Əsas Səhifə > Siyasət, Manşet > “Kontakt Home” müştərisi ilə DAVAYA QALXDI...
“Kontakt Home” müştərisi ilə DAVAYA QALXDI...1-05-2024, 10:01 |
" "Kontakt Home" haqqında şikayətim var. Özünü icra məmuru kimi təqdim edən Nizami adlı "xodbandit" insanları yığır, narahat edir". diaaz.space bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Murad Səmədov adlı istifadəçi qeyd edib. Narazı vətəndaş daha sonra yazır: "Bu şəxsə az qalsın mən həbs yatacaqdım. Ödənişlərimi vaxtı-vaxtında etdiyim təqdirdə icra məmuru məni çağırmış mən isə icraçımın Nizami olduğunu dedim, onlarsa mənə belə bir şəxsin işləmədiyini söylədi. İndi isə haqqlı olaraq mən icraçım ilə aylıq ödəniş razılaşdığımı Nizami adlı "xodbandit"ə desəm də, o hər dəfəsində hörmətsizcəsinə məndən haqqsız olaraq ödəniş tələb edir. Belə hörmətsizcəsinə hərəkətdən sonra özünü təqdim etməyən bu adam insanları təhdid edir. Bunun qarşısını almaq lazımdır. Ölkə yiyəsiz deyil..." Qeyd edək ki, qarşı tərəf olaraq "Kontakt Home" da bu iddiaları cavablandırıb. Qurumun açıqlamasında deyilir: "Murad bəy. Sorğunuz tərəfimizdən araşdırıldı. Qeyd etmək istərdik ki, ödəniş həyata keçirilmədiyi üçün çoxsaylı gecikmə yaranıb və prosedur qaydalarına uyğun olaraq məsələ artıq əməkdaşlıq etdiyimiz "Legal 12" hüquq kollektor agentliyinə ötürülüb. Proses davam etdiyinə görə qanunvericiliyə əsasən məhkəməyə müraciət olunub və qərar çıxarılıb. Həmin qərara və ödənişlərə nəzarət edilməsi bəhs olunan hüquq kollektor agentlik tərəfindən həyata keçirilir..." Amma onu da əlavə edək ki, şikayətçi vətəndaş heç də "Kontakt Home"un iddiaları ilə razı deyil. və diaaz.space olaraq Murad Səmədovun da cavabını təqdim edirik: " "Kontakt Home" mənim ödənişlərim yerli-yerindədir. Heç kim mənimlə xodbandit kimi danışa bilməz. İşə icra şöbəsi baxır və məndən ödənişi yalnız onlar tələb edə bilər razılaşdırılmış qayda ilə. Bunun üçün mən 7% icra rüsumu ödəyirəm. 300 manat ödəniş qalıb onu mən indi də ödəyə bilərəm. Sizin xodbandit və özünə icra məmuru deyən şəxsinə görə mən sutkalıq həbsdən güclə yayındım icraçı ilə razılaşdırmadan sonra. Siz nəyi qoyub nəyi danışırsınız?" Geri qayıt |