Əsas Səhifə > Siyasət, Manşet > Prezident komandasında özünə zar-zor yer etmiş Rövnəq Abdullayev izahat verməli olub

Prezident komandasında özünə zar-zor yer etmiş Rövnəq Abdullayev izahat verməli olub


16-04-2014, 09:32
Prezident komandasında özünə zar-zor yer etmiş Rövnəq Abdullayev izahat verməli olub
DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də son günlərin əsas mediatik hədəflərindən biri kimi diqqətə gəlməkdədir. Belə ki, hətta az qala nurçuların himayədarı kimi təqdim olunan ARDNŞ şefinin hətta kitabının bağlandığı da iddia olunur. Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Rövnəq Abdullayevin vəzifəsindən alınmasına çalışan qüvvələr onun gediş qərarının əldə edilməsinə çalışırlar.

Bu barədə DİA.AZ-a yeni informasiyalar daxil olub. Mötəbər mənbələrdən ötürülən xəbərə görə, Rövnəq Abdullayev bu gün mətbuatda üzərinə gələn qüvvələrin ittihamlarının absurd olması ilə bağlı sübut və dəlillərini gərəkən ünvana çatdırıb:

«İlk dəfədir ki, belə bir hadisə baş verir. Artıq Rövnəq Abdullayev özünü təsdiqləmə zərurəti hiss edir. Situasiya bu həddə çatdırılıb. Və mətbuatla yaxşı işləyən rəqib cinah artıq Rövnəq Abdullayevin xarizmasına istədiyi cizgiləri atmağa müvəffəq olub. Və nəticədə Rövnəq Abdullayev izahat vermək məcburiyyətində qalıb».

Mənbə diaaz.space-a bildirir ki, ARDNŞ şefinin özünütəsdiqləmə zərurətinin yaranması artıq rəqib cinahın ilk qələbəsi kimi qəbul edilməlidir: «Hər halda, Rövnəq Abdullayev prezidentin yeni komandasının nümayəndəsi kimi qəbul edilirdi. Amma bu gün ona olan etimad payı kifayət qədər zədələnmiş vəziyyətdədir».

Bunun isə ARDNŞ şefi postunda uzun müddətdir planlaşdırılan dəyişikliyə qədər inkişaf edə biləcəyini söyləyən məlumatlı mənbə yaxın vaxtlarda gözlənilməz hadisələrin də baş vermə mümkünlüyünü vurğulayıb.

Geri qayıt