Əsas Səhifə > Siyasət, Manşet > ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?


4-05-2024, 09:23
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?
Bütün ölkənin COP29-a hazırlaşdığı bir ərəfədə və ələlxüsus da Prezident İlham Əliyevin bu beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsinə necə önəm verməsinin bariz şəkildə ortada olduğu bir məqamda ayrı-ayrı məmurların sanki qəsdən imiş kimi törətdikləri EKOLOJİ TERRROR diqqətdən yayınmaya bilməz. diaaz.space bildirir ki, maləsəf bu faktdır və fakt olanı odur ki, Azərbaycanı bəşəriyyətə həm də ümumdünya ekoloji mühitinin mühafizəsində bir xüsusi dayaq kimi təqdim etməyə çalışan rəsmi Bakı bu məsələyə çox ciddi həssaslıqla yanaşır.

Hər halda bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başbilənləri də gözəl bilir, yaxşıca dərk edirlər. Odur ki, daha sərt cəzaların verilmə vaxtıdır. O kəslərə ki, özlərinin cılız maraqları naminə ölkənin ümumi prinsiplərini belə şübhəyə alırlar.

Belə bir olayın növbətisi paytaxt Bakının Nərimanov rayonu ərazisində yaşanmaqdadır. Bu barədə diaaz.space oxucuların müraciətiniu və paylaşdığı fotoları təqdim edir:

"Nərimanov rayonu, Faiq Yusifov küçəsində yeni binanın qarşısında bir sirada olan ağaclar hamısı quruyub. Yəqin ki, qurudulub, çünki digər sıradakı ağaclar sağlamdır".

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR?

Hər halda, bu yeni tikilinin sahibləri özləri üçün, daha dəqiqi avtomobilləri üçün dayanacaq düzəltmək niyyətiylə yaşıllığa qəsd ediblər... Niyyətin nə olmasından asılı olmayaraq ortadakı əməlin gərəkən şəkildə hüquqi açıdan dəyərləndirilməsi şərtdir...

Geri qayıt