Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısının keçən ilki hesabatdan dövlət büdcəsinə 90 milyon manat borcu qalıb
İcra başçısının keçən ilki hesabatdan dövlət büdcəsinə 90 milyon manat borcu qalıb13-01-2015, 09:35 |
DİA.AZ: - Çoxdandır mətbuatın gündəmindən düşməyən Abşeron rayonunun icra hakimiyyətinin başçısı Zakir Fərəcov ən ağır günlərini yaşayır. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki qaynaqlarn iddiasın görə, hakim komanda icra başçıları ilə bağl növbəti tarama dalğasına məhz Zakir Fərəcovun istefaya göndərilməsi ilə başlaya bilər. Qeyd edək ki, hakimiyyətin kifayət qədər güclü dairələri tərəfindən dəstəklənən Abşeronun icra başçısı ilə bağlı yayılan məlumatlarda həmçinin onun çox ciddi problemlərlə üz-üzə qaldığı da söylənilir. Mənbə bildirir ki, keçən ildən Zakir Fərəcov Abşeron rayonunun icra hakimiyyəti olaraq dövlətə 90 milyon manat həcmində borclanıb. Bu pulların böyük qisminin mənimsənildiyini iddia edən mənbə onu da vurğulayır ki, keçən ilin dekabr ayının ortalarından etibarən icra başçısı pulların ödənilməsi üçün küncə sıxışdırılıb. Hər halda, neftin qiymətinin düşdüyü bir ərəfədə hansısa icra başçısına bu həcmdə vəsaitin keçilməsi gözlənilən deyil. Bu barədə mənbənin DİA.AZ-a söylədikləri: «Hətta Zakir Fərəcovu himayə edən qüvvələr də ona yardım edəcək durumda deyillər. Kim onun əvəzinə bu pulları geri qaytarar ki?» Mənbə bildirir ki, Zakir Fərəcova fevral ayının ortalarına qədər vaxt verilib: «Əks halda ona qarşı korrupsiya ilə bağlı cinaət işi də açıla bilər. Doğrudur, icra başçısının himayədarları belə bir aqibətin yaşanmaması üçün Fərəcovdan pulların qaytarılmasını tələb edirlər. Əks halda, onlar belə icra başçısını qoruya bilməyəcəklər. Çünki söhbət dövlətə məxsus olan pulların mənimsənilməsindən gedir». diaaz.space-a daxil olan məlumatlarda o da qeyd olunur ki, Zakir Fərəcov da həmin vəsaitin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib və eyni zamanda pulun ödənməsi üçün əlavə vaxt da istəyib: «Bu gün başçı pulların yalnız çox cüzi hissəsini geri qaytara bildiyini bəyan edib. Yerdə qalan əhəmiyyətli hissənin ödənilməsi üçün na vaxt lazımdır. Və təklif edib ki, bu il Abşeron rayonuna ayrılan vəsaitdən həmin pul çıxıla bilər». Geri qayıt |