Prezident Administrasiyasının "qara siyahı"sına düşən şirkətin inanılmaz fırıldağı... - İlginc ittihamlar
Tarix: 19-02-2015, 11:40 | Çap et
Bakıda mənzillərini ala bilməyən vətəndaşlar ikinci dəfə fırıldaqla qarşılaşıb. Onlar aldıqları evi ya ikinci dəfə yenidən almalıdır, ya da mənzil başqasına satılır.
Virtualaz.org saytı xəbər verir ki, söhbət “Fuad LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Onun direktoru Qasım Məmmədov 2013-cü ilin sonlarında həbs edilib. O, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirmək, külli miqdarda vergidən yayınmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Q.Məmmədovun direktoru olduğu “Fuad LTD” 2005-ci ildə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisinə başlayıb. Lakin 2008-ci ildə təhvil verilməsi planlaşdırılan binada işlər dayandırılıb. O zaman Q.Məmmədov binadan ev alanlara demişdi ki, maddi məsələlərlə bağlı problemləri var, kredit götürüb tikintini yekunlaşdıracaq. Lakin sonradan bu vədini yerinə yetirə bilməyib.
“Fuad LTD” tikinti işini dayandırandan və mənzil sahiblərini get-gələ salandan sonra mənzil sahiblərinin bu məsələ ilə bağlı şikayətləri mətbuatda yer almışdı. 2012-ci ildə mətbuat konfransı keçirən mənzil sahibləri Prezident Administrasiyasına da üz tutmuşdular.
Qeyd edək ki, “Fuad LTD”nin direktoru Qasım Məmmədov saxlanılarkən onun 186 nəfərdən mənzil satmaq adı ilə 1 milyon 845 min 802 manat məbləğində pul alması xəbəri Baş Prokurorluq tərəfindən yayılmışdı. Prokurorluqdan verilən məlumatda bildirilirdi ki, vətəndaşlara dəymiş bütün ziyan “Fuad LTD” şirkəti tərəfindən ödənilib.
Lakin zərərçəkmişlər mətbuat vasitəsilə prokuroluğun bu açıqlamasını təkzib etmişdi. Çünki xeyli sayda zərərçəkmiş pullarını almadıqları halda belə bir açıqlama yayılmışdı. Mənzillərini və pullarını ala bilməyən vətəndaşların haqlı etirazına cavab olaraq prokurorluqdan verilən növbəti açıqlamada bildirildi ki, dəymiş ziyan “Abşeron LTD 2013” şirkəti tərəfindən ödəniləcək.
“Fuad LTD”nin “Abşeron LTD 2013”ə çevrilməsi isə 2013-cü ildə məlum olub. Q.Məmmədovun həbsindən iki ay əvvəl mənzil sahiblərinə məlum olub ki, Q.Məmmədov “Fuad LTD” şirkətini Tağıyev Azər Sabir oğluna satıb. 2009-cu il, dekabrın 28-də baş tutan bu satışdan sonra A.Tağıyev şirkətin adını dəyişərək “Abşeron LTD 2013” qoyub.
A.Tağıyevlə Q.Məmmədov arasındakı alqı-satqı müqaviləsində göstərilir ki, Q.Məmmədov “Fuad LTD”dəki hüquq və vəzifələrini, nizamnamə kapitalını 5000 manata A.Tağıyevə satıb. Müştərilərin əksəriyyəti isə bundan 4 il sonra xəbər tutub.
Bundan sonra “Abşeron LTD 2013”ün rəhbəri Azər Tağıyev 2005-2006-cı illərdə “Fuad LTD”dən mənzil alanların evlərini vermək üçün onlardan əlavə pul tələb etməyə başlayıb. Halbuki prokurorluq dəymiş ziyanın “Abşeron LTD 2013” şirkəti tərəfindən ödəniləcəyini demişdi.
Görünən budur ki, şirkətin adı sənəd üzərində dəyişsə də rəhbərlərin fəaliyyəti dəyişməyib. Əziyyət çəkənlər və aldadılanlart yenə də vətəndaşlar olub.
Belə problemlə qarşılaşan vətəndaşlardan biri də Hüseynov Malik Oruc oğludur.
M.Hüseynov 2006-cı ildə “Fuad LTD”nin tikdiyi binanın 121 və 122 nömrəli mənzillərini alıb. O, 121 nömrəli mənzilin qiymətini tam ödəsə də 122 nömrəli mənzilin ödənişinin bir hissəsini edib. M.Hüseynov şirkətin həbs olunana müdiri ilə rəhbərə gəlib ki, məbləğin qalan hissəsini də sonra ödəyəcək.
M.Hüseynov virtualaz.org saytına açıqlamasında bildirdi ki, 2009-cu ildə tikinti işləri dayandığı üçün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq başlayıb. İstintaq zamanı M.Hüseynov zərərcəkmiş və mülki iddiaçı şəxs kimi tanınıb.
“İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi “Abşeron LTD 2013” adlı şirkətə həvalə edildi. Zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi bu şirkətə tapşırıldı. Lakin hal-hazırda isə 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013”ün rəhbəri Azər Tağiyev qeyri-qanuni olaraq ikinci dəfə kənar adama satıb. İndi mənə məxsus olan mənzildə başqa şəxs tərəfindən təmir işi aparılır və mən uzun müddətdir kirayələrdə qalmışam” - deyə M.Hüseynov şikayətində bildirir.
M.Hüseynov mənzillərin birini 18 min manata, digərini isə 9 min manata alıb. İkinci mənzildən qalan borcunu ödəmək istəsə də A.Tağıyev onunla razılaşmır. Şikayətçi deyir ki, A.Tağıyev hər iki mənzilin ona verilməsi üçün 38 min manat tələb edir.
A.Tağıyev “Fuad LTD”nin vaxtında binadan mənzil alan bəzi vətəndaşların mənzillərini təhvil verib. Lakin bəzilərindən də əlavə ödəniş alıb. Bu ödənişdən imtina edənlərin mənzillərini isə başqalarına satıb.
“Abşeron LTD 2013”ün rəhbəri Azər Tağıyevin özbaşınalğından şikayətçi olan başqa bir nəfər isə Əliyev Nemət Nurəddin oğludur.
Nemət Əliyev də 2005-ci ildə “Fuad LTD”dən mənzil alıb. O, binanın 54 saylı mənzilini almaq üçün indi həbsdə olan direktor Qasım Məmmədova 14874 dollar ödəyib.
N.Əliyevin sözlərinə görə, “Abşeron LTD 2013”ün rəhbəri Azər Tağıyev ona mənzilini vermək üçün əlavə olaraq 14 800 manat pul istəyib. Bu məbləği ödəməkdən imtina etdiyi üçün N.Əliyevin mənzili 2013-cü ilin sentyabrında A.Tağıyev tərəfindən 24 min manata başqa bir nəfərə satılıb.
Hazırda hər iki şəxsin eyni mənzili alması haqda alqı-satqı müqaviləsi var. Lakin bir müqaviləni “Fuad LTD”, digərini isə “Abşeron LTD 2013”lə bağlayıb.
“Bir neçə gün əvvəl şirkətin rəhbəri Azər Tağıyevlə görüşdüm. İndi də istədiyi məbləği verəcəyim təqdirdə mənzilimi verəcəyini deyir. Lakin bunun necə olacağını bilmirəm. Artıq evimi başqasına satıb”- deyə N.Əliyev şikayətində bildirir.
Şikayətçinin sözlərinə görə, 2013-cü ildə qeyd edilən binadan mənzil alan vətəndaşlar Prezident Administrasiyasının qarşısına toplaşdıqdan sonra Abşeronun icra başçısı Zakir Fərəcov onları qəbul edib: “İcra başçısı dedi ki, Prezident Administrasiyasına söz vermişəm. Bu binanın tikintisi başa çatacaq. Hətta özü də tikintiyə 80 min manat pul ayıracağını dedi. Amma bu məsələ yenə də həll edilmədi”.
N.Əliyev “Abşeron LTD 2013”ün rəhbəri Azər Tağıyev haqda ilginc məlumat da verdi. Onun sözlərinə görə, A.Tağıyev bir müddət əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində çalışıb. Lakin işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
Başqa maraqlı bir məqam isə ondan ibarətdir ki, A.Tağıyev “Abşeron LTD 2013”ün səhimlərinin 50 faizini Kamran adlı şəxsə satıb. Kamran adlı iş adamı şirkətin direktoru təyin edilib. Və hazırda şirkət rəsmi olaraq Kamran adlı şəxsə aiddir və bunu sübut edəcək rəsmi sənədlər ondadır.
Şikayətçilər Baş Prokurorluğa dəfələrlə müraciət ediblər. Lakin onların müraciətləri hələ ki, cavabsız qalır.
“Bizim başqa çıxış yolumuz yoxdur. Əlimizdə olanı yığıb mənzil almışdıq. Bu, da başımıza açılan oyun. Aidiyyəti qurumlara müraciət etsək də haqlı olduğumuz halda şikayətlərimizə baxılmır. Axı bu qədər haqsızlıq necə ola bilər? Ölkə başçısından kömək gözləyirik. Bu cür dələduzların, fırıldaqçıların qarşını almaq lazımdır. Prezidentdən xahiş edirik bizim səsimizi eşitsin. Yazılı şəkildə də müraciət edəcəyik. Məmurlar, dövlət idarələri bu işi həll etmək istəmir. Artıq 10 ildir ki, bizi süründürürlər”- deyə virtualaz.org saytına müraciət edən şikayətçilər problemlərinin həll edilməsi üçün dövlətdən yardım gözləyirlər.
Xatırladaq ki, “Fuad LTD” vətəndaşların prezidentə ən çox şikayət etdiyi tikinti şirkətlərinin siyahısındadır. Bu barədə bir neçə gün əvvəl Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında da yazmışdı.
S.İsmayılov yazısında qeyd edir ki, vətəndaşlar “Fuad LTD”də daxil olmaqla bir çox şirkətlər tərəfindən aldadılmaqlarından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər.
Burada başqa bir maraqlı məqam isə Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında “Fuad LTD”nin adının olmasıdır. Halbuki bu şirkət 2009-cu ildə Azər Tağıyevə satılıb. Şirkətin adı dəyişdirilərək “Abşeron LTD 2013” edilib. Lakin şikayətlər yenə də Prezident Adminstrasiyasına “Fuad LTD”nin adından edilib.
Başqa bir ilginc fakt isə odur ki, Baş Prorkurorluq vətəndaşlara dəymiş ziyanın “Abşeron LTD 2013” tərəfindən ödəniləcəyini dediyi halda bu yerinə yetirilmir. Şirkət bu öhdəliyini yerinə yetirmək əvəzində binada mənzillərin ikinci dəfə satışı və yeni mənzillərin tikintisi ilə məşğuldur.
Vətəndaşların şikayəti ilə bağlı “Abşeron LTD 2013”ün rəhbəri Azər Tağıyevlə əlaqə saxlamağa çalışdıq. Zəngimizə cavab verən şəxs adının Azər olduğunu təsdiqlədi. Lakin mətbuatdan olduğumuzu biləndən sonra danışmaq istəmədiyini dedi.
Qeyd edək ki, bir neçə il əvvəl də “Fuad LTD”dən zərərçəkənlərin şikayəti ilə bağlı mətbuatda gedən yazılara A.Tağıyev qısa olaraq cavab vermişdi. O, dəymiş ziyanın “Abşeron LTD 2013” tərəfindən yox, “Fuad LTD” tərəfindən ödənilməli olduğunu demişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün konserti var idi, amma...
Bu gün, 06:27 |
|
|
|
• Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25 |
|
|
|
• "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21 |
|
|
|
• Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22 |
|
|
|
• Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18 |
|
|
|
• "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20 |
|
|
|
• AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10 |
|
|
|
• Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51 |
|
|
|
• Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46 |
|
|
|
• Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43 |
|
|
|
• “Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08 |
|
|
|
• Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03 |
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Dünən, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Dünən, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Dünən, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Dünən, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Dünən, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Dünən, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Dünən, 15:23 |
|
|
|
|