Əsas Səhifə > Siyasət, Manşet > Zakir Fərəcov artıq «ağ bayraq» qaldırıb - Abşeronun icra başçısı tənəzzül dövrünü yaşayır
Zakir Fərəcov artıq «ağ bayraq» qaldırıb - Abşeronun icra başçısı tənəzzül dövrünü yaşayır14-03-2014, 11:27 |
DİA.AZ: - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov özünün karyera baxımından tənəzzül dövrünə qədəm qoyub. Bu barədə redaksiyamıza verilən informasiyada qeyd olunur ki, halbuki buna qədər hakimiyyətiçi kürd qruplaşmasının himayəsi altında özünü rahat hiss edən Zakir Fərəcovun hətta Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilməsi planı belə mövcud idi. Xatırladaq ki, DİA.AZ olaraq bu barədə oxucularımızı əvvəlindən bilgiləndirmişdik. Belə ki, Hacıbala Abutalıbovun yerinə keçə bilməsi üçün qollarını çırmayan Zakir Fərəcov arzularının daha tez həyata keçməsinin qurbanına çevrilir: «Sanki qələbəsini qeyd etməyə tələsirmiş kimi mətbuata «Zakir Fərəcov Bakı meri postuna gətirilir» informasiyasını ötürür ki, ardından da bütün planlar alt-üst olur. Adam amma bununla guya təbliğat baxımından alt yapını hazırlamağı qəsd edirmiş kimi davranmışdı». Məlumatlı mənbə diaaz.space-a bildirir ki, bundan sonra «yuxarıların» qəzəbinə tuş gələn icra başçısının fəaliyyətinin ciddi şəkildə araşdırılması qərarı verilib: «Təbii ki, rəqibləri yaranmış fürsətdən istifadə edə bildilər. İndi Zakir Fərəcov nəinki Bakı meri postu uğrunda mübarizə aparır, hətta mövqelərinin, hazırki vəzifəsində qala bilməsinin davasına çıxıb. Artıq ətrafında da bir izolə hasarı qurub hər kəsdən şübhələndiyindən, hər kəsi «xain» kimi gördüyündən özünə qapanmış bir vəziyyətdədir». Məlumata görə, bu günlərdə Abşeron RİH rəhbəri ciddi şəkildə danlanılıb da: «Onsuz da onun səhhətində problemləri var idi. Xaricdə davamlı olaraq müalicə kurçu keçirdi. İndi isə səhhətindəki problemləri də əlavə olaraq ciddiləşib». Mənbəmiz bildirir ki, Zakir Fərəcov özünü artıq psixoloji olaraq bütün qərarlara hazırlayıb: «Demək olar ki, iş-gücdən əli soyumuş kimidir və kabinetində oturub, nə zaman əmrinin imzalanacağını gözləyir»… Geri qayıt |