Əsas Səhifə > Siyasət, Manşet > Əli Bayramov istintaqla əməkdaşlıq edərsə, İsmət Abbasovun həbsi qaçılmazdır
Əli Bayramov istintaqla əməkdaşlıq edərsə, İsmət Abbasovun həbsi qaçılmazdır27-05-2014, 10:35 |
DİA.AZ: - Dünən belə bir xəbər yayıldı ki, bu günlərdə öz ərizəsi ilə işdən çıxan “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov artıq ölkədə yoxdur. Xəbərdə deyilirdi ki, Ə.Bayramov müalicə adı altında xarici ölkələrdən birinə qaçıb. Məlumatda həmçinin Əli Bayramovun tələsik işdən çıxaraq ölkəni tərk etməsi barəsində tezliklə cinayət işinin qaldırılacağı və həbs olunacağı barədə də vurğulanırdı. Bildirək ki, həqiqətən də Əli Bayramovun öz ərizəsi ilə işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi son informasiyalardan aydın olur ki, Əli Bayramovla yanaşı baş verənlərdən daha bir məmur narahat olmaqdadır. Mənbənin söylədikləri: «Təbii ki, Əli Bayramova qarşı hər hansı hüquqi addım atılırsa, mütləq şəkildə keçmiş kənd təsərrüfatı naziri - Əli Bayramovun əsas himayədarı olan, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasov da sorğu-sual edilməlidir». Məlumatlı mənbənin diaaz.space-a söylədiyinə görə, elə Əli Bayramovun ölkədən gedişini də məhz İsmət Abbasov təşkil edib: «İsmət Abbasov ona qarşı hansı hüquqi addımların atıla biləcəyindən xəbərdar olduğundan keçmiş «Aqrolizinq» şefinə ölkəni tərk etməyi məsləhət görüb. Çünki baş nazirin müavini yaxşı bilir ki, Əli Bayramov istintaqla əməkdaşlıq edərsə, onun özünə qarşı da ittihamlar yarana bilər». Geri qayıt |