Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?
Tarix: 25-06-2022, 09:49 | Çap et
Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Gəncə şəhər bölməsinin rəisi İsmayıl Əsədov özü və təmsil olunduğu humanitar təşkilat haqqında susqunluğa üstünlük verir. Cənab Əsədov bir müddətdir ki, mətbuat səhifələrində yayımlanmaqda olan məlum ittihamlara aydınlıq gətirməkdən yayınır. Uzun illərdir ki, “Qızıl Aypara” Cəmiyyətinin hesabına yaşayan, karlı pullar qazanan bir şəxsin susqunluğu sadəcə təəssüf doğurur. Eləcə də ianələrlə fəaliyyət göstərən cəmiyyətə münasibətdə "suçu ilə razılaşmaq" kimi rəy yaradır.
Demokratik.Az xatırladır ki, "Qızıl Aypara" cəmiyyətinin Gəncə bölməsinin rəhbəri Şəhər Təhsil İdarəsinin və regionun rayonlarının təhsil müdirlərinin rəhbər şəxsləri ilə əlbir olaraq ianə-maliyyə pozuntusu etmələri iddiası irəli sürülüb. Mətbuat səhifələri yazır ki, /mənbə - hürriyyət.az/ Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərdən 2 manat, bəzi hallarda 2 % faiz pul tutulmaları haqqında əsaslı şübhələr mövcuddur. Və baş verənlərdən yararlanan İsmayıl Əsədovdur.
Məktəblərdən müəllimlərin ərizəsi olmadan, düzgün rəsmləşmə edilmədən onların əməkhaqqından "Qızıl Aypara"-ya ianələr toplanması, məzuniyyət haqlarından da pul tutulmalarının həyata keçirilməsi iddiası ortadadır.
Aldığımız məlumata görə, hazırda Gəncə-Daşkəsən, eləcə də Qazax-Tovuz regional təhsil idarələri rəhbərlərinin göstərişilə kütləvi şəkildə müəllimlərin məzuniyyət pullarının müəyyən faizinin "Qızıl Aypara" cəmiyyətinin hesabına köçürülməsinə start verilib. Məzuniyyətpulu məbləğinin yüksək olduğunu nəzərə alanlar yəqin ki, müəllimlərim narazılığına səbəb olmasın deyə pulların mənimsənilməsi üçün daha uyğun vaxtın indi olduğunu hesablayıblar.
Məlumata görə, sözügedən ianə-mənimsəmə əməliyyatında maraqlı şəxs olan İsmayıl Əsədov formal maliyyə əməliyyatından kənar nəğdləşdirmə də edərək pul qazanır. Məktəb direktorlarının da səfərbər edildiyi bütövləşdirilmiş siyahı ilə pul "qazanan"ların müəllim ordusuna qarşı qanunsuz pul tutulmaları uzun illərdir davam edir. Aidiyyati orqanlar araşdırarsa, tam aydın olar ki, söhbət "ianə" adı altında dolayısıyla müəllimlərdən əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında, toplanmış külli miqdarda pul vəsaitinin xərclənməsində mənimsəmə faktı mövcuddur.
Konkret olaraq hər bir müəllimdən ildə nə qədər vəsaitin tutularaq cəmiyyətə "ianə" edilməsi bizə məlum olmasa da, adi hesablamalarla Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən Gəncə “Qızıl Aypara” Cəmiyyətinə (hər ay 1-2(bir-iki) manat olmaqla) adambaşına 15-20 manat əsassız pul tutulmaları olur. "İanə"ni əsassız ona görə adlandırırıq ki, söhbət müəllimlərin rizasının olmamasından, haraya və nə üçün ianə etdiklərini əslində bilməmələrindən gedir. Bu hal isə korrupsiya faktıdır.
Məlumat verək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatıdır. Təşkilat 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, həqiqi üzvü seçilmişdir. Təşkilat öz fəaliyyətini 8 may 2007-ci ildə prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Qızıl Aypara Cəmiyyəti Haqqında "Azərbaycan Respublikasının Qanunu" ilə humanitar məqsədlərlə fəaliyyət göstərir.
Təşkilat fəaliyyətində söykəndiyi sözügedən qanunun 3.0.2-ci bəndində; humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;
3.0.9. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasını təşkil etmək; 3.0.10. Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, peşə vərdişlərinin aşılanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirmək; 3.0.11. əhalinin sağlamlığının qorunması, o cümlədən xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirmək, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq etmək; 3.0.12. qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında tibb müəssisələrinə kömək etmək; 3.0.13. Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək; missiyaları göstərilir. Nəhayət, bunların həyata keçirilməsi üçün də Cəmiyyətə birbaşa beynəlxalq humanitar təşkilatlar və dövlət maliyyə yardımı edilir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlərin və ianələrin toplanmasına şərait yaradılır.
Beləliklə, yuxarıda sadalanan hal özündə daha mühüm sualı da ortaya çıxarır. Ümumiyyətlə bizim "Qızıl Aypara" cəmiyyətinin Gəncə bölməsinin rəhbəri İsmayıl Əsədov kifayət həddə əldə etdiyi maddi vəsaitləri humanitar təyinatlar üzrə haraya xərcləyib dağıdır?
Yeri gəlmiş ikən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, İdarəetmə şurasının sədri, Milli Məclisin deputatı Novruzəli Aslanova da səslənirik: Büdcədən maaş alanlardan milyonlarla ianəni məcburən toplayan “Qızıl Aypara” xalqa və dövlətə geniş hesabat versə yaxşıdır.
Osman Nərimanoğlu Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
|