Əsas Səhifə > Siyasət, Manşet > Elşad Abdullayevin başlatdığı film artıq başa çatıb – Bu filmin baş qəhrəmanlarına da hazırki durum sərf edir

Elşad Abdullayevin başlatdığı film artıq başa çatıb – Bu filmin baş qəhrəmanlarına da hazırki durum sərf edir


19-04-2014, 11:29
Elşad Abdullayevin başlatdığı film artıq başa çatıb – Bu filmin baş qəhrəmanlarına da hazırki durum sərf edir
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev xeyli müddətdir ki, ortalarda görünmür. Amma onun da vaxtları var idi və müəyyən dönəm var idi ki, keçmiş rektor bir ağır arsenal olaraq hakimiyyətiçi münasibətlərin aydınlaşması müstəvisində istifadə olunurdu. Xatırladaq ki, bu barədə həmin ərəfədə verdiyi açıqlamasında keçmiş rektorun əsas hücum hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də müəyyən eyhamlar vurmuş və bildirmişdi ki, əslində Elşad Abdullayev bir alətdir. Və bu sözdə kifayət qədər həqiqət payı var idi. Elşad Abdullayev alətdir və həmin zaman keçmiş rektordan nəinki hansısa böyük təsir imkanlarına malik iqtidariçi qüvvələrin zərərsizləşdirilməsi üçün istifadə olunurdu, eyni zamanda şəxsi qərəz müstəvisində də müəyyən oyunlar da oynanıldı.

Elə bu səbəbdən Elşad Abdullayevin Azərbaycanın müasir siyasi gündəmindəki rolunu DİA.AZ olaraq araşdırmaq qərarına gəldik. İlk əvvəl isə keçmiş rektorun kimliyi məsələsinə aydınlıq gətirmək istərdik. Kimdir Elşad Abdullayev? Hər halda, bu suala cavab verərkən onun hansı mərtəbədən hansı mərtəbəyə gəlməsindən danışmayacağıq. Elə Elşad Abdullayevin ABU-dakı fəaliyyətinə nəzər salmağımız yetərlidir ki, onun kimliyindən xəbərdar olasan.

Elşad Abdullayev zamanında söünün kəsəri olan bir fiqur kimi diqqətə gəlir ki, bu da ona hakimiyyətin dərin qatlarından verilən dəstəklə birbaşa bağlıdır. Hətta vəziyyət elə olub ki, Elşad Abdullayevdən o zamankı təhsil naziri Misir Mərdanov da ehtiyat edirmiş. Bu barədə diaaz.space-a danışan məlumatlı mənbə iddia edir ki, burada daha çox Misir Mərdanovun keçmiş rektorun qarşısında gözükölgəli olması faktı mühüm rol oynayıb.

Yəni Elşad Abdullayev zamanında pulla rəftar etməyi yaxşı bacarıb. Qazandığı kimi, qazandıqlarının hesabına “dostlar” da əldə edib. Və bunun da nəticəsidir ki, günü bu gün də həmin “dostlar” Elşad Abdullayevə qarşı gedə bilmirlər. Elşad Abdullayevin bu gün Fransadan dönüşünü də bəlkə də ən çox onlar arzulamırlar. Elşad Abdullayevdə onların hər birindən kompromat olduğundandır ki, keçmiş rektorla bağlı qəti və yekun qərarın verilməsi, hakimiyyətin birmənalı münasibətinin elan olunması yubanır. Halbuki Elşad Abdullayev son prezident seçkilərində özünün siyasi səngərini də müəyyən etdi, prezident İlham Əliyevə qarşı olmazın ittihamlarını səsləndirdi. Görünür, kimlərinsə keçmiş rektorun qarşısında gözükölgəli olması faktı hətta qeid olunan şəraitdə belə ümumi vahid mövqe ilə bağlı qərarın verilməsini daha çox əngəlləməkdədir.

Maraqlıdır ki, dünənə qədər Elşad Abdullayevin bir özəl ali məktəb rəhbəri kimi sərt formada tənqid edən müxalif və müstəqil mətbuat həmin ərəfədə Elşad Abdullayevdən az qala hakimiyyətin üzərinə yürüyən bir terminator obrazı yaratmağa qalxdı. Bu da anlaşılan deyildi. Hər zaman siyasi müxalifət öz meydanında oynamayıb və bu gün də oynamır. Elşad Abdullayevi müdafiə edənlər dünənə qədər onun rəhbərlik etdiyi ali məktəbi Azərbaycan Bazar Universiteti kimi təqdim edirdilər, Elşad Abdullayevin rektor yox, bazarkom olduğunu yazırdılar, ABU-da neçə-neçə tələbə qıza əxlaqsız təkliflərin edilməsini manşet xəbərlərinə çevirirdilər və s. Amma indi Elşad Abdullayev az qala qəhrəman kimi təqdim olundu. Bu da əslində siyasi müxalifətin gündəlik primitiv hədəflərdən uzağa gedə bilməməsinin göstəricisi kimi qəbul olunmalıdır. Davamlı şəkildə belə bir siyasətin yürüdülməsi son anda, nəhayətdə həlledici ərəfədə böyük və acı məğlubiyyətlərin açarı kimi çıxış etməsinə baxmayaraq, hələ də müxaliflər eyni qaydada tərz nümayiş etdirir, yanlışlarını təkrarlamaqdadırlar.

Yox, təbii ki, burada müxalifətin Elşad Abdullayevin açıqladığı faktlara biganə qalması doğru hesab olunmur. Reaksiya verilməli idi, amma Elşad Abdullayevi qəhrəmanlaşdıraraq, onu mübariz birisi kimi təqdim edərək yox.

Bu gün Elşad Abdullayevin nəyin davasını apardığı məlumdur. Adam illər ərzində itirdiyi və itirmə təhlükəsini yaşadığı pulunun, mal-mülkünün, varidatının davasını aparır. Elşad Abdullayev filankəsə 1 milyon, filankəsə 2 milyon, filankəsə 3 milyon və s. və i. pullar verməsindən danışırdı. Amma kimsə soruşmurdu ki, cənab Abdullayev, bu qədər pul sizdə haradan idi? Axı siz qızıl küpəsi tapmamışdınız?

Yəni bizim qeyd etdiyimiz məqam ondan ibarətdir ki, hətta Elşad Abdullayevlə bağlı faktları açıqlayanda belə xüsusən mətbuat ehtiyatlı olmaq zorundadır. Çünki əks halda fırıldaqçılarınn marağına işləyən bir mətbuat ortaya çıxır.

Bu gün artıq Elşad Abdullayev gündeəmdə deyil. Doğrudur, onun həbsə atdırdığı Gülər Əhmədovanın məhkəməsinin getməsi səbəbindən adı ara-sıra xatırlanır. Amma daha əvvəlki qədərində Elşad Abdullayev mediatik və ictimai maraq kəsb edən fiqur deyil.

O, susub. Onun susması deyəsən, hədəfə aldıqlarının da işinə yarayır. Çünki onun həsb olunaraq Azərbaycana gətirilməsi və ifadəsinin alınması da həmin dairələrə sərf etmir. Ona görə də Elşad Abdullayev mövzusunun elə bu formada bitəcəyi gözlənilir.

Filmin sonu...

Geri qayıt