UNEC şefinin ilginc KADR SİYASƏTİ... - ARAŞDIRMA
Tarix: 22-12-2021, 09:16 | Çap et
Sovetlər dönəmində partiyanın tapşırığı ilə yüksək vəzifələrə kadr axtaranda ilk növbədə onun komsomol, sonra isə partiya komitələrindəki fəaliyyəti, “partşkola”nın məzunu olub-olmaması araşdırılırdı. Yəni, komsomol və ya partiya komitələri Mərkəzi Komitənin zəruri kadr laboratoriyası rolunu oynayırdı. Bu, siyasi hakimiyyətin o
vaxtkı kadr siyasətinin əsas tərkib hissəsi idi. Qayda isə ciddi, həm də sərt idi: partiya vəzifəsinə getmək üçün mütləq komsomolun şinelindən çıxmalı idi...
Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərsu” şinelindən çıxmış kadrları...
Gələk mətləbə: Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbər kadr seçimində nədən elə universitetin özünün, yaxud oxşar təyinatlı dövlət qurumlarının elmi kadrlarına deyil, “Azərsu” ASC-nin kabinet kadrlarına seçim edilir?
Sualın cavabı elə də çətin deyil. Belə bir sualla ADİU-da çalışan müəllimlərdən biri elektron poçtumuza məktub yazaraq müraciət edib ki, bu suala biz cavab axtaraq. “Axtaran tapar” deyiblər deyə, biz də axtardıq.Həqiqətən də maraqlıdır. Və hamı da bilir ki, hazırda Baş Prokurorluq “Azərsu”da olduqca ciddi yoxlamalar aparır. Bu barədə ötən sayımızda yazmışdıq. Amma yazılmayan mətləblər var ki, bu dəfə qeyd edəcəyik, bəziləri isə istintaq sirri sayılan səviyyədədir. Beləliklə, kiçik bir araşdırma apardıq və məlum oldu ki, məsələn, bu ilin dekabrın 14-də ADİU rektoru Ədalət Muradovun əmri ilə 1980-ci il təvəllüdlü Nəsimi İsmayılov İqtisadi məsələlər üzrə proektor təyin edilib... Təbrik edirik! Amma diqqəti çəkən budur ki, N.İsmayılovun tərcümeyi- halında da yazılır ki, o, 2011-ci ilin aprel ayından 2014-cü ilin aprelinədək “Azərsu” ASC-də Maliyyə və Vergilər şöbəsinin rəisi olub. 2014-cü ilin aprel ayından 13 dekabr 2021-ci ilədək isə ADİU-da Maliyyə və Təminat Departamentinin direktoru işləyir, indi də prorektor təyin olunub...
“Azərsu”yun daha bir şöbə rəisi İqtisad Universitetində-yüksək vəzifədə...
Bundan başqa, İlqar Seyfullayev 2016-2018-ci illərdə “Azərsu” ASC-də Plan-iqtisad şöbəsinin rəisi işləyib. 2018-dən isə rektor Ə.Muralovun əmri ilə ADİU-nun Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və İdarəetmə” kafedrasının dosenti, sonra isə həmin kafedranın maliyyə və mühasibat ixtisasları üzrə proqram rəhbəri təyin edilib. 15 sentyabr 2020-ci ildən isə ADİU-nun isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Doktorantura şöbəsinin əvəzçiliklə müdiri (0,5 ştatla) vəzifəsinə təyinat alıb... Əslində, biz nə İlqar Seyfullayevin, nə də Nəsimi İsmayılovun təyinatlarına etirazlı deyilik, olsun! Söhbət ADİU-da vacib sahələrə təyinat alanların məhz “Azərsu”dan gətirilməsindən gedir.
Yuxarıda qeyd etdik, hazırda Baş Prokurorluq “Azərsu”da yoxlamalar aparır.Əsas problem də büdcə pullarının talanmasıdır. Həbs edilən, istintaqa çağırılanlar var. Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri Yaşar Kəlbiyev ən çox dindirilənlərdəndir. Çünki o, həm də “Azərsu”da İqtisadiyyat və Uçot İdarəsinin rəisi, eləcə də “Azərsu”yun “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktorudur...
“Azərsu” Azərbaycan Dövlət İqtisad Universiteti üçün kadr laboratoriyasıdırmı?
Göründüyü kimi, təkcə “Azərsu”dan ADİU-ya 3 məsul şəxs transfer edilib. Maraqlısı isə budur ki, məsələn, hazırda Baş Prokurorluğun yoxlamalarında əsas cavabdehlərdən olan Yaşar Kəlbiyev universitetin Magistratura Mərkəzinin nəzdində yaradılmış məxsusi kafedranın yarımştatlı müdiri olsa da, “Azərsu”da tam ştatda idarə rəisidir...
Yaşar Kəlbiyevin ADİU-nun rəsmi saytındakı tərcümeyi-halı niyə alayarımçıq edilib?
Yaşar Kəlbiyevin əvvəlki tərcümeyi halına baxanda onun “Azərsu”da İqtisadiyyat və Uçot İdarəsinin rəisi, eləcə də “Azərsu”yun “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru olduğu yazılırdı. Hətta rəsmi xəbərlərdə, o cümlədən AzərTAC-ın məlumatlarında belə belə yazılıb, indi də həmin məlumatlar bazada vardır. Lakin “Təzadlar”ın ötən yazısından sonra ADİU-nun rəsmi saytında onun bu iki tam ştatlı vəzifəsi sistemdən silinib. Doğru ediblər, çünki ən azından kənardan baxan adi məktəbli belə rektor Ədalət Muradova sual edə bilər ki, “Azərsu”da tam ştatlı idarə rəisi, institut direktoru olan adam universitetdə necə kafedra müdirliyi edə bilər??? Həmçinin magistrlərlə necə ünsiyyət saxlaya bilər, özü də Baş Prokurorluğun indiki yoxlamaları şəraitində...
Bəs Yaşar Kəlbiyev həqiqətənmi professordur?
Diqqətimizi bir məsələ də çəkir: Yaşar Kəlbiyevin ADİU-nun rəsmi saytındakı tərcümeyi-halına baxanda onun professor olduğu yazılır. Prezidentin Ali Attestasiya Komissiyası ilə bağlı məlum sərəncamında aydın şəkildə yazılıb ki, professor diplomu yalnız AAK tərəfindən verilə bilər. O qabaqlar idi ki, özəl universitetlər özləri özlərinə professor diplomu, akademik adı verirdilər. Beləliklə, AAK-ın bazasında professorların adı keçən bölməsində Yaşar Kəlbiyevin adını tapa bilmədik... Uzun sözün qısası, belə bir qənaətə gəldik ki, Azərbaycan Dövlət İqtisad Universitetində məsul vəzifəyə təyinat almaq üçün mütləq əvvəlcə “Azərsu”da işləmək lazımdır...
ADİU-da daha bir maraqlı təyinat...
Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi məlumat bazasında daha bir maraqlı məlumata rast gəldik: iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Quliyev Oqtay Qulu oğlu “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri təyin edilib. Özü də yarım ştatla. Ən maraqlısı, Oqtay müəllimin tərcümeyi-halındakı əsas iş yeri isə gizlədilib. Məsələn, onun müdir təyin edildiyi kafedranın bütün müəllimlərindən 34-nün heç bir elmi dərəcəsi belə yoxdur. Yəni, adi və sıravi müəllim... Qalanların isə demək olar hamısı yarımştatlı müəllimlərdir. Bir hissəsi də iqtisadiyyat üzrə fəlsəfə doktorudur... Oqtay Quliyevin tərcümeyi-halına gəlincə, iki cümləlikdir: “-03.06.2019-cu ildən Türk dünyası iqtisadi araşdırmalar mərkəzinə ictimai əsaslarla rəhbər təyin edilib; -07.01.2020-ci il tarixdən “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsinə təyin edilib”.
Vəssalam!
***
Bəli, rektor Ədalət Muradov universiteti islahatlar mərkəzinə çevirib nümunəvi etmək istəyir. Lakin görünən budur ki, belə təyinatlar başadüşülən deyildir. Məsələn, necə başa düşüləndir ki, adi dosenti kafedra müdiri təyin edirlər, amma keçmişi nazir olan, tanınmış maliyyəçi, professor Əvəz Ələkbərovun kafedrası isə ləğv edilir, faktiki olaraq o, oyundan kənar vəziyyətə salınır, havadadır və s.
***
Mövzuya mütləq qayıdılacaq. Çünki ADİU müəlliminin məktubunda cavab verilməli suallar var. Onlardan ən birincisi budur ki, məsələn, təkcə ADİU-nun ötən hər illərdə xalis gəliri əlli milyon manata yaxın olub, amma bu vəsaitin xərclənmə ünvanları düşündürücüdür, bizi də çaşdırıb... Professorlar, elmlər doktorları dərs yükündən şikayətçi olduğu halda, elmi dərəcəsi belə olmayan adi adamları müəllim kimi işə qəbul edib yüksək maaş vermək nə dərəcədə ədalətlidir?
“Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Dünən, 16:12 |
|
|
|
|