Əsas Səhifə > Siyasət, Manşet > “Kapital Bank” dələduzlarla ŞƏRİKLİK EDİR?
“Kapital Bank” dələduzlarla ŞƏRİKLİK EDİR?18-04-2024, 08:25 |
"Bir yaxın qohumum bu günlərdə şəxsi mebelini “Lalafo”sosial satış səhifəsində satışa çıxardı. Telefonuna bir nəfərdən zəng gəlir ki, malı bəyəndim, alıram (Rusiya nömrəsi vatsap, guya Sumqayıtda yaşayır), mənə kart at pulu köçürüm, kuryer gəlib malı götürsün. Adam dələduzluq olmasın deyə, Kapitalbanka aid olan, içərisində pul olmayan kartının şəklini atır". diaaz.space bildirir ki, bu barədə danışan tanınmış şairə İradə Aytel çox ilginc faktları da açıqlayaraq, vətəndaşları daha da tədbirli olmağa çağırıb. İ.Aytel bildirir: "“Malalan” deyir ki, proqramla yükləyirəm pulu sənə gələn kodu mənə ver. Satan isə düşünür ki, boş kartdır, bir şey olmaz və kodu verir. Satan telefonundakı Kapitalbanka aid olan aplikasiyanı açıb pul gəlişini yoxlamaq istəyir, aplikasiya açılmayanda şübhələnir. Bankomata gedərək baxır ki, "Kapital Bank"a aid olan başqa bir kartındakı (Birbank) 2000 AZN də çıxarılıb. Bəli, adam fırıldaqçıların oyununa düşür. bunu anladıq, "Kapital Bank"ın bu oyuna nədən vasitəçilik etdiyini anlamıram. Bank niyə müştərisinin məlumatlarını qorumağı bacarmır? Deməli, bankın sisteminə daxil olan fırıldaqçı bir müştərinin bütün məlumatlarını və bütün kartlarını görə bilir. Bank niyə kartları ayrı-ayrı qorumağı bacarmır? Bu məsələdə mən ilk olaraq bankı qınayıram. Mən daha heç bir banka etibar edib pul qoymaram, araşdırdım, başına belə iş gələn çoxdur. Vətəndaş yazıq da əli heç yerə çatmayanda polisin üstünə qaçır. Mən də həmin qohumumu məcbur etdim ki, polisə getsin. Hətta özüm də onun yanına düşüb getdim polisə. Polisdə aydın oldu ki, belə şikayət bir deyil, beş deyil... axırda məcbur qalan polis bu məsələlərə (kibercinayətkarlığa ) baxmaq üçün ayrıca qurum yaradıb. Nəticədə zərərçəkən vətəndaş,, əziyyət çəkən polis,qazanan isə bank olur! Zərərçəkənə izah etdim ki, "Kapital bank"a ərizə yazaraq ona dəyən zərərin ödənilməsini tələb etsin, pul qayıtmayacağı halda versin məhkəməyə, yel qayadan heç nə aparmayacaq zatən... P,S. Kartda cəmi 1937 (bu rəqəmi dəqiq bilmirəm, amma 2000-dın az olub) AZN olub, fırıldaqçı isə pulu yuvarlaq edərək 2000 çıxarıb. Bunun necə olduğunu bankdan soruşanda bank gözünü döydü..." Geri qayıt |