onlarla şirkətin pullarından fazilər götürülür.

Iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt