Əsas Səhifə > Siyasət, Manşet > Duyğularımızı sömürən fırıldaqçılar yenə də İŞ BAŞINDA...
Duyğularımızı sömürən fırıldaqçılar yenə də İŞ BAŞINDA...7-01-2024, 10:01 |
"Bu fırıldaqçılara DUR deyən olacaq??? Aylar öncə vəfat edən qohum uşağının şəkli ilə fırıldaqçılar pul yığmağa davam edir". Bu çağırışla müstəqil ekspert Elyar İslamoğlu çıxış edib. Dünyasını dəyişmiş yaxın qohumunun köhnə xəstəlik fotolarından dələduzların istifadə etdiyini bildirən ekspert hər kəsi ayıq olmağa səsləyib. O daha sonrra bildirir: "Şəkildəki mərhum uşaq Şakir Kənan oğlu İmanovdur. Bugün iki ayrı-ayrı profillə paylaşım edilərək sosial şəbəkə istifadəçilərindən pul istəyiblər. Uşağın atası rəsmi şikayət də verib. Amma nəticə yoxdur. Bu şəkil və hesaba heç kim pul göndərməsin. Fırıldaqçıdır". Ekspert eyni zamanda "Kapital Bank"-a da xitab edib: "Zəhmət olmasa bu hesabı bloklayın. 4169738766186096" diaaz.space Geri qayıt |