Əsas Səhifə > Siyasət, Manşet > Nurçular pullarını nədən «TexnikaBank»da saxlayırdılar?
Nurçular pullarını nədən «TexnikaBank»da saxlayırdılar?8-08-2014, 10:56 |
DİA.AZ: - Azərbaycanda nurçulara qarşı kampaniya səngimiş kimi görünsə də, bu proses sentyabr ayından etibarən yenidən alovlanacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Azərbaycanda Fətullah Gülən cameəsi heç də iddia olunduğu kimi çökdürülməyib. Sadəcə olaraq onlar sanki Ərdoğanı aldadırmış kimi kamifulyaj olunublar. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən cameəsinin Azərbaycandakı dayaqlarının çökərdilməsi üçün rəsmi Bakıdan şəxsən xahişdə bulunmuşdu. DİA.AZ-a daxil olan son informasiyada qeyd olunur ki, hələ də nurçular Azəbaycanda böyük imkanlara malikdirlər: «Onların əllərində hər şey var. Onlar hər yerdədirlər. Onlar ciddi gəlir gətirən mexanizm əvə şəbəkəyə malikdirlər. Yəni onlardan hələ qurtulmaq kimi iddiada bulunanlar doğrunu demirlər». Mənbə iddia edir ki, nurçuların bank sektorunda da ciddi dayaqları var: «Məsələn, bu gün «bank technique» adı altında fəaliyyət göstərən keçmiş «TexnikaBank» zamanında nurçuların pullarını saxladıqları ünvan kimi tanınıb. Hətta Bankın sabiq rəhbəri Etibar Əliyevin zaman-zaman «Qafqaz» Universitetinin rektorunun kabinetində görünməsi də öyrəşilən bir mənzərə kimi qəbul olunardı». Mənbəmiz diaaz.space-a açıqlamasında bildirir ki, artıq nurçuların biznes sahələrini hədəfə alma yolunda tədarüklü olan rəsmi Bakı əsas addımlarını sentyabr ayında ata bilər: «Bunun üçün Türkiyədəki seçkilərin nəticələrinin elanı da gözlənilir. Yəni Ərdoğan qalib gələrsə, bu proses sürətli şəkildə start götürəcək. Təbii ki, ən çox proqnoz olunanı da elə Ərdoğanın qələbəsidir. Deməli, sentyabr ayından etibarən Azərbaycanın bank sektorundakı nurçu şəbəkəsinə qarşı hərəkətə keçiləcək». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |