Əsas Səhifə > Siyasət, Manşet > Zakir Fərəcov üçün daha bir başağrısı: Qanunsuz torpaq alverindən 10 milyon manatlıq qazanc
Zakir Fərəcov üçün daha bir başağrısı: Qanunsuz torpaq alverindən 10 milyon manatlıq qazanc5-03-2015, 09:30 |
DİA.AZ: - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovunun başının qalda olması ilə bağlı informasiyanı diqqətinizə təqdim etmişdik. Xəbərdən aydın olurdu ki, qanunsuz torpaq alveri ilə bağlı Zakir Fərəcovun da adının hallandığı faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır ki, bu da icra başçısına əməlli başlı başağrısı yarada bilər. Bununla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Belə ki, mötəbər mənbənin redaksiyamıza söylədiyinə görə, Zakir Fərəcovun adının hallandığı qanunsuz torpaq alveri ittihamları əslində bu günlərdə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə bağlı aparılan araşdırmalar nəticəsində ortaya çıxıb. Məlumatlı mənbə diaaz.space-a bildirir ki, Zakir Fərəcov bu illər ərzində böyük torpaq sahələrini məhz DTXK-nin bir sıra yetkililəri ilə ortaq qaydada demək olar ki, mənimsəyib. Mənbənin söylədikləri: «Rayon ərazisindəki torpaq sahələrinin böyük əksəriyyətinin sənədləşdirilməsi qanunsuz yolla həyata keçirilib ki, bu yolla da zaman-zaman külli miqdarda qazanc əldə olunub. Söhbət təxminən 10 milyona yaxın puldan gedir». Onu da bildirək ki, yaxın vaxtlarda redaksiyamız tərəfindən Zakir Fərəcovun hansı ərazidə hansı torpaq sahələrini neçə satmasını əks etdirən sənədləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Səslənən ittihamlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |