Əsas Səhifə > Siyasət, Manşet > Kənd təsərrüfatının ƏJDAHASI... durub suyun üstündə...
Kənd təsərrüfatının ƏJDAHASI... durub suyun üstündə...21-03-2024, 09:48 |
Şəkinin Böyük Dəhnə kənd sakini Elməddin Quliyev narazılıq edir. diaaz.space bildirir ki, bu barədə şikayətçi düşən Şəki sakini 4 hektar sahədə əkin apardığını bildirir. Deyir ki, taxıl sahəsi mart ayında ikinci dəfə suvarılmalıdır, ancaq hələ ona su çatmayıb. Ötən il suvarmada ciddi problem yaşayıb, bu ildə eyni halın davam etdiyini deyir: “Ötən il beş dəfə Su Meliorasiya İdarəsinə xəbər göndərdim ki, kəndimizdə canlılar, əkin susuzluqdan əziyyət çəkir. Kəndimizdə 1200 ev təsərrüfatı var. Su olmadığına görə, onun 800-ü gündə 4 manat zərər görür. Yay aylarında, demək olar ki, ayda 3 dəfə su gəlir, o da şikayətdən sonra. Dağlara yağan qarın suyundan Dəhnə çayı vasitəsilə götürürük. Sözsüz ki, çayın kənarında məmurların fındıq, şaftalı, ərik bağları var. Yəni yay aylarında əjdahanın ağzından qalan su ilə qidalanan kənd sakinləriyik. Su idarəsində bir hektar sahənin suvarma xərci beş manatdır, mənə çatana qədər on manat olur. Daim su olsa, növbəli əkin əkərəm, suvararam, həm sataram, həm dolanaram”. Geri qayıt |