Əsas Səhifə > Siyasət, Manşet > 28 May ərəfəsində kimlərin qapısı açıla bilər? Ertələnən əfv fərmanı ilə bağlı yeni gəlişmə
28 May ərəfəsində kimlərin qapısı açıla bilər? Ertələnən əfv fərmanı ilə bağlı yeni gəlişmə11-05-2014, 14:21 |
DİA.AZ: - 10 May ərəfəsi əfv fərmanının veriləcəyi gözlənilsə də, sonradan bu qərarın 28 May - Respublika Günü münasibətilə rəsmiləşəcəyi haqda informasiyalar yayıldı. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin bildirdiyinə görə, ümumiyyətlə, gözlənilən əfv fərmanı ilə bir neçə tanınmış məhbusun azadlığa çıxması planlaşdırılır. Mənbə bildirir ki, onların arasında sabiq OMON-çular da var. Hansılar ki, ömürlük həbsə məhkum ediliblər və dəfələrlə onların cəzalarının 15 illik cəzaya dəyişdirilməsi ilə bağlı müxtəlif instansiyalara müraciətlər edilib. diaaz.space-a daxil olan məlumata görə, Respublika Günü münasibətilə veriləcək əfv qərarı ilə eyni zamanda bir neçə dindar məhbusun, habelə adı «siyasi məhbus» siyahısında yer alan şəxslərdən bəzilərinin və 2 jurnalistin da azadlığa çıxması gözlənilir. Geri qayıt |