Əsas Səhifə > Siyasət, Manşet > Şamaxıda icra başçısının pultoplama bəhanələri narazılıq yaradıb

Şamaxıda icra başçısının pultoplama bəhanələri narazılıq yaradıb


10-04-2014, 09:37
Şamaxıda icra başçısının pultoplama bəhanələri narazılıq yaradıb
DİA.AZ: - Redaksiyamıza Şamaxı rayonunda bir şikayət məktubu ünvanlanıb. Özlərini Şamaxı rayon mərkəzi xəstəxanasının bir qrup tibb işçisi kimi təqdim edən narazı vətəndaşlar DİA.AZ-a ünvanladıqları müraciətlərində bildirirlər ki, icra başçısının müxtəlif bəhanələrlə büdcə təşkilatlarında çalışanlardan pul toplaması artıq onları çilədən çıxarıb.

Şamaxıdan diaaz.space-a göndərilən məktubda deyilir: “Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin heç bir çərçivəyə sığmayan əməlləri bizi olduqca narahat edir. A.Ağayev rayona başçı təyin olunduğu gündən bu günə kimi heç bir abadlıq işləri görməyib. Əksinə, hər addımda daha çox pul toplaması üçün müxtəlif bəhanələr uydurur”.

Şamaxıda icra başçısının pultoplama bəhanələri narazılıq yaradıb

Şikayət məktubunda daha sonra bildirilir: “Hər cür yolla pul qazanmağı məqsəd seçən icra başçısı indi də ulu öndər Heydər Əliyevin kitablarını satdırmaqla məşğuldur. Özü də bu kitabların qiyməti müəssisələr üzrə dəyişir. Bir çox təşkilatlarda kitabın qiyməti 15-25 manata satılsa da, rayon mərkəzi xəstəxanasında bu qiymət 30-40 manat arasında dəyişir. Məgər Heydər Əliyevin kitabı rayon ziyalılarına məcburi qaydada satılmalıdır? Halbuki kitabın həqiqi qiyməti elan olunarsa, o zaman əksəriyyət bu kitabı könüllü şəkildə alar. Daha icra başçısının pul qazanma vasitəsi kimi seçdiyi kitab maxinasiyasının qurbanına çevrilməz”.

diaaz.space-a daxil olan məktubda deyilir ki, rayon mərkəzi xəstəxanasında çalışan həkimlər 150-200 manat civarında əməkhaqqı alırlar: “Onun da 40 manatını kitaba verməli olurlar. Hər ay icra başçısı ya kitab satdırır, ya da başqa adla həmin vəsaiti tibb işçilərindən yığdırtdırır. Belə insafsızlıq olar?”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt