Əsas Səhifə > Siyasət, Manşet > Rəsmi Bakı ilə Fətullah Gülən ilişgilərinin mübhəm tərəfləri - Liseylərin bağlanmasına görə Gülənə 20 milyon verildi
Rəsmi Bakı ilə Fətullah Gülən ilişgilərinin mübhəm tərəfləri - Liseylərin bağlanmasına görə Gülənə 20 milyon verildi20-06-2014, 11:02 |
DİA.AZ: - İki gün əvvəl Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verildi. Bildirək ki, qərara əsasən Naxçıvan bölgəsi xaric olmaqla, Azərbaycanın digər yerlərindəki Fətullah Gülən cameəsinə aid lisey və hazırlıq kurslarının fəaliyyəti dayandırır. Xatırladaq ki, düz bir il əvvəl Dövlət Neft Şirkəti «Çağ» Öyrətim İşlətmələri Şirkəti ilə birgə Azərbaycan Beynəlxalq Təhsil Kompleksini təsis etmişdi ki, dünənə qədər birbaşa olaraq Fətullah Gülən cameəsinə aid olan liseylərdə ARDNŞ şəriklik hüququ əldə etmişdi. Doğrudur, bu məsələ gündəmə gələndə ARDNŞ-dən belə bir açıqlama verildi ki, guya nurçuların liseyləri ARDNŞ-nə məxsusdur və hətta bu barədə danışan ARDNŞ yetkilisi - «Butəhsil ocaqları ARDNŞ-nin mülkiyyətidir» deyərək bir yanıt da vermişdi. Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, əslində ARDNŞ-nin həmin təhsil ocaqlarını öz mülkiyyəti kimi qələmə verməsi və bu ifadənin Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin təsis olunmasından düz bir il sonra söylənilməsi heç də təsadüfi deyil: «Əslində bu barədə rəsmən açıqlama verən ARDNŞ birbaşa olaraq iz azdırmağı düşünürdü. Yəni bu yolla Azərbaycan ərazisində Fətullah Gülənə aid təhsil ocaqlarının bağlanması xahişində bulunan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oyalanması nəzərdə tutulurdu. Lakin göründüyü kimi, Ərdoğanı aldada bilmədilər və nəhayətdə Fətullah Gülənin liseyləri bağlandı» Mənbəmiz bu arada maraqlı bir açıqlamanı da diaaz.space-a bildirib: «Bu günlərdə Qafqaz Universitet idə bağlanacaq. Çünki Ərdoğan həmin ali məktəbin də bağlanmasını xahiş edib. Hələlik qərar yalnız lisey və hazırlıq kurslarına şamil olundu, amma Qafqaz Universitet idə gec-tez bağlanacaq». Mənbəmizin iddialarına görə, əslində Azərbaycan hakimiyyətinin qəti şəkildə tərəflərdən birinə üstünlük verməməsi anlaşılandır: «Ərdoğan bu gün Türkiyədə gücdür, hakimiyyətdir. Rəsmi Bakı onu nəzərə almalıdır. Amma eyni zamanda Fətullah Gülən də təsadüfi adam deyil və o, hətta regional, bəlkə də qlobal gücə, imkanlara malik olduğundan Azərbaycan hakimiyyəti nurçuların şefi ilə də dil tapmaq zorundadır. Bundan əlavə, bu gün Fətullah Gülənin şəbəkəsi ABŞ da daxil olmaqla 20-yə yaxın nüfuzlu, beynəlxalq aləmdə söz sahibi olan ölkədə Azərbaycan dövdətinə lobbiçilik etməkdədir ki, rəsmi Bakının bu faktı təhlükə altına atması heç də gözlənilən deyil. Yəni proses bu şəkildə də davam edəcək». Mənbəmiz bu arada diaaz.space-a daha bir maraqlı məlumatı da təqdim etdi. Qaynağın iddialarına görə, son qərardan sonra, yəni Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə aid liseylərin bağlanmasının ardından ARDNŞ tərəfindən «Çağ» Öyrətim İşlətmələri Şirkətinə təzminat mahiyyətində 20 milyon ABŞ dolları həcmində pul da ödənilib. Geri qayıt |