Əsas Səhifə > Siyasət, Manşet > Ölkənin ən ciddi oliqarx-məmurlarından biri ilə bağlı mühüm qərar

Ölkənin ən ciddi oliqarx-məmurlarından biri ilə bağlı mühüm qərar


12-02-2015, 10:15
Ölkənin ən ciddi oliqarx-məmurlarından biri ilə bağlı mühüm qərar
DİA.AZ: - «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) rəhbərliyində dəyişiklik gözlənilir. Bu xəbəri DİA.AZ-a yollayan məlumatlı mənbənin bildirdiyinə görə, «AZAL» şefi Cahangir Əsgərov bu gün hakimiyyətin ən etimad göstərilən fiqurlarından olsa da, onun yola salınması qərarı verilib. Amma bu addım Cahangir Əsgərovun «vurulması» kimi qəbul edilməməlidir.

diaaz.space-a danışan qaynağın iddialarına görə, Cahangir Əsgərovun yüksək vəzifəyə təyin olunması gözlənilir.

Mənbənin söylədikləri: «Onun mühüm posta hazırlanması haqda iqtidar dəhlizlərində danışıqlar gedir. Hələlik dəqiq nəsə yoxdur. Nazir postu da ola bilər, baş nazir postu da».

Mənbə diaaz.space-a açıqlamasında onu da əlavə edib ki, Cahangir Əsgərov hazırda ölkənin ən ciddi oliqarxlarından hesab olunur və Qərb mənbələrinin iddialarına görə, onun sərvəti 1 milyardın üzərindədir.

Geri qayıt